• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
Asiyada yeni müharibə başlayır
ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
“Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
Hər yemək arasında nə qədər fasilə olmalıdır?
Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
Ən romantik və ən qısqanc bürclər
Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Göz sulanması və onun səbəbləri

Araşdırma

30-10-2020, 21:34

Göz sulanması və onun səbəbləri


Havaların stabil keçməməsi bəzi narahatlıqlara səbəb olur və onlardan biri də göz sulanmasıdır.

Yol gedərkən sanki ağlayan adam təsiri bağışlayanlar göz sulanmalarını külək və soyuq hava ilə əlaqələndirir, bəzən isə bunu qripin əlaməti hesab edirlər. Əslində isə göz sulanmasının səbəbini yalnız fəsil və soyuqlarla bağlamaq düzgün deyil.

Azertag.az bildirir ki, paytaxtın baş oftalmoloqu Sevda Bəşirova deyib: "Göz yaşı orqanizm üçün çox vacib mayedir, onun tərkibində lazımi qədər komponent birləşdikdə qoruyucu təbəqə əmələ gətirərək gözü toz və hava infeksiyalarından qoruyur. Göz yaşları üç yerə bölünür. Birinci tipə emosiyalardan yaranan, sevinəndə, yaxud kədərlənəndə ifraz olunan göz yaşları, ikinci tipə güclü işıq, doğranan soğan və s.-dən yaranan refleks göz yaşları, üçüncü tipə toz, yaxud yad cisimlə təmas zamanı yaranan və qısa zamanda quruyan bazal göz yaşları aid edilir. Həmin səbəblərdən olmayan və daim narahatlıq yaradan göz yaşları isə gözlərdə olan problemin xəbərçisi ola bilər.

Göz yaşının axmasının səbəbi emosional hallar və yaxud gözə yad cismin düşməsi deyilsə, həmçinin gözdən yaş axması narahatlıq törədirsə, bu, ya göz yaşının artıq əmələ gəlməsi, ya da onun axıb burun boşluğuna tökülməsini təmin edən kanalın tutulması ilə əlaqədardır. Göz yaşı kanalının tutulmasının səbəbi iltihabi və mexanikidir. İltihabi olduqda gözə qış aylarında əlcəklər, çirkli əllər və yaxud əl dəsmalından mikrob düşərək sulanmaya səbəb olur. Göz qapaqlarında olan əyrilik isə mexaniki səbəblərə aiddir. Göz qapaqlarının bütün tərəflərdən uclarında kiçik nöqtələr var və onlar suyun çəkilməsinə kömək edir. Göz qapaqları çölə doğru olduqda həmin nöqtələr suyu yox, havanı çəkməyə başlayır. Göz qapağının anormallığı göz yaşlarının çoxluğuna səbəb ola bilər".

Göz sulanması narahatlıqlarından birinin də gözlərin yaxşı görməməsi olduğunu söyləyən həkim-oftalmoloq deyib: "Su ilə dolu gözlər hər şeyi lupa ilə böyüdülmüş kimi görür. Daim salfetlərlə gözlərin silinməsi refleks olaraq göz yaşlarının daha da artmasına səbəb olur. Mikrobların gözə keçmə ehtimalı da var. Soyuq və küləkli havada gəzərkən göz yaşı axarında artım olur. Soyuq hava göz yaşı çox olanlarda yaş artırır, normal gözlərə isə ağladacaq qədər təsir etmir. Göz sulanması varsa, əvvəlcə həkimə müraciət etmək lazımdır. Birinci halda gözdə zəifləmə, göz kanallarının daralması, yaxud gözdə qlaukoma yaranır və göz sulanması ilə müşahidə olunur. İkinci halda gözdə heç bir zəifləmə və narahatlıq olmur, gözdə sulanma varsa, onun səbəbi kompüter, mobil telefon və şiddətli işıqdır.

Gözlərdə sulanma, quruluq, yanma, batma, qızarma, qaşınma kimi narahatlıqların yaranmasında şüalı alətlərin rolu danılmazdır. Sulanmanın səbəbi araşdırılarkən gözlərdə heç bir xəstəlik faktoru aşkar edilməzsə, onda gözlərə ən çox zərər verən kompüter və telefonlardır. On il əvvəllə müqayisədə indi eynək taxan gənclər xeyli çoxalıb. Optik linzadan istifadə edənlər də eynəyə keçsə, onda eynək taxanlar daha çox olar. Gözlərə istirahət verilmədikdə, 5 saatdan çox kompüter arxasında, qalan saatları isə telefon ekranı ilə keçirəndə gözlərdə narahatlıq yaranır.

Xəstəlik olmasa da, sulanan gözləri problemdən qurtarmaq üçün onlara istirahət vermək lazımdır. Televizor, kompüter və mobil telefondan həddindən çox istifadə edilməsi gözlərin normadan artıq qırpılmasına, bu da gözdə quruluğa və ilkin mərhələdə kompensator olaraq sulanmaya səbəb olur. Bunun qarşısını almaq üçün kompüter arxasında uzunmüddətli iş və ya televizora baxarkən ekranın işıqlanmasını minimuma endirmək, gözləri tez-tez qırpmaq, iş qurtarandan sonra yumub onlara bir neçə dəqiqə istirahət vermək, təbii göz yaşı damcılarından istifadə etmək lazımdır.

Həkim məsləhəti olmadan apteklərdə satılan göz yaşı damcılarından istifadə etmək yolverilməzdir, çünki gözdəki sulanmanın səbəbini aşkar etməyincə həmin damcılardan özbaşına istifadə edilməsi problemin daha da artmasına səbəb ola bilər. Göz damcıları fərqlidir: quru gözlər, zəif gözlər, infeksiyaların qarşısını almaq üçün və s. Yanlış tətbiq olunan göz yaşı damlası əlavə problem yarada bilər. Ona görə də həkim-oftalmoloqun məsləhəti olmadan gözə müdaxilə etmək olmaz.

Gözlərin güclü olması isə qidadan birbaşa asılıdır. Normal qidalanma və vitaminlər qəbul etmək gözlərin sonradan yaranan zəifliyin qarşısını almaqla yanaşı onların daha sağlam olmasına imkan yaradır".

Oxunub: 985
Paylaş:
Digər xəbərlər

Səhiyyə

6-03-2020, 22:42

Koronavirus mutasiyaya uğradı - İki alt tipə bölündü

Maraqlı

28-02-2020, 17:59

Göz yaşları haqqında 10 MARAQLI FAKT

Səhiyyə

10-03-2019, 14:07

Göz sulanması və onun səbəbləri

Video

26-02-2019, 12:06

Körpənin gözlərindən irin axır, nə etmək lazımdır? - VİDEO

Araşdırma

22-12-2018, 02:40

Körpənin gözlərindən irin axır. Nə etmək lazımdır? - VİDEO

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
Asiyada yeni müharibə başlayır
Son xəbərlər
  • Bu gün, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • Bu gün, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • Bu gün, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • Bu gün, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
  • Bu gün, 18:20
    Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
  • Bu gün, 17:04
    Asiyada yeni müharibə başlayır
  • Bu gün, 16:35
    ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
  • Bu gün, 15:11
    Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
  • Bu gün, 14:43
    Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
  • Bu gün, 13:31
    Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
  • Bu gün, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
  • Bu gün, 11:32
    “Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
  • Bu gün, 10:23
    Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
  • Bu gün, 09:00
    Hər yemək arasında nə qədər fasilə olmalıdır?
  • Dünən, 22:53
    Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
  • Dünən, 22:19
    Ən romantik və ən qısqanc bürclər
  • Dünən, 20:50
    Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
  • Dünən, 19:37
    Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
  • Dünən, 18:05
    Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
  • Dünən, 17:44
    İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
  • Dünən, 16:22
    Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
  • Dünən, 15:07
    Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
  • Dünən, 14:26
    Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama
  • Dünən, 13:41
    100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk
  • Dünən, 12:27
    Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
  • Dünən, 11:33
    Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
  • Dünən, 10:32
    İspaniya Afrika anklavına qoşun göndərdi - Nə baş verir?
  • Dünən, 09:04
    İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
  • 30-07-2026, 22:21
    Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
  • 30-07-2026, 21:53
    Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə