• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Onkologiya Mərkəzində partlayış qəsdlə törədilib – RƏSMİ
Bir dəqiqədə anemiyanı aşkar etmək mümkündürmü?
Sensasiyalı etiraflar: Erməni lobbisinin Azərbaycan və sülhə qarşı planı ifşa olundu
Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
Təşviş və nevrozu olanlara dərmansız müalicə
Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ
Gizli yazışmalar üzə çıxdı: ABŞ-İran müharibəsi ilə bağlı yeni plan sızdırıldı
Sümükləri və oynaqları gücləndirən qidalar
Kreml Paşinyana qarşı 3 adamını hərəkətə keçirdi – Silahlı təxribat ola bilər
İran bəyan etdi: “Müharibə bitməyib, ABŞ və İsrailə sərt cavab verəcəyik”
1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı
Cərimələr sərtləşir - Müqavilə qaydaları dəyişdi
Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…
Hamamdan sonra qan dövranını yaxşılaşdıran yağ
Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi
Heç kim qocalmayacaq: Alimlər ürəyi gəncləşdirən maddə tapdı
ABŞ İranla müharibəyə bu qədər pul xərcləyib – Şok rəqəmlər
Ukraynanın Putini dəli edən zərbəsi: Rusiya çökə bilər
Bu 2 elementin çatışmazlığı boy uzanmasını əngəlləyir
BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Frigidlik - SƏBƏBLƏR VƏ HƏLLİ

Araşdırma

24-07-2020, 12:27

Frigidlik - SƏBƏBLƏR VƏ HƏLLİ


Frigidlik və ya seksual disfunksiya dedikdə, qadında libidonun və ya seksual cəzbetmənin, səciyyəvi seksual duyğularıın və ya orqazmın tam olaraq olmaması və ya azalması (cinsi soyuqluq) başa düşülür.

Ayrı-ayrı frigidlik hallarında cinsi yaxınlığa tam olaraq biganəlik müşahidə oluna bilər.

Frigidliyin səbəbləri

Frigid qadın üçün onun həyatının seksual tərəfi heç bir maraq kəsb etmir. Cinsi aktın özü də onda heç bir emosiya yaratmır, hətta onun heç xoşuna gəlməyə də bilir. Belə qadının erogen zonaları həssas olmur, onun aktiv şəkildə stimulyasiyası heç bir effekt vermir, oyanma halı yaranmır.

Frigidlik xəyali və həqiqi ola bilər.

Sonuncu patologiyadır və seksual həssaslığın anadangəlmə zəif inkişafı fonunda nadir hallarda (dünyadakı qadınların cəmi 7%-də) rast gəlinir.

Həqiqi frigidlik kişi ilə intim yaxınlığa həvəsin, cinsi təmas zamanı spesifik seksual reaksiyaların olmamasında, habelə emosional həzzin olmamasında öz ifadəsini tapır. Bütün bunlar qadının iradəsi və istəyindən asılı olmayaraq baş verir. Bu arada seksual əlaqələrə tam olaraq marağın olmaması kişinin xoşuna gəlmək istəyi ilə müşayiət oluna bilər.

Əksər hallarda fizioloji və psixoloji səbəblərdən yaranan xəyali frigidliyə rast gəlinir. Çox vaxt bu xəstəlik bir neçə amilin (somatik, psixi, mikrososial) təsiri altında inkişaf edir. Frigidlik çox vaxt psixopatiyaların, endogen psixozların, xarakterin aksentuasiyaları (xarakterin parlaq əlamətləri - bu, qəti mövqeyi olmayan, xoflu, utancaq, mənfi emosiyaların fiksasiyasına meylli olan qadınlardır) fonunda yaranır.

Frigidliyin inkişafının səbəbləri:

- Alkoqol və narkotiklərdən çoxlu istifadə edilməsi

- Əvvəl kobud şəkildə həyata keçirilmiş deflorasiya fonunda inkişaf edən psixi zədələr

- Cinsi əlaqə zamanı ağrılar

- Hamilə qalmaq və ya konkret partnyorla əlaqədə ifşa olunmaq qorxusu fonunda seksual yaxınlıqdan qorxma

- Fiziki olaraq partnyora qarşı ikrah hissi

- Diqqətin orqazmın olmamasında həddindən artıq cəmləşdirilməsi

- Hər etiologiyalı (yorğunluq, asteniya, tükənmə, orqanizmin uzun müddət fiziki və ya əqli gərginlik qabiliyyətinin zəifləməsi və ya itirilməsi) astenizasiya (gücsüzlük, zəiflik)

- Depressiv, narahatlıq halı və bəzi digər psixi pozğunluqlar.

- Frigidliyin yaranmasında müxtəlif xarakterli stresslərin, həddindən artıq yorğunluğun, hormonal pozğunluqların, intoksikasiyaların, ginekoloji xəstəliklərin də əhəmiyyəti böyük olur.

- Bu xəstəliyin inkişafına neyrohumoral əhəmiyyətli pozğunluqlar (məsələn, beyin strukturlarının dərin zədələnməsi, androgen çatışmamazlığı, yumurtalıqların disfunksiyası) və sinir sisteminin seqmentar zədələri (şiş, zədə və ya başqa mənşəli) də səbəb ola bilir. Bunun nəticəsində həssaslıq pozulur, səciyyəvi seksual və orqazm duyğuları itirilir.

- Bəzi hallarda frigidlik cinsi orqanların inkişafında anadangəlmə çatışmamazlıqların, çanaq dibinin əzələlərinin zəifliyi, venaların kifayət qədər qanla dolmaması, iltihab xəstəliklərinin nəticəsi ola bilir. Bunlar cinsi yaxınlığın həyata keçirilməsini çətinləşdirir.

Frigidliyin simptomları və təzahürləri nədir?

Bəziləri hesab edir ki, frigidlik intim yaxınlıq zamanı orqazmın olmamasıdır. Lakin bu, səhv fikirdir. Axı qadınlarda orqazm fərdidir. Frigidlik fərqli təzahür edə bilir: bəzi qadınlarda yaxınlıq özü xoşagəlməz duyğular yaradır, lakin onlar buna qadın öhdəliyi kimi yanaşır; digər qadınlarda seks mötədil xoş duyğular yaradır, üçüncüləri orqazmı yalnız yuxuda hiss edə bilir. Çox vaxt qadında orqazmın olmamasını onu təmin etməyə qadir olmayan partnyorun savadsızlığı ilə əlaqələndirirlər. Əvvəllər hesab olunurdu ki, frigid qadınlar olmur, bacarıqsız kişilər olur.

İndi isə bunun əksi öz təsdiqini tapmışdır: bu gün frigid qadınlar yoxdur, savadsız, tənbəl və təcrübəsiz kişilər var.

Bir çox qadınlar qeyd edirlər ki, masturbasiya prosesində onlar daha çox həzz alırlar, nəinki bilavasitə cinsi akt zamanı. Statistikaya görə, cinsi həyata başlamazdan əvvəl masturbasiya ilə məşğul olan qadınlar arasında frigidliyə bunu etməyən qadınlarla müqayisədə üç dəfə az rast gəlinir. Bu, orqazm keçirmək təcrübəsinin meydana gəlməsi ilə izah olunur. Qadınların təxminən yarısında olduqca erogen zona klitordur, uşaqlıq yolunun isə həssaslığı belə qadınlarda az olur. Bu qadınlar qeyd edirlər ki, orqazmı yalnız partnyor əlavə olaraq barmaqlarının köməyi ilə klitoru həvəsləndirdikdə, hiss edirlər.

Seksual razılığın olmaması problemini həll etməkdə yalnız partnyorların bir-biri ilə səmimi söhbətləri köməklik edə bilər. Bu zaman onlar onların hər birinə ən yüksək həzz verən cinsi yaxınlıq məqamlarından söhbət açmalıdırlar. Əsas məsələ utanmamaq və özünü tam sərbəst hiss etməkdir.

Bundan başqa, tərbiyənin də rolu böyükdür. Qız uşağında seksuallığın düzgün formalaşması üçün anadan olduğu ilk üç ildə ana ona mümkün qədər çox diqqət yetirməli və nəvaziş göstərməlidir. Qadının həyatında orqazmın olmaması onun sağlamlığına, xüsusən də psixi sağlamlığına təsir göstərir, qıcıqlanmaya, tez-tez baş ağrılarına, vaxtından tez qocalmaya səbəb olur. Qadın frigidliyi kişinin də psixikasına mənfi təsir göstərir. Bu fonda kişidə potensiyanın zəifləməsinə səbəb olan psixoloji problemlər yarana bilər.

Frigidliyin diaqnostikası

Bu xəstəliyin diaqnostikası yalnız təcrübəli həkim-seksoloq tərəfindən qadının müayinəsi əsasında qoyulur. Fiziki xarakterli səbəbləri istisna etmək lazım gəldikdə, bu xəstəliyin gizli səbəblərini aşkar etmək üçün ginekoloqun, endokrinoloqun və psixoloqun məsləhətlərinə ehtiyac ola bilər.

Frigidliyin müalicəsi

Bu vəziyyət korreksiyası mümkün olmayan anadangəlmə defekt yox, xəstəlik hesab edildiyindən, frigidlik müvafiq müalicə tələb edir. Xəstəliyin fiziki səbəbləri olduqda, müalicə onların aradan qaldırılmasına yönəlir.

Psixoloji pozuntuların nəticəsi olan frigidliyin müalicəsinə vaxt və qadının istəyi lazımdır. Bu zaman qadında həkimə inamın olması, qadının kişiyə məhəbbət sığalı çəkməyə və belə sığalı almağa hazır olması mühüm əhəmiyyət kəsb edir. Çox vaxt xəstəliyin aradan qaldırılması üçün intim yaxınlıq üçün şəraitin dəyişdirilməsi, romantik ab-hava, gözəl musiqi, birgə istirahət, yaraşıqlı yataq, erotik alt paltarı, erotik filmlərə birlikdə baxmaq yetərli olur. Bu zaman cütlüyün qarşılıqlı inamı, bir-birinə məhəbbətini qoruyub saxlaya bilməsi, təmkinli olması mühüm əhəmiyyətə malikdir.

Lazım gəldikdə, hər iki partnyor üçün psixoloji müalicə, dərman preparatları və s. təyin edilir.

Ginekoloq.az

Oxunub: 792
Paylaş:
Digər xəbərlər

Müsahibə

13-12-2019, 20:52

"Qadının ağzından iy gəlirsə, kişi seksual ehtiyacını ödəmək üçün kənara qaçır" - Sərdar Cəlaloğlu

Səhiyyə

19-09-2019, 23:44

Seksoloqdan soruşmağa utandığınız 8 VACİB SUAL

Manşet / Gündəm / Səhiyyə

1-01-2019, 03:06

Frigidlik - qadınlarda cinsi həvəsin olmaması. SƏBƏBLƏR VƏ HƏLLİ

Araşdırma

13-12-2018, 01:43

Cinsi həyatın olmaması kişi sağlamlığı üçün ziyanlıdırmı? - ŞOKA DÜŞƏCƏKSİNİZ!

Manşet / Araşdırma

2-11-2018, 00:14

CİNSİ ZƏİFLİK - Cıxış yolu NƏDİR?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Onkologiya Mərkəzində partlayış qəsdlə törədilib – RƏSMİ
Bir dəqiqədə anemiyanı aşkar etmək mümkündürmü?
Sensasiyalı etiraflar: Erməni lobbisinin Azərbaycan və sülhə qarşı planı ifşa olundu
Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
Təşviş və nevrozu olanlara dərmansız müalicə
Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ
Son xəbərlər
  • Dünən, 22:19
    Onkologiya Mərkəzində partlayış qəsdlə törədilib – RƏSMİ
  • Dünən, 21:29
    Bir dəqiqədə anemiyanı aşkar etmək mümkündürmü?
  • Dünən, 20:59
    Sensasiyalı etiraflar: Erməni lobbisinin Azərbaycan və sülhə qarşı planı ifşa olundu
  • Dünən, 19:27
    Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
  • Dünən, 18:21
    Təşviş və nevrozu olanlara dərmansız müalicə
  • Dünən, 17:15
    Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ
  • Dünən, 16:00
    Gizli yazışmalar üzə çıxdı: ABŞ-İran müharibəsi ilə bağlı yeni plan sızdırıldı
  • Dünən, 15:39
    Sümükləri və oynaqları gücləndirən qidalar
  • Dünən, 14:12
    Kreml Paşinyana qarşı 3 adamını hərəkətə keçirdi – Silahlı təxribat ola bilər
  • Dünən, 13:25
    İran bəyan etdi: “Müharibə bitməyib, ABŞ və İsrailə sərt cavab verəcəyik”
  • Dünən, 12:16
    1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı
  • Dünən, 11:42
    Cərimələr sərtləşir - Müqavilə qaydaları dəyişdi
  • Dünən, 10:32
    Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…
  • Dünən, 09:09
    Hamamdan sonra qan dövranını yaxşılaşdıran yağ
  • 29-04-2026, 22:29
    Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi
  • 29-04-2026, 21:40
    Heç kim qocalmayacaq: Alimlər ürəyi gəncləşdirən maddə tapdı
  • 29-04-2026, 20:26
    ABŞ İranla müharibəyə bu qədər pul xərcləyib – Şok rəqəmlər
  • 29-04-2026, 19:09
    Ukraynanın Putini dəli edən zərbəsi: Rusiya çökə bilər
  • 29-04-2026, 18:37
    Bu 2 elementin çatışmazlığı boy uzanmasını əngəlləyir
  • 29-04-2026, 17:10
    BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?
  • 29-04-2026, 16:36
    Pentaqon rəhbəri NATO-nu hədəfə aldı: Bunu yadda saxlayacağıq
  • 29-04-2026, 15:56
    İnsult zamanı ilk yardımda edilməməli 3 səhv – həkim xəbərdarlıq edir
  • 29-04-2026, 14:03
    Qırğızıstanda səs-küylü qərar: Xalqa çağırış edildi
  • 29-04-2026, 13:48
    Metro və avtobuslarda ödənişlə bağlı yenilik
  • 29-04-2026, 12:15
    Pilləkənlə qalxarkən bağırsaq xərçənginin hiss olunan əlaməti
  • 29-04-2026, 11:31
    İsrail Livanla bağlı qərar verdi: Əraziləri ələ keçirmək…
  • 29-04-2026, 10:18
    Ərəb ölkələri fövqəladə iclas keçirəcək
  • 29-04-2026, 09:03
    Sümükləri və oynaqları gücləndirən qidalar – həkim tövsiyələri
  • 28-04-2026, 21:51
    Sağlam həyat tərzinə qəfil keçid niyə psixika üçün təhlükəlidir?
  • 28-04-2026, 20:27
    Xaricdən məhsul sifariş edənlərin nəzərinə - Yeni qayda gəlir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə