• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
Bu vərdiş narahatlıq riskini artırır
ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
Başgicəllənmə bu xəstəliyin əlamətidir
Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia
Nahardan sonra yuxu gəlirsə, bunları edin
Türkiyə 23 il əvvəl ABŞ-ın təklifini niyə rədd etdi? – Metyu Brayza detalları açır
Vuçiç Üçüncü Dünya müharibəsinin başladığını ELAN ETDİ
Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
Kiyev seçkilərlə bağlı nöqtəni qoydu – RƏSMİ AÇIQLAMA
İranla müharibədən indi çıxa bilərik, amma... - Tramp
Dəmir Qübbəni idarə edən hərbçi İrana casusluq edirmiş
Yeni maaş modeli: Bəs pensiyalarda vəziyyət necə olacaq?
Əlləriniz və ayaqlarınız isinmirsə... - Xroniki üşümə hansı xəstəlikləri göstərir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ölkəmizə buğda idxalının azalmasının səbəbi nədir? – ARAŞDIRMA

Araşdırma

26-12-2021, 22:29

Ölkəmizə buğda idxalının azalmasının səbəbi nədir? – ARAŞDIRMA


Ekspert bildirir ki, ölkəmizə buğda idxalının azalmasının müxtəlif səbəbləri var. Pandemiyanın yaratdığı problemlər, istehsalçı ölkələrdə məhsul qıtlığının yaranması əsas faktor hesab olunur.

2021-ci ilin son on ayında ölkəyə 890,2 min ton buğda idxal edilib. 2020-ci ilin eyni dövründə isə ölkəyə 1,1 milyon ton buğda gətirilib. Rəqəmlər göstərir ki, buğda idxalında azalma var. Uzun müddətdir ki, ölkənin buğda ilə bağlı idxaldan asılılığı, bunun aradan qaldırılması müzakirə mövzusu idi. Bu statistik göstəricini idxaldan asılılığın azalması kimi qiymətləndirə bilərikmi? Ölkədə buğda istehsalı artıb, yoxsa biz çörəyi az yeməyə başlamışıq? Azalmanın başqa səbəbləri varmı?

Bu barədə "Kaspi" qəzeti məqalə dərc edib.

Pandemiyanın diktəsi

İqtisadçı ekspert Murad Calalov deyir ki, buğda idxalının azalmasının müxtəlif səbəbləri var: “Azərbaycanda buğda istehsalının artmasının təsiri yoxdur” desək, düzgün olmaz. Təsiri var, amma cüzi miqdardadır. Əsas səbəblər isə başqadır. Dünya üzrə buğda istehsalının səviyyəsi aşağı düşüb. Bu, özünü ixracda da göstərir. Əsas ixracatçı ölkələr pandemiyaya görə əhalisini risklərdən sığortalamaq üçün məhdudiyyətlər, kvotalar tətbiq edirlər. Yəni baş verə biləcək qıtlığın qarşısını almaqdan ötrü ölkədə baza yaradırlar. Əsas səbəblərdən biri budur”.

Ekspertin fikrincə, səbəblərdən ikincisi çatdırılma zəncirindəki qırılmalardır: “Pandemiyaya görə ölkələrdə qapanmalar baş verir. Bu da öz təsirini göstərir. Bir ölkə qapanma tətbiq edir, digərinin sərhədləri açıqdır. Yəni bir ölkədə sərhədlər açıq olduğu halda qonşu ölkə qapanma yaradırsa, bu, qırılmalara gətirib çıxarır”.

Bahalaşan yanacaq

M.Calalovun sözlərinə görə, yanacaq qiymətlərindəki artım və digər bahalaşmalar da idxalın azalmasına təsir göstərir: “Vergi, gömrük rüsumları, dünyada və Azərbaycanda yanacağın qiymətinin bahalaşması da təsir edən səbəblərdəndir. Daşınmada ən çox dizel yanacağından istifadə edilir. Dizelin qiymətinin artması, ümumilikdə qiymət artımına da gətirib çıxarır. Bu da idxalı azaldan səbəblərdəndir”.

“Statistik məlumatlara görə, 2020-ci ilin avqust ayında 1 ton buğdanın ixrac qiyməti təqribi olaraq 190-240 dollar arasında dəyişib. Amma həmin ilin dekabrında bu qiymət 220-270 dollar arasında yüksəlib” deyən ekspert vurğuladı ki, bu da son 4 ildə olan ən yüksək göstəricidir: “2017-2018-ci illərdə isə buğdanın tonu 200 dollardan aşağı idi”.

Rusiya və Qazaxıstanda istehsalın azalması

Ekspert bildirir ki, Azərbaycanın buğda idxal etdiyi əsas ölkələrdə bu məhsulun istehsalının azalması da idxal rəqəmlərində özünü göstərir: “Azərbaycanın buğda idxal etdiyi birinci ölkə Rusiya, ikincisi Qazaxıstandır. Bu ölkələrdə buğda istehsalında azalma qeydə alınır. Rusiyada 2021-ci ildə, təxminən 80-81 milyon ton buğda istehsalı proqnozlaşdırılırdı ki, bu da 2020-ci illə müqayisədə 5 milyon ton azalma demək idi. Qazaxıstanda da istehsalın azalması prosesi davam edir. Qazaxıstanda buğda istehsalı keçən illə müqayisədə 18 milyon ton azalıb, 13.5 milyon tona düşüb. İstehsalın azalması xarici ölkələrə buğda satışının ümumi həcminin də azalmasına gətirib çıxarır”.

58 yox, 70 faiz olarsa…

Calalov deyir ki, idxalı azaltmaq, özünütəminata daha çox diqqət ayırmaq lazımdır: “Az olsun, amma özünün olsun və asılılıq aradan qaldırılsın. Özünütəminat isə zamanla istehsalı və məhsulun çeşidini artırır. Azərbaycanın buğda ilə təminetmə göstəricisi 58 faizdir. Amma təhlükəsizlik şəraitini aşmaq, riskdən çıxa bilmək üçün minimum 70 faiz olmalıdır. Varlı olaraq tanıdığımız Qətər, Küveyt, Oman kimi dövlətlər var ki, onlarda özünütəminat sıfır faizdir. Bu, onların zəif dövlət olduğunun göstəricisi yox, iqlim şəraiti, coğrafi mövqeyi və buğda istehsalının mümkün olmaması ilə bağlıdır. Onlarda arid iqlim tipi, quraqlıq, səhralıqdır. Ona görə də, özünütəminat mümkün deyil”.

İstehsala dövlət yardımı

Ekspert dövlətin buğda istehsalını artırmaq üçün müəyyən tədbirlər gördüyünü bildirdi: “Özünütəminat, digər ölkələrdən asılılığı aradan qaldırmaq, idxalı azaltmaq üçün 5 ildən çoxdur ki, buğda və un məhsulunun idxalı üzərindən əlavə dəyər vergiləri ləğv olunub. Hazırda dövlət buğda istehsalçılarına hər hektara görə 210 manat əkin subsidiyaları ödəyir. Kənd təsərrüfatında çalışanlar üçün aqroparkların yaradılması prosesləri gücləndirilir. Bütün infrastrukturu dövlət öz hesabına qurur. Su, qaz, elektrik enerjisi çəkilir, 10 minlərlə hektar torpaq sahəsi pulsuz verilir”.

Gələcəkdə bu ərazilərdə də istehsal olacaq ki...

“Gələcəkdə işğaldan azad olunmuş torpaqlarda da buğda istehsalı nəzərdə tutulur ki, bunun da idxaldan asılılığın azaldılmasında rolu olacaq” deyən ekspert hesab edir ki, həmin ərazilərdə kütləvi şəkildə buğda əkmək də yanlış olardı: "Orada infrastruktur, iqlim şəraiti və digər nüanslar nəzərə alınmalıdır. İşğaldan azad olunmuş ərazilərdə bu sahənin genişləndirilməsi nəzərdə tutulur. Bu da ölkə büdcəsinə, iqtisadiyyatına müsbət təsir göstərəcək. Ancaq bu, qısa müddət üçün deyil, uzunmüddətli zaman çərçivəsində nəzərdə tutulur”.

Oxunub: 1 134
Paylaş:
Digər xəbərlər

Xəbərlər

17-02-2021, 17:33

Hökumətdən unun və çörəyin qiyməti ilə bağlı QƏRAR

Xəbərlər

26-01-2021, 18:58

Dövlət qərar QƏBUL ETDİ: Bahalaşmanın qarşısı alınacaq

Maraqlı

6-12-2020, 16:44

Buğdanın faydaları

Araşdırma

26-04-2019, 14:30

Buğdadan imtina etmək lazımdır, çox xəstəliklərin səbəbi odur – Amerikalı kardioloqdan ŞOK

Xəbərlər

19-02-2019, 00:27

Gecənin inanılmaz BƏD XƏBƏRİ: Axır ki, bu da oldu... - SON ANDA!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
Bu vərdiş narahatlıq riskini artırır
ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
Başgicəllənmə bu xəstəliyin əlamətidir
Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
Son xəbərlər
  • Dünən, 22:21
    3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
  • Dünən, 21:08
    Bu vərdiş narahatlıq riskini artırır
  • Dünən, 20:44
    ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
  • Dünən, 19:22
    Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
  • Dünən, 18:41
    Başgicəllənmə bu xəstəliyin əlamətidir
  • Dünən, 17:34
    Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
  • Dünən, 16:16
    Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
  • Dünən, 15:27
    Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
  • Dünən, 14:49
    Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
  • Dünən, 13:00
    Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia
  • Dünən, 12:37
    Nahardan sonra yuxu gəlirsə, bunları edin
  • Dünən, 11:57
    Türkiyə 23 il əvvəl ABŞ-ın təklifini niyə rədd etdi? – Metyu Brayza detalları açır
  • Dünən, 10:23
    Vuçiç Üçüncü Dünya müharibəsinin başladığını ELAN ETDİ
  • Dünən, 09:03
    Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
  • 20-03-2026, 21:57
    Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
  • 20-03-2026, 20:45
    Kiyev seçkilərlə bağlı nöqtəni qoydu – RƏSMİ AÇIQLAMA
  • 20-03-2026, 19:29
    İranla müharibədən indi çıxa bilərik, amma... - Tramp
  • 20-03-2026, 17:23
    Dəmir Qübbəni idarə edən hərbçi İrana casusluq edirmiş
  • 20-03-2026, 16:04
    Yeni maaş modeli: Bəs pensiyalarda vəziyyət necə olacaq?
  • 20-03-2026, 15:36
    Əlləriniz və ayaqlarınız isinmirsə... - Xroniki üşümə hansı xəstəlikləri göstərir?
  • 20-03-2026, 14:43
    Nikol Paşinyan: Köçəryanın siyasəti Azərbaycanla müharibəni qaçılmaz edir
  • 20-03-2026, 12:37
    1 kiloqramlıq körpənin ürəyi əməliyyat olundu
  • 20-03-2026, 11:51
    Rəsmi Pekin: Tayvan məsələsi Çinin daxili işidir
  • 20-03-2026, 09:10
    Qışdan çıxan bədəndə nə çatışmır? – Orqanizmin gizli siqnalları
  • 19-03-2026, 22:18
    Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz?
  • 19-03-2026, 21:53
    Əl və Ayaq Dərisi Niyə Quruyur? Onları Necə Nəmləndirmək Olar?
  • 19-03-2026, 20:50
    Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?
  • 19-03-2026, 19:05
    Nahardan sonra yuxu gəlirsə, bunları edin
  • 19-03-2026, 18:12
    Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri
  • 19-03-2026, 17:26
    Limitləri aşdı, satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə