• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sağlam münasibətlərdə görünməyən 5 davranış
Hər gün bir stəkan içən qocalmır
Türkiyənin şimalında hərbi aktivlik artdı – “Çoxsaylı insan ölümləri ola bilər”
ABŞ-ın bu addımına görə Çin qəzəbləndi
Göbələk xəstəliyi əlamətləri və müalicəsi
Paşinyandan Naxçıvan açıqlaması: Rusiyaya bildirdim ki, təcili şəkildə...
Müharibəyə hazırlıq başladı: Bu ölkə Rusiya və Belarusla sərhədləri minalayır
Xəstəxanalarda onlayn növbə sistemi dəyişir – Qeydiyyat ləğv olunur
Plan iflasa uğradı, hazırlıq başladı: Xamenei təşvişdə – Son çarə Bakıdır
Cənubi Qafqazda müharibə planı: Rusiya və İran nə hazırlayır?
Göbəyə basarkən ağrıyırsa? - SƏBƏB
Azərbaycanda ali təhsil 4 ildən 3 ilə endirilir?
İsrail və Misir razılığa gəldi - Netanyahu şad xəbəri elan etdi
İmmuniteti Gücləndirməyin 10 Yolu
Belə yatmaq təhlükəlidir – Çoxunun bilmədiyi məqam
Mədə yanması niyə yaranır və necə müalicə olunur?
Türkiyə “dövlətciyə” görə hücuma hazırlaşır – 400 minlik qoşunla yeni müharibə
Azərbaycanlılar ölkəni niyə tərk edir? – Yeni ünvanlar bilindi
Çənə ağrısı hansı səbəbdən yaranır?
Rusdilli məktəblərdə bu fənlərin azərbaycanca keçilməsi...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İmmun sistemi necə işləyir?

Araşdırma

28-04-2020, 14:56

İmmun sistemi necə işləyir?


İnsanın immun sistemi xeyli dərəcədə öyrənilməsinə baxmayaraq, onun bir çox sirləri hələ də dəqiqliklə öyrənilməmişdir.

Bu, kifayət qədər mürəkkəb və çoxpilləli sistem bizi müxtəlif mikrobların, infeksiyaların, göbələklərin, parazitlərin (qurdların) və s. patogen faktorların təsirindən qoruyur. İnsanla paralel mövcud olan bu patogen mühit, vaxt keçdikcə insana qarşı daha çox aqqressivləşir, mutasiyalara uğrayır, insana hücum etməyin yeni-yeni yollarını tapır.

Faqositlər

Xəstəliyin törədicisi olan hər hansı bir mikrob orqanizmə daxil olduqda, onların yolunu kəsən ilk "döyüşçülər" faqositlər olur. Onların adı yunan sözü olan “phagein” – “yemək” və ya “udmaq” və “cyte” – “hüceyrə” sözlərindən götürülmüşdür. Faqositlər – orqanizmdə mövcud olan xeyli sayda hüceyrə qrupu olub, zərərli bakteriyaları, yad cisimləri, həmçinin ölmüş hüceyrələri udmaq yolu ilə orqanizmi müdafiə edirlər (bu proses "faqositoz" adlanır). Qandakı leykositlərin bir hissəsi (monositlər və neytrofillər), birləşdirici toxumadakı histiositlər, qara ciyərin kupfer hüceyrələri, ağ ciyər alveollarının divarındakı hüceyrələr (ağ ciyər makrofaqları) və periton qişası hüceyrələri faqositlərə aid edilir.

"Ali" immun hüceyrələrdən (B və T-limfositlər) fərqli olaraq faqositlər onların qarşısına çıxan obyektlərin nədən ibarət olduğunu aydınlaşdıra bilmirlər. Onlar yalnız bir şey bilirlər: bu obyekt “özününkü” və ya “yaddır”. Faqositlərin vəzifəsi – orqanizm üçün genetik olaraq yad hesab edilən mikroorqanizmləri mümkün qədər çox sayda udmaq və məhv etməkdir. Əgər düşmən hüceyrələr kifayət qədər çox olarsa, orqanizmdə səfərbərlik elan edilir və bu zaman qanda olan faqositlərin sayı tez bir zamanda artır. Məhz buna görədir ki, orqanizmdə müəyyən bir infeksiya ocağı olduqda, qanda leykositlərin sayının kəskin şəkildə artması – leykositoz baş verir.

T- və B-limfositlər

T- və B-limfositlər faqositlərdən onunla fərqlənirlər ki, bu hüceyrələr düşmənləri onların tipinə görə tanıyaraq onların hər birinə qarşı ən effektiv müdafiə üsulları hazırlayırlar. Faqositlər isə bu işdə onlara kömək edirlər.

Mikrobu məhv etməzdən əvvəl faqositlər "istintaq" aparırlar. Bunun üçün onlar bakteriyanı parçalayır, onu analiz edir və sonra isə T-limfositlər qrupuna aid olan T-xelperlər adlanan hüceyrələrə "məruzə edirlər".

T-xelper hüceyrələr daha yüksək “intellektə” malik olan hüceyrələrdir. Bu hüceyrələr hər bir mikrobu ayıra bilmək bacarığından başqa, orqanizmin onunla əvvəllər görüşüb-görüşmədiyini də müəyyən edə bilirlər. Vəziyyəti müvafiq şəkildə analiz etdikdən sonra T-xelper hüceyrələr məlumatı B-limfositlərə ötürürlər.

Orqanizmə daxil olan hər bir konkret antigenin (“anti” - əks, “genos” – növ, mənşə deməkdir) xüsusiyyətlərindən asılı olaraq, məhz B-limfositlər ona qarşı xüsusi “silah” – zülal qurluşlu xüsusi immunoqlobulinləri (digər adı - "anticisimlər") hazırlayır. Hər konkret antigenə qarşı xüsusi anticisim hazırlanır.

Həmin orqanizm üçün yad hesab edilən müxtəlif zülallar, bakteriyalar, viruslar, onların hissələri və toksinləri, birhüceyrəli və çoxhüceyrəli parazitlər (lyambliyalar, müxtəlif qurdlar), vaksinlər, bitki və heyvan mənşəli müxtəlif hüceyrələr, digər orqanizmin hüceyrələri (transplantasiya zamanı), bəzi hallarda orqanizmin öz hüceyrələri (autoimmun patologiyalarda) və s. bu kimi faktorlar antigen ola bilər.

Limfositlər “immun yaddaşına” malikdirlər: onlar müəyyən antigenə qarşı anticisimin necə hazırlanmasını yadda saxlayırlar. Bu, o deməkdir ki, əgər eyni bir antigen ikinci dəfə orqanizmə daxil olursa, anticisimlərin əmələ gəlməsi xeyli sürətlə baş verir və onların sayı da çox olur. Bu ikincili immun reaksiya adlanır.

Müəyyən edilmişdir ki, insan orqanizmi eyni zamanda onlarla antigenə cavab verə bilər.

İmmunoqlobulinlər

İmmunoqlobulinlər aşağıdakı qruplara bölünür:

1. G-immunoqlobulinlər (İgG) – immunoqlobulinlərin ən böyük qrupudur (onların ümumi sayının 75%-ni təşkil edir). Onlar ən əsas immunoqlobulinlərdir. Bu qrupa viruslara, bakteriyalara və digər antigenlərə qarşı olan anticisimlər aiddir. Yalnız bu tip anticisimlər cift vasitəsi ilə anadan uşağa keçərək, uşağa infeksiyalardan müvəqqəti müdafiə olunmağa (passiv immunitet) imkan verir.

2. A-immunoqlobulinlər (İgA) 2 cür olur: zərdab və sekretor. Birincilər qanda, ikincilər isə müxtəlif sekretlərdə (tüpürcəkdə, göz yaşında, tərdə, traxeobronxial ağacın, sidik-cinsiyyət yollarının, bağırsaqların seliyində, ana südündə) olur. Buna müvafiq olaraq A-zərdab immunoqlobulinləri ümumi immunitetdə iştirak edir, A-sekretor immunoqlobulinləri isə yerli immuniteti təmin edərək, infeksiya və toksinlərin orqanizmə daxil olması yolunda maneə (baryer) yaratmış olur. Bu növ immunoqlobulinlərin miqdarı yuxarı tənəffüs yollarının xəstəliklərində, pnevmoniyalarda, mədə-bağırsaq sisteminin infeksion xəstəliklərində və s. hallarda kəskin dərəcədə artmış olur.

Ana südündə A-immunoqlobulinlərinin olması, anadan uşağa müvəqqəti immunitetin verilə bilməsi kimi bir nəticəyə gəlməyə imkan verir. İlkin ana südündə xeyli miqdarda A-immunoqlobulinin olması aşkar edilmişdir.

3. M-immunoqlobulinləri (İgM) – ilkin immun cavabın immunoqlobulinləridir. Onlar istənilən antigenlə ilk dəfə təmasda olan zaman B-limfositlər tərəfindən hazırlanır. Ancaq bu zaman immunoloji yaddaş hələ ki formalaşmış olmur. İmmunoloji yaddaş yalnız həmin antigenlə təkrar təmas zamanı formalaşır. Ancaq bu zaman artıq G sinfinə aid immunoqlobulinlər yaranmış olur. Qanda M–immunoqlobulinlərin ümumi miqdarı təxminən 5-10% olur.

4. E-İmmunoqlobulinləri (İgE). Bu anticisimlər orqanizmdə allergik reaksiyanın inkişaf etməsinə cavabdehlik daşıyır. Allergiyası olan şəxslərin qanında bu immunoqlobulinlərinin miqdarı artmış olur və allergik xəstəliklərin müvəffəqiyyətlə müalicə olunmasında əsas vəzifə E-immunoqlobulinlərin azaldılmasından ibarətdir.

5. D sinfinə aid immunoqlobulinlər (İgD). Bunlar miqdarca ən az olan və az öyrənilmiş immunoqlobulinlər qrupudur. İgD-nin əhəmiyyəti hələ ki, tam öyrənilməmişdir. Ehtimal olunur ki, onlar autoimmun proseslərində iştirak edirlər.

Anticisimlər limfatik düyünlərdə, dalaqda, qara ciyərdə, sümük iliyində əmələ gəlir və qan vasitəsi ilə zədələnmə sahəsinə daşınır. Burada antigenlərə qarşı hazırlanmış anticisimlər bu antigenləri müxtəlif yollarla (yapışdırmaq, əritmək, onların toksinlərini neytrallaşdırmaq və s.) zərərsizləşdirir.

Atiqenlərin müdaxiləsinə qarşı orqanizmin immun sisteminin cavab prosesi orta hesabla 10-14 gün davam edir. Məhz orta hesabla 10-14 gündən sonra B-limfositlərin hazırlamağa başladıqları immunoqlobulinlər qana daxil olur. Bunun nəticəsində düşmən – mikrob, bakteriya, göbələk və s. geriyə çəkilir.

Ancaq orqanizm öz əsası etibarı ilə harmonik sistem olduğu üçün və öz qüvvələrini boş-boşuna sərf etmədiyi üçün, immun reaksiyanı vaxtında dayandırmaq xüsusiyyətinə malikdir. Bunu T-supressor hüceyrələri edirlər. Supressiya sözü - “yatırılma-susdurulma” mənasını verir. Əgər supressor hüceyrələri olmazsa, orqanizmin immun cavabı zəncirvari reaksiya kimi get-gedə artaraq idarəolunmaz hala çata biər. Beləliklə, immun reaksiyanın işə düşməsinə T-xelperlər, dayandırılmasına isə T-supressorlar cavabdehlik daşıyır.

Hətta, bir çox autoimmun xəstəliklərin səbəbi də T-supressor hüceyrələrinin hazırlanmasının kifayət dərəcədə olmamasıdır ki, bu zaman orqanizmin immun sistemi birdən-birə öz sağlam hüceyləri ilə vuruşmağa başlayır.

"Təbii qatillər" və interferon

"Təbii qatillər" (ingilis dilində "natural killer" – NK) virusların qatilləridir. Məsələ burasındadır ki, orqanizmə düşən yad mikroorqanizmlərin heç də hamısı öz-özünə orqanizmdə dövr etmir. Onların hamısını faqositlər tərəfindən udmaq və ya anticisimlərlə məhv etmək mümkün olmur. Bu üsullar ancaq bakteriyalarla mübarizədə mümkün olur. Virus isə özünü xeyli "bic" aparır. O, orqanizmin öz hüceyrənin içərisinə daxil olur və onları özünə xidmət etməyə məcbur edir. Nəticədə virusa yoluxmuş hüceyrə yeni-yeni virusları "istehsal etməyə" başlayır. "Təbii qatillər" məhz virusa yoluxmuş olan bu hüceyrələri tanıyaraq məhv edirlər! Onlar viruslardan başqa orqanizmin mutasiyaya uğramış olan öz hüceyrələrini (məsələn, xərçəng hüceyrələrini) də məhv edirlər.

Orqanizmdə viruslarla mübarizə prosesində daha bir müdafiə xətti mövcuddur. Bu, interferonlardır. Virusa yoluxmuş hüceyrə xüsusi zülal olan "interferon" hazırlamağa başlayır. Hazırlanan bu interferon hüceyrədən çıxır, qonşu hüceyrələrlə təmasa girərək onlara təsir edirlər ki, bu hüceyrələr də sonradan virusların çoxalması üçün yararsız olurlar. İnterferon həmçinin istənilən yad faktorların (antigenlərin), yad zülalların, nuklein turşularının hüceyrəyə daxil olmasına cavab olaraq hüceyrə tərəfindən hazırlanılır. İnterferon praktik olaraq virus infeksiyasının inkişafının qarşısını almır, o yalnız onun inkişafını ləngidir. İnterferon universaldır. O yalnız hər hansı bir virus növünə qarşı təsir etmir, orqanizmi istənilən viruslardan qoruyur.

Oxunub: 1 011
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

7-04-2020, 10:18

İmmun sistemini gücləndirmək üçün bu OTLARı qəbul edin

Gözəllik və təbabət

3-04-2020, 16:31

Koronavirusa qarşı İMMUNİTET necə formalaşa bilər?

Maraqlı

29-11-2019, 16:05

İmmunitetin növləri

Klinika

28-01-2019, 09:07

İnfeksiya nədir?

Manşet / Gündəm / Səhiyyə

11-03-2018, 19:20

Leykositlərin artması və azalması

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sağlam münasibətlərdə görünməyən 5 davranış
Hər gün bir stəkan içən qocalmır
Türkiyənin şimalında hərbi aktivlik artdı – “Çoxsaylı insan ölümləri ola bilər”
ABŞ-ın bu addımına görə Çin qəzəbləndi
Göbələk xəstəliyi əlamətləri və müalicəsi
Paşinyandan Naxçıvan açıqlaması: Rusiyaya bildirdim ki, təcili şəkildə...
Son xəbərlər
  • Bu gün, 22:25
    Sağlam münasibətlərdə görünməyən 5 davranış
  • Bu gün, 21:22
    Hər gün bir stəkan içən qocalmır
  • Bu gün, 20:09
    Türkiyənin şimalında hərbi aktivlik artdı – “Çoxsaylı insan ölümləri ola bilər”
  • Bu gün, 19:28
    ABŞ-ın bu addımına görə Çin qəzəbləndi
  • Bu gün, 18:42
    Göbələk xəstəliyi əlamətləri və müalicəsi
  • Bu gün, 17:48
    Paşinyandan Naxçıvan açıqlaması: Rusiyaya bildirdim ki, təcili şəkildə...
  • Bu gün, 16:25
    Müharibəyə hazırlıq başladı: Bu ölkə Rusiya və Belarusla sərhədləri minalayır
  • Bu gün, 15:29
    Xəstəxanalarda onlayn növbə sistemi dəyişir – Qeydiyyat ləğv olunur
  • Bu gün, 14:44
    Plan iflasa uğradı, hazırlıq başladı: Xamenei təşvişdə – Son çarə Bakıdır
  • Bu gün, 13:47
    Cənubi Qafqazda müharibə planı: Rusiya və İran nə hazırlayır?
  • Bu gün, 12:20
    Göbəyə basarkən ağrıyırsa? - SƏBƏB
  • Bu gün, 11:42
    Azərbaycanda ali təhsil 4 ildən 3 ilə endirilir?
  • Bu gün, 10:28
    İsrail və Misir razılığa gəldi - Netanyahu şad xəbəri elan etdi
  • Bu gün, 09:07
    İmmuniteti Gücləndirməyin 10 Yolu
  • Dünən, 22:37
    Belə yatmaq təhlükəlidir – Çoxunun bilmədiyi məqam
  • Dünən, 21:39
    Mədə yanması niyə yaranır və necə müalicə olunur?
  • Dünən, 20:22
    Türkiyə “dövlətciyə” görə hücuma hazırlaşır – 400 minlik qoşunla yeni müharibə
  • Dünən, 19:26
    Azərbaycanlılar ölkəni niyə tərk edir? – Yeni ünvanlar bilindi
  • Dünən, 18:05
    Çənə ağrısı hansı səbəbdən yaranır?
  • Dünən, 17:38
    Rusdilli məktəblərdə bu fənlərin azərbaycanca keçilməsi...
  • Dünən, 16:14
    Tramp rəsmən açıqladı: Bu ölkənin ərazilərini İsrailə verdim
  • Dünən, 15:16
    Bu xəstələrə və hamilələrə mixək olmaz - Səbəb
  • Dünən, 14:32
    Rusiya-Ukrayna müharibəsində “Milad atəşkəsi”: Mayami görüşünün gündəliyi belədir - MÜSAHİBƏ
  • Dünən, 13:01
    Hospitalda əsgərin ölümü ilə bağlı - RƏSMİ AÇIQLAMA
  • Dünən, 12:30
    Qanda dəmiri artıran məhsullar açıqlandı
  • Dünən, 11:29
    Azərbaycanın Ermənistana nə qədər dizel göndərdiyi açıqlandı
  • Dünən, 10:55
    Türkiyəyə qarşı 3 ölkənin hazırladığı hərbi platformanın arxitekturası: Detallar bəlli oldu
  • Dünən, 09:08
    Ölümə aparan arıqlama üsulu - Ağciyər deşilə bilər
  • 17-12-2025, 22:45
    Bermud adalarında müəmmalı struktur tapıldı: Sirr açılır?
  • 17-12-2025, 21:51
    İnsultdan 1 həftə əvvəl hansı işarələr olur?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə