• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sağ qabırğaaltı nahiyəsində ağrılar - TƏHLÜKƏLİ SİMPTOM
İran “AB üçlüyü” ilə razılığa gəldi: Danışıqlar olacaq
Türkiyə elə bir addım atdı ki, İsrail dərhal buna razılaşdı
Bunlar mədəmizin düşmənləridir!
Əliyevdən Kremlə açıq mesaj verildi – 7 aylıq səssizlik belə bitə bilər
Qəzzada əməliyyat: İsrail “terror tunelləri”ni partlatdı
Dizlərdə ağrıların səbəbləri
Rusiya müharibədə yeni cəbhə açdı: hədəf bu şəhərdir
Bina evində yaşayanlar mütləq oxusun: Bunu etmək qadağandır! – Əks halda…
Gün yandıranda dəriyə qatıq çəkmək OLMAZ - Həkimdən XƏBƏRDARLIQ
“Niyə məhz Şuşa?” – Hikmət Hacıyev mühüm səbəbləri açdı
Növbəti raund yenə İstanbulda olacaq
Barmaqları hərəkət etdirməkdə çətinlik çəkirsinizsə, bu, xəstəlik əlaməti ola bilər - DİQQƏT
Tramp, Putin və Szinpin bu tarixdə görüşə bilər
Prostatit, cinsi zəiflik, sonsuzluğa qarşı TƏBİİ DƏRMAN. Hər gün 1 qaşıq qəbul edin!
İki ölkə dəhlizdən çıxarılır: İrəvanda proses başladıldı – Paşinyandan gözlənilməz qərar
Azərbaycanda yeni qadağa qalmaqalı – Həbs oluna bilərsiniz
Qalxanvari vəzi xaric olunduqdan sonra...
İsrail Türkiyə ilə “qonşu” olacaq, əgər...
“Vaqner”in nəzarətində olan mədəndə atışma: 10 nəfər öldü
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Mədə qıcqırması - SƏBƏBLƏR və TƏBİİ ÇARƏLƏR

Araşdırma

7-08-2020, 17:04

Mədə qıcqırması - SƏBƏBLƏR və TƏBİİ ÇARƏLƏR


Adətən döş sümüyü arxasında yanğı hissi və yanmanın qida borusu boyu yuxarıya doğru yayılması mədə qıcqırması adlanır.

Yanaşı olaraq mədədə doluluq hissi, ağızda acılıq və ya turş dad hiss oluna bilər. Xəstə əyiləndə və ya uzananda döş sümüyü arxasında yanma hissi artır.

Döş sümüyü arxasında yanmaya səbəb mədə möhtəviyyatının qida borusuna atılmasıdır. Aqressiv mədə şirəsi qida borusunun divarlarını qıcıqlandırır və dözülməz yanma hissi yaradır.

Mədə qıcqırması daha çox qidalanmanın pozulması, xüsusən də quru qidaların ayaqüstü yeyilməsi, qəhvə və tünd çaydan həddən artıq istifadə nəticəsində əmələ gəlir. Bir sıra hallarda qarındaxili təzyiqin artması da eyni klinik mənzərə yaradır. Daha çox hamiləlik, kəmərin çox sıx bağlanması və ağır əşyaların mütəmadi qaldırılması zamanı belə hallar baş verir. Mədə qıcqırması diafraqma yırtığı zamanı da aparıcı əlamətlərdən biri olur.

Qıcqırma təkcə döş sümüyü arxasında əmələ gələn və xəstəni narahat edən xoşagəlməz hiss deyil. Həzm şirələrinin daimi olaraq qida borusuna düşməsi onun aşağı hissəsində eroziya, xora, ağır hallarda isə hətta qida borusu xərçənginin inkişafına səbəb olur.

Bundan başqa mədə möhtəviyyatı qida borusunun yuxarı şöbələrinə və qırtlağa qədər atıldıqda xəstədə öskürək, hətta səs tutulması əmələ gəlir.

İlk yardım

Mədə qıcqırmasını qısa zamanda aradan qaldırmaq üçün bir çox vaxt suda həll edilmiş çay sodasından istifadə edirlər. Doğrudur, çay sodası mədə şirəsində olan xlorid turşusunu neytrallaşdırır, lakin reaksiya nəticəsində əmələ gələn karbon qazı mədə divarlarının dartılıb gərilməsinə və ağrıya səbəb olur, mədə xorası olan xəstələrdə isə mədə qanaxması törədə bilər. Həm də çay sodası qəbul ediləndən 30-40 dəqiqə sonra mədə şirəsinin ifrazını artırır və qıcqırma əlamətləri getdikcə artır. Ona görə də mədə turşuluğunu neytrallaşdırmaq üçün çay sodasından istifadə etmək lazım deyil. Xalq təbabəti daha effektli və zərərsiz üsullar təklif edir.

Kartof şirəsi

- 1 ədəd çiy kartofun şirəsi çəkilir və səhər acqarına qəbul edilir.

- 1-2 xörək qaşığı kartof şirəsi yeməkdən yarım saat əvvəl qəbul edilir.

Toxum qarışığı

Bərabər miqdarda razyana, bostan şüyüdü və cirə toxumları qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənir, hər gün 1-2 stəkan süzülmüş dəmləmə kiçik qurtumlarla içilir.

Süddə kətan dəmləməsi

1 çay qaşığı kətan yoxumları 1 stəkan qaynar südə əlavə olunur, ağzı bağlanaraq yarım saat dəmlənir. Dəmləndikdən sonra qarışdırılır və süzülərək gündə 1-2 dəfə yeməkdən əvvəl yarım stəkan qəbul edilir.

Fitooil Zəyərək (kətan) yağı

Hər səhər acqarına 1 -2 xörək qaşığı Fitooil Zəyərək yağı qəbul edilir.

Kərəviz kökü

Təzə kərəviz kökünün şirəsi sıxılır və gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1-2 xörək qaşığı içilir. 2 çay qaşığı qurudulmuş kərəviz kökləri xırdalanır, 1 stəkan qaynar suda dəmlənir və gündə 2-3 dəfə yarım stəkan qəbul olunur.

Tabaşır və ya kömür

1 çay qaşığı üyüdülmüş kəcəvər kökləri 4 çay qaşığı tabaşir tozu ilə qarışdırılır. Kəcəvər kökünün əvəzinə zəncəfil kökü, tabaşırın yerinə isə aktivləşdirilmiş kömürdən də istifadə etmək olar. Qarışıqdan 1 çay qaşığı 1/3 stəkan suda həll edilir və gündə 3 dəfə qəbul edilir. Təzə kəcəvər köklərinin çeynənilməsi də qıcqırmanı azaldır.

Turşuluğa qarşı turşu

1 stəkan qaynadılmış suya 2 çay qaşığı alma sirkəsi əlavə olunur və yeməkdən qabaq qəbul edilir.

Bitki qarışığı

Hərəsindən 1 xörək qaşığı dazıotu, bağayarpağı və çobanyastığı çiçəkləri qarışdırılır, üzərinə 2 stəkan qaynar su əlavə olunaraq 2 saat dəmlənir. Süzüldükdən sonra gündə 2-3 dəfə yeməkdən əvvəl yarım stəkan içilir.

2 filtr-bağlama Teastomin çayı yarım stəkan qaynar suda 15 dəqiqə dəmlənir və gündə 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul edilir.

Badamla qoz

Hər birindən 100 qram qoz və badam həvəngdəstədə əzilir və ya sürtgəcin kiçik gözündən keçirilir. Qarışdırıldıqdan sonra hər gün 1 xörək qaşığı qəbul edilir.

Qızılçətir dəmləməsi

1 xörək qaşığı qızılçətir otu 1,5 stəkan suda yarım saat dəmlənir, yeməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul olunur.

Portağallı biyan dəmləməsi

10 qram xırdalanmış biyan kökləri ilə 6 qram qurudulmuş portağal qabıqları üzərinə 2 stəkan qaynar su əlavə olunur və vam ocaqda yarısı qalana qədər qaynadılır. Alınan bişirməyə 1 xörək qaşığı təmiz bal əlavə olunaraq gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir. Prosedur 1 ay aparılır.

Profilaktika

- Az-az və tez-tez yemək yemək;

- Acı, yağlı və qızardılmış yeməklərdən, alkoqollu, turş və qazlı içkilərdən, sarımsaq, çiy soğan, turş meyvələrdən imtina etmək, şokolad, qəhvə və tünd çay qəbulunu məhdudlaşdırmaq;

- Yeməkdən sonra əyilib iş görməmək;

- Axşam yeməyini yatmazdan 2-3 saat əvvəl qəbul etmək;

- Çarpayının baş hissəsini 10 sm qaldırmaq;

- Qarın nahiyəsini sıxan kəmərlər, korset və bandajlar taxmamaq.

Mənbə: Herba Flora jurnalı

Oxunub: 1 473
Paylaş:
Digər xəbərlər

Səhiyyə

12-07-2020, 13:22

Qida borusu dəliyinin yırtığı

Səhiyyə

10-01-2020, 22:16

Mədə xərçənginin əsas SİMPTOMLARI

Səhiyyə

16-09-2019, 13:47

Mədə qıcqırması - SƏBƏBLƏR və TƏBİİ ÇARƏLƏR

Gözəllik və təbabət

14-03-2019, 10:44

Dünyada hər kəsin rastlaşdığı ən çox yayılmış problem: Öhdəsindən necə gəlmək olar?

Səhiyyə

23-01-2019, 20:24

Ağızda acılığın səbəbləri

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sağ qabırğaaltı nahiyəsində ağrılar - TƏHLÜKƏLİ SİMPTOM
İran “AB üçlüyü” ilə razılığa gəldi: Danışıqlar olacaq
Türkiyə elə bir addım atdı ki, İsrail dərhal buna razılaşdı
Bunlar mədəmizin düşmənləridir!
Əliyevdən Kremlə açıq mesaj verildi – 7 aylıq səssizlik belə bitə bilər
Qəzzada əməliyyat: İsrail “terror tunelləri”ni partlatdı
Son xəbərlər
  • Bu gün, 21:28
    Sağ qabırğaaltı nahiyəsində ağrılar - TƏHLÜKƏLİ SİMPTOM
  • Bu gün, 20:44
    İran “AB üçlüyü” ilə razılığa gəldi: Danışıqlar olacaq
  • Bu gün, 19:24
    Türkiyə elə bir addım atdı ki, İsrail dərhal buna razılaşdı
  • Bu gün, 18:54
    Bunlar mədəmizin düşmənləridir!
  • Bu gün, 17:21
    Əliyevdən Kremlə açıq mesaj verildi – 7 aylıq səssizlik belə bitə bilər
  • Bu gün, 16:39
    Qəzzada əməliyyat: İsrail “terror tunelləri”ni partlatdı
  • Bu gün, 15:28
    Dizlərdə ağrıların səbəbləri
  • Bu gün, 14:10
    Rusiya müharibədə yeni cəbhə açdı: hədəf bu şəhərdir
  • Bu gün, 13:52
    Bina evində yaşayanlar mütləq oxusun: Bunu etmək qadağandır! – Əks halda…
  • Bu gün, 12:33
    Gün yandıranda dəriyə qatıq çəkmək OLMAZ - Həkimdən XƏBƏRDARLIQ
  • Bu gün, 11:19
    “Niyə məhz Şuşa?” – Hikmət Hacıyev mühüm səbəbləri açdı
  • Bu gün, 10:07
    Növbəti raund yenə İstanbulda olacaq
  • Bu gün, 09:05
    Barmaqları hərəkət etdirməkdə çətinlik çəkirsinizsə, bu, xəstəlik əlaməti ola bilər - DİQQƏT
  • Dünən, 22:38
    Tramp, Putin və Szinpin bu tarixdə görüşə bilər
  • Dünən, 21:33
    Prostatit, cinsi zəiflik, sonsuzluğa qarşı TƏBİİ DƏRMAN. Hər gün 1 qaşıq qəbul edin!
  • Dünən, 20:28
    İki ölkə dəhlizdən çıxarılır: İrəvanda proses başladıldı – Paşinyandan gözlənilməz qərar
  • Dünən, 19:16
    Azərbaycanda yeni qadağa qalmaqalı – Həbs oluna bilərsiniz
  • Dünən, 18:36
    Qalxanvari vəzi xaric olunduqdan sonra...
  • Dünən, 17:51
    İsrail Türkiyə ilə “qonşu” olacaq, əgər...
  • Dünən, 16:04
    “Vaqner”in nəzarətində olan mədəndə atışma: 10 nəfər öldü
  • Dünən, 15:29
    Təşviş, nevroz, yorğunluğa qarşı 8-8-8 qaydası - Psixiatrdan TÖVSİYƏ
  • Dünən, 14:16
    Təhlükəsizlik qüvvələri bu ərazidə: Şara atəşkəs elan etdi!
  • Dünən, 13:47
    Türkiyədə verilən təklif erməniləri qəzəbləndirdi – İrəvandan qəribə REAKSİYA
  • Dünən, 12:17
    Gözəllik və sağlamlıq üçün MÖCÜZƏVİ RESEPT
  • Dünən, 11:52
    İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA: “Dəhlizin yaradılması…”
  • Dünən, 10:16
    İsraildən Türkiyəyə ŞOK: Silah daşıyan ABŞ gəmisi Cənubi Kiprə gətirilir
  • Dünən, 09:11
    Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ
  • 18-07-2025, 22:42
    Mükəmməl olmağa çalışmaq psixoloji problemdir?
  • 18-07-2025, 21:06
    Bananın rənginə görə faydası: yaşıl bağırsaqlar üçün, sarı...
  • 18-07-2025, 20:34
    Hindistan iki ballistik raket sınağını həyata keçirdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə