• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsultun 3 növü – Necə bilməli?
Ağciyərin sağlamlığını qoruyan 6 MƏHSUL
Səhər acqarına şokolad yeyənlərin nəzərinə!
Yayın ən şanssız BÜRCLƏRİ - Sınaqlar sizi gözləyir
Sağlamlıq üçün daha pis hansıdır: aşağı, yoxsa yüksək təzyiq?
ABŞ İrana yenə HÜCUM EDƏCƏK? - ŞOK ÇAĞIRIŞ
Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...
Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır
İsrail müdafiə naziri: Yəmənlə İranla olduğu kimi davranacağıq
Rusiya-Azərbaycan gərginliyi… - BMT-dən açıqlama
100 il yaşamağın sirri - Bu 4 qidanı dərhal həyatınızdan çıxarın
İsrail Qəzzanı yenə vurdu: 95 ölü
Nazik və tökülən saçlar - Gündə 1 ovuc bu qidadan yeyin
Moskvanın Bakıya hücumunun əsas səbəbləri - Zəngəzur dəhlizində nə baş verdi?
Azərbaycanlılar üçün yeni təhlükə – Ya ölkədən çıxmayın, ya da…
Qanda yağı, xolesterolu azaldan bitki çayları
Güclü ordu, güclü dövlət – Təhdidlərə qarşı sükut deyil, güc danışır
Qanda şəkər neçə olmalıdır ki, uzun yaşaya bilək?
ABŞ-dan mesaj: İsrail və Yunanıstandan da reaksiya gəldi – Növbəti ölkə Türkiyədir
Duyğusal yükdən necə azad olaq? - Psixoloqdan praktiki məsləhətlər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ağciyərləri COVİD19-dan qorumağın yolu - Buna vaxtında ƏMƏL EDİN

Araşdırma

26-11-2020, 12:49

Ağciyərləri COVİD19-dan qorumağın yolu - Buna vaxtında ƏMƏL EDİN


Hər mövsümdə olduğu kimi özəlliklə də qış mövsümündə doğru və sağlam qidalanmaq vacibdir. Nəzərə alsaq ki, pandemiya dövrünü yaşayırıq və bu aralarda xüsusilə sağlamlığımıza diqqət yetirib, immun sistemimizi viruslara qarşı daha güclü etməliyik.

Bunu Milli.Az-a açıqlamasında dietoloq Tutu Zeynalova deyib.

Dietoloq bildirib ki, çeşidli meyvə-tərəvəzdən istifadə etməklə orqanizmimizin ehtiyacı olan vitamin və mineralları ödəyə bilərik:

"Düzdür, COVİD-lə bağlı müəyyən qidalar da gündəmə gəlib, müəyyən ədviyyatlar, ərzaqlar daha çox populyarlaşıb. İndi mən deyə bilərəm ki, zəncəfildən istifadə edin, yaxud sumaxdan istifadə edin, koronaya qarşı güclü olub özünüzü qoruyun. Nəticədə bu ərzaqların qiyməti qalxmış olacaq. Təbii ki, bu və ya digər ədviyyat COVİD-dən 40%-50% qoruyur şüarları ilə də çıxış etmək olar, amma reallıq tam fərqlidir. Bizi bu qış dönəmində koronavirusdan ən yaxşı, 95% qoruyan vasitə məhz bizim maskalarımız və gigiyenik qaydalara riayət etməyimizdir, ilk növbədə bunu unutmayaq.

Qış aylarında qidalanmağımız zamanı burada önəmli olan boşqabımızın "rəngli" olmasıdır. Yəni, qarşımıza gələn boşqabda nə qədər çox rəng (meyvə, tərəvəz) çeşidi varsa, bir o qədər orqanizmimizin ehtiyacı olan vitamin və mineralları ödəyirik deməkdir. Daha pratik olsun deyə bunu belə izah edə bilərik: Məsələn, hər gün rasionunuzda 3 yaşıl rəngli meyvə-tərəvəz olsun, 3 çeşid rənglər - Məsələn, qırmızı, narıncı, bənövşəyi hər hansı bir tərəvəz və ya meyvə ola bilər. 3 porsion da vacib olan kükürdlü meyvə-tərəvəzdir. Xüsusilə immun sistemimizi dəstəkləyən bu kükürdlü meyvə-tərəvəzlərdir: Kələm fəsliləsindən olan tərəvəzlər - turp, göbələk, sarımsaq, soğan və s. bunlar kükürdlü tərəvəzlərə aiddir. Bunlar da mütləq 3 porsion hər gün rasionumuzda olmalıdır. Həftədə iki dəfə balıq yeməyi tövsiyə edirik, iki dəfə qırmızı ət və 2-3 dəfə toyuq məhsullarından istifadə məqsədəuyğun hesab olunur. Amma burada da təbii məhsullardan, kənd toyuğundan söhbət gedir. immun sistemimiz üçün keyfiyyətli protein qəbul etmək çox önəmlidir. Keyfiyyətli protein dediyimiz nədir? - Bu, kənd yumurtasıdır, ət məhsullarıdır, süd məhsullarıdır (evdə hazırlanmış olmaq şərtilə).

Hazırda insanların COVİD-lə bağlı narahatçılığını nəzərə alsaq, ağciyərləri qorumaq indiki məqamda çox vacib bir məsələyə çevrilib. Müəyyən qidalar var ki, onlar ağciyərin fəaliyyətinə kömək olur, dəstək olur. Bu qidalardan bu gün həm mövsümə uyğun, həm də pandemiyə ilə bağlı vəziyyəti nəzərə alaraq çuğunduru qeyd edə bilərik. Tərkibindəki nitratlar sayəsində ağciyərlərdə qanın dövranına dəstək olur və oksigenlə zənginləşdirməsinə yardım edir. Bundan başqa kökü deyə bilərəm ki, A və C vitaminləri ilə zəngindir. Rasionda zeytun yağının istifadəsi ağciyərlərə çox kömək olur. Sarıkök tərkibindəki kurkubin maddəsi sayəsində, bundan əlavə Braziliya cevizini də misal göstərə bilərəm. Tərkibi seleniumla zəngindir, gündə iki dənə yeməklə günlük selenium ehtiyacımızı ödəyir ki, bu da immun sistemini dəstəkləyir, həmçinin də ağciyərlərin funksiyasının bərpa olunmasına kömək olur. Paxlalı bitkilər, məsələn, mərcimək, lobya liflərdən zəngin olduğu üçün qaraciyər funksiyasına dəstək olur. Bibərdə C vitamini zəngindir, qırmızı kələmi də bu qəbilə aid edə bilərəm. Sarımsaq da ağciyərlərin fəaliyyətini dəstəkləyən qidalar siyahısına aiddir.

Bizimi ikinci beynimiz, həmçinin də immun sistemimizin 70%-i məhz bağırsaqlarımızdadır. Bağırsaqlarımızda faydalı bakteriaların sayını artırmaq üçün probiotiklərin istifadəsi önəmlidir. Bu yöndə də bizə qışda turşular köməyimizə çatır. Bol tərəvəzlərin istifadəsi, kefir, qatıq istifadəsi və həmçinin ehtiyac olarsa, kənardan da probiotik qida əlavəsi ala bilərik. D vitaminimizi yüksək tutmaq lazımdır. Bilirsiniz ki, günəş şüaları azalıb və nəzərə alsaq ki, bu yay, demək olar ki, günəşlənmədik, D vitamini əksikliyi də qış aylarında bizim daha tez-tez xəstələnməyimizə səbəb olur. Söhbət təkcə koronavirusdan yox, ümumiyyətlə, soyuqdəymə, qrip və digər respirator infeksiyalardan gedir. Buna görə də qorunmaq üçün mütləq D vitamini səviyyələrimizi yüksək tutmalıyıq və həftədə iki dəfə paxlalılar qrupunda yer alan qidalar mütləq olmalıdır. Bundan əlavə immun sistemimizi güclü tutmaq, qışda daha az xəstələnmək və xəstəliklərə qarşı daha dayanıqlı olmaq üçün mütləq suya ehtiyacımız var. Çəkimizin 3%-i mislində su içməyi unutmamalıyıq. Yaxşı olar ki, bu aralar bitki çayları istifadə edək. Əks reaksiyası yoxdursa, damaq dadınıza uyğundursa darçın, zəncəfil, mixək və s. çaylar ola bilər. Mövsümündə olan meyvələrdən istifadə edək. Yəni, hər mövsümün öz meyvə-tərəvəzləri var.

Ən vacib məqamlardan biri də hər gün heç olmasa yarım saat təmiz havada gəzmək və yuxu çox önəmlidir. Qış aylarında tez-tez xəstələnməyimizin səbəbi məhz immun sistemimizin zəifləməsi olur ki, yuxusuzluq da orqanizm üçün ən böyük stressdir. Gecə xüsusilə 11 ilə 2 arasında olan yuxu bizim üçün çox önəmlidir. O saatlarda çalışaq artıq yataq və soyuq otaqda yataq. yatdığımız otaq çox isti olmamalıdır, bu da çox vacibdir. Və mavi işığı (telefonun işığın) yatmazdan heç olmasa 2 saat qabaq özümüzdən uzaqlaşdıraq.

Düşünürəm ki dediyim qaydalara riayət etsək, evimizə sağlam məhsullar alsaq, bol-bol su içsək, zeytun yağından istifadə etsək, təbii qidalara üstünlük versək, o zaman heç bir problem olmayacaq və biz sağlam olacağıq. Amma maskadan düzgün istifadə etməsək, digər qaydalara əməl etməsək, heç bir məhsul bizə kömək etməyəcək".

Oxunub: 1 152
Paylaş:
Digər xəbərlər

Müsahibə

19-09-2020, 12:40

"COVID-19 statistikaları insanlarda güclü stress yaradıb" - Psixoloq çıxış yollarından danışır

Maraqlı

25-08-2020, 19:48

Yeməkdən əvvəl su içək, yoxsa... – DİETOLOQ CAVABLANDIRIR

Xəbərlər

21-04-2020, 11:22

Dietoloq immuniteti möhkəmləndirən qidaları açıqladı: "Səhər saatlarında qəbul edilməlidir ki..."

Gözəllik və təbabət

3-04-2020, 18:23

Yeməkdən əvvəl su içək, yoxsa... – DİETOLOQ CAVABLANDIRIR

Gözəllik və təbabət

19-01-2020, 13:29

Qışda piylənmə nəyə görə artır? - Dietoloq səbəbləri AÇIQLAYIB

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsultun 3 növü – Necə bilməli?
Ağciyərin sağlamlığını qoruyan 6 MƏHSUL
Səhər acqarına şokolad yeyənlərin nəzərinə!
Yayın ən şanssız BÜRCLƏRİ - Sınaqlar sizi gözləyir
Sağlamlıq üçün daha pis hansıdır: aşağı, yoxsa yüksək təzyiq?
ABŞ İrana yenə HÜCUM EDƏCƏK? - ŞOK ÇAĞIRIŞ
Son xəbərlər
  • Bu gün, 12:36
    İnsultun 3 növü – Necə bilməli?
  • Bu gün, 09:16
    Ağciyərin sağlamlığını qoruyan 6 MƏHSUL
  • Bu gün, 09:14
    Səhər acqarına şokolad yeyənlərin nəzərinə!
  • Dünən, 22:40
    Yayın ən şanssız BÜRCLƏRİ - Sınaqlar sizi gözləyir
  • Dünən, 21:32
    Sağlamlıq üçün daha pis hansıdır: aşağı, yoxsa yüksək təzyiq?
  • Dünən, 20:32
    ABŞ İrana yenə HÜCUM EDƏCƏK? - ŞOK ÇAĞIRIŞ
  • Dünən, 19:18
    Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...
  • Dünən, 18:18
    Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır
  • Dünən, 17:22
    İsrail müdafiə naziri: Yəmənlə İranla olduğu kimi davranacağıq
  • Dünən, 16:00
    Rusiya-Azərbaycan gərginliyi… - BMT-dən açıqlama
  • Dünən, 15:30
    100 il yaşamağın sirri - Bu 4 qidanı dərhal həyatınızdan çıxarın
  • Dünən, 13:50
    İsrail Qəzzanı yenə vurdu: 95 ölü
  • Dünən, 12:34
    Nazik və tökülən saçlar - Gündə 1 ovuc bu qidadan yeyin
  • Dünən, 11:08
    Moskvanın Bakıya hücumunun əsas səbəbləri - Zəngəzur dəhlizində nə baş verdi?
  • Dünən, 10:16
    Azərbaycanlılar üçün yeni təhlükə – Ya ölkədən çıxmayın, ya da…
  • Dünən, 09:07
    Qanda yağı, xolesterolu azaldan bitki çayları
  • 30-06-2025, 22:23
    Güclü ordu, güclü dövlət – Təhdidlərə qarşı sükut deyil, güc danışır
  • 30-06-2025, 21:14
    Qanda şəkər neçə olmalıdır ki, uzun yaşaya bilək?
  • 30-06-2025, 20:44
    ABŞ-dan mesaj: İsrail və Yunanıstandan da reaksiya gəldi – Növbəti ölkə Türkiyədir
  • 30-06-2025, 19:16
    Duyğusal yükdən necə azad olaq? - Psixoloqdan praktiki məsləhətlər
  • 30-06-2025, 18:28
    Ağcaqanadlardan qorunmaq üçün ƏN SADƏ ÜSUL
  • 30-06-2025, 17:41
    TŞ-dən qərar: Bu dərmanların qiyməti...
  • 30-06-2025, 16:54
    İyulda hava necə olacaq? – Aylıq proqnoz
  • 30-06-2025, 15:00
    Çaytikanıdan təbii antidepresant hazırlaya bilərsiniz - Sınamağa dəyər
  • 30-06-2025, 14:28
    Azərbaycanda qohum nikahlarının qarşısı belə alınacaq
  • 30-06-2025, 13:20
    Zatulindən etiraf: Qarabağ bitdi, Bakıya təsir də...
  • 30-06-2025, 12:09
    Arterial təzyiqi aşağı salır, trombları əridir, həzmi yaxşılaşdırır... İki əsirlik tərəvəzin faydaları
  • 30-06-2025, 11:21
    Avropa yaxın gələcəkdə Rusiya ilə qarşılaşacaq
  • 30-06-2025, 10:43
    197 il sonra ilk yaşandı – Rusiya və İran Azərbaycanda bunu təkrarladı
  • 30-06-2025, 09:04
    Öd kisəsində daşlar BU SƏBƏBLƏRƏ GÖRƏ əmələ gəlir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə