Qaraciyərin fəaliyyətinə, eyni zamanda, bir sıra xəstəliklərin və piylənmənin qarşısını almağa faydalı ərzaqlar hansılardır?
Ailehekimiklinikasi.az AZƏRTAC-a istinadən bildirir ki, bir çox ərzaqlar kimi yulafın da tərkibində olan lifli maddələr artıq çəkidən qurtulmağa kömək edir ki, bu da qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir.
Qəhvə
Elmi araşdırmalar sübut edib ki, gündə 2-3 fincan qəhvə qaraciyərin fəaliyyətinin tənzimlənməsinə kömək edir və xərçəng riskini azaldır.
Yaşıl çay
Yaşıl çayın tərkibindəki antioksidantlar xərəçəngin yaranma riskini aradan qaldırır. Bu xüsusiyyət ispanaqda da var.
Qaragilə
Qaragilə bitkisinin tərkibi polifenol birləşmələrlə zəngindir. Bu da qaraciyər piylənməsinin qarşısını alır.
Badam
Badamın tərkibində çoxlu miqdarda E vitamini var ki, bu da qaraciyər piylənməsi ilə mübarizədə kömək edir.1