• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ərdoğandan İsrailə taktiki “zərbə”: Türkiyə 89 il sonra yeni ittifaq yaradır?
Qlaukoma və quru gözdən necə qorunmaq olar? - Həkimlə müsahibə
Ermənistan ordusunda gərginlik: İstefa verdilər, qadağa qoyuldu
İranlı nazir Bakıya gəldi, Əliyevlə görüşdü – Tehrana hansı mesaj çatdırılır?
Yaşlanmanı dayandırmağın və gənc qalmağın elmi yolları
Gec yatmaq infarkt riskini artırır
Ürəyi qoruyan 8 super qida: ən doğru zülal mənbələri açıqlandı
İsrail İrana hücum planını tamamladı
Müəllimini güllələyən şagirdi hansı cəza gözləyir?
Endokrinoloq arıqlamağın düzgün yollarını izah etdi
İranın uranı Türkiyəyə verilir və müharibə olmur: İddia
Qanun tanımayan məktəblilər - Qurbanların sayı artır
Tut doşabı nəyə faydalıdır? - Çəki artırırmı?
Vensin səfərinin əsas xətti: ABŞ-nin Qafqazda mövcudluğu mesajı veriləcək - MÜSAHİBƏ
Tramp bu obyektlərə adının verilməsini istədi: Rədd cavabı aldı, pulu kəsdi
Xərçəng müalicəsində yeni dövr: Kimyaterapiyasız tam sağalma
Epşteyn Bakıya səfər edib? - Sənədlərdə Azərbaycanla bağlı bütün detallar
Son yaxındır, siçovullar gəmini tərk edir - Bessent
Bədəni necə düzgün "təmizləmək" olar?
12 bürcdən yalnız 3-ü ideal həyat yoldaşı olur - Evlilikdə onlara etibar edə bilərsiniz
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qlaukoma və quru gözdən necə qorunmaq olar? - Həkimlə müsahibə

Gündəm / Səhiyyə

Bu gün, 12:40

Qlaukoma və quru gözdən necə qorunmaq olar? - Həkimlə müsahibə


Gözlərimiz həyatımızın ən qiymətli nemətlərindən biridir. Dünyanı rənglər, formalar və hərəkətlərlə tanımağa imkan verən bu möcüzəvi orqan gündəlik həyatımızın demək olar ki, bütün sahələrində – oxumaqdan tutmuş işləməyə, idman etməkdən sürücülüyə qədər – əvəzolunmaz rol oynayır.

Medicina.az xəbər verir ki, Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun oftalmoloqu Günel Məmmədova verdiyi məlumatlar əsasında görmə orqanının quruluşu, ən çox yayılmış göz xəstəlikləri, onların səbəbləri, müalicə üsulları və profilaktika qaydaları haqqında ətraflı məlumat verir.

- Doktor, görmə orqanı haqqında məlumat verə bilərsinizmi?

Görmə orqanı — Periferik görmə reseptoru - göz alması və onun əlavə aparatı, görmə yolları və baş beyinin görmə mərkəzindən ibarətdir. Göz alması cüt orqanı olub, kəllənin göz yuvalarında - orbitallarda düzgün kürə formasında deyil. Sağital oxunun uzunluğu - 24 mm, üfüqü - 23,6 mm, şaquli - 23,3 mm, göz almasının kütləsi 7-8 qrama bərabərdir. 3 qişası var. Bunlar xarici və ya fibroz, orta, damarlı, daxili və ya tor qişalardır.

- Göz xəstəlikləri haqqında nə deyə bilərsiniz?

-Ən çox rast gəlinən Sındırma qüsurlarıdır. Gözün optik mühitlərinin işığı düzgün sındırmaması nəticəsində görmənin zəif olmasıdır. Yaxından görmə (miopiya) – yəni uzağı zəif görmədir. Uzaqdan görmə (hipermetropiya) – yaxını bulanıq görmədir. Astiqmatizm – hər məsafədə bulanıq görmədir. Presbiopiya – yaşla əlaqədar olaraq yaxın görmənin zəifləməsidir.
Gözün ön seqmentinin iltihabı xəstəlikləri, yəni Konyunktivit “gözün iltihabı” kimi tanınır, allergik, virus və ya bakterial mənşəli ola bilər. Keratit – buynuz qişa iltihabıdır. Katarakta – göz büllurunun bulanması, görmənin tədricən zəifləməsinə səbəb olur. Qlaukoma (göz təzyiqi) – görmə sinirinə ciddi zərər verən xəstəlikdir. Çox vaxt ağrısız, lakin daimi görmə itkisinə səbəb ola bilən, əsasən gizli gedişli xəstəlikdir. Retinopatiyalar – xüsusən şəkərli diabet və yüksək təzyiq fonunda tor qişanın zədələnməsidir. Makula degenerasiyası, əsasən yaşlılarda retinanın sarı nöqtə hissəsinin zədələnməsi və görmənin itirilməsidir. İltihabı və digər xəstəliklər- Uveit gözün orta təbəqəsinin iltihabıdır. Quru göz sindromu – göz yaşı ifrazının və ya keyfiyyətinin azalmasıdır. Uşaqlarda rast gəlinənlər çəpgözlük (strabizmus) – gözlərin müştərək fəaliyyətinin və paralelliyinin pozulmasıdır. Tənbəl göz (ambliopiya) – bir gözün görmə qabiliyyətinin digərindən və ya hər iki gözün normadan daha aşağı olduğu vəziyyətdir.

- Göz quruluğu niyə yaranır və necə müalicə olunur?

-Göz quruluğu, göz yaşının kifayət qədər istehsal olunmaması və ya keyfiyyətinin pozulması nəticəsində göz səthinin kifayət qədər nəmlənməməsi ilə yaranır. Bunun səbəbləri arasında ətraf mühit amilləri (kondisioner və qızdırıcıların istifadəsi, quru, küləkli hava), uzun müddət ekranlara baxmaq, bəzi dərmanların istifadəsi, yaşlanma və sistem xəstəliklər daxildir. Uzun müddət kompüter və ya mobil telefon kimi rəqəmsal ekranlara baxmaq gözlərin daha az qırpılmasına, nəticədə isə quruluğun yaranmasına səbəb ola bilər. Linzalardan düzgün istifadə edilməməsi gözyaşının sürətlə buxarlanmasına və gözlərin qurumasına gətirib çıxarır. Yaş irəlilədikcə, gözyaşı istehsalı azala bilər, bu da qadınlarda daha çox rast gəlinən bir vəziyyətdir.

Gözə lazım olan nəmliyi təmin etmək üçün süni gözyaşları və ya göz damlaları istifadə edilə bilər. Otaqda havanı nəmləndirmək, uzun müddət ekranlara baxdıqdan sonra fasilə vermək lazımdır. Göz qapaqlarının təmiz saxlanması və üzərinə ilıq kompres qoyulması simptomları yüngülləşdirə bilər. Göz quruluğunun səbəbi bəzi dərmanların istifadəsi olduqda, həkimlə məsləhətləşərək dərmanları dəyişdirmək və ya dozanı tənzimləmək mümkündür. Əgər göz quruluğu müalicə olunmursa və ya əlamətləri şiddətlənirsə, göz həkiminə müraciət etmək vacibdir. Həkim diaqnoz qoyaraq ən uyğun müalicə üsullarını təyin edəcək.

- Göz təzyiqinin müalicə taktikası necə aparılır?

-Bu metodlara qeyri dərman, dərman, lazer müalicəsi, cərrahi üsullar daxildir. Göz təzyiqinin müalicə taktikası əsasən göz daxili təzyiqi azaldan damcılarla başlayır, lazım olduqda lazer və cərrahi müdaxilə ilə davam etdirilir. Erkən diaqnoz və müntəzəm nəzarət görmənin qorunmasında həlledici rol oynayır. Göz təzyiqi hər kəs üçün risk olsa da, 40 yaşdan yuxarı insanlarda daha çox rast gəlinir. Səssizcə görmə qabiliyyətinin azalmasına səbəb olan bu xəstəlik, vaxtında müalicə edilməlidir.

Yüksək stress göz təzyiqi xəstəliyi riskini artırır. Bu səbəbdən stress səviyyəsi də azaldılmalıdır.
Qeyd edim ki, kofein gözlərə qan axınını azaldır. Şəkər isə gözlərin vaxtından əvvəl qocalmasına səbəb olur. Bu səbəbdən qlaukoma xəstəliyi olan pasiyentlərin şəkərdən daha az istifadə etmələri tövsiyə olunur.

- Göz narahatçılığıyla bağlı həkimə nə zaman müraciət etmək lazımdır?

-Periferik, yan görmənin tədricən və ya qəfil itkisi, işıq mənbəyinə baxdıqda ətrafında rəngli halqaların görülməsi, gözlərin qızarması, göz ağrısı və baş ağrıları, ürəkbulanma və ya qusma olarsa, həkimə müraciət edilməlidir. Onu da qeyd edim ki, xəstəliyin erkən mərhələdə aşkar edilməsi, eyni zamanda görmə qabiliyyətini qorumaq üçün ildə bir dəfə profilaktik oftalmoloji müayinədən keçmək tövsiyə olunur.

- Uşaqlarda göz müayinəsinin aparılması ilə bağlı hansı tövsiyələri verə bilərsiniz?

- Göz xəstəliklərindən xəbərsiz olduqları üçün valideynlər səhlənkarlıq nəticəsində, müalicə yetkin yaşlarında çətin olan problemlər yarada bilər. Bir çox ciddi göz xəstəlikləri erkən yaşda ortaya çıxır. Lakin, uğurlu nəticələr erkən diaqnoz və düzgün müalicə ilə əldə edilə bilər.

Heç bir şikayət olmasa belə 16 yaşa qədər uşaqların gözlərini qorumaq üçün əsasən həyatın ilk bir ilində, məktəbə başlamazdan əvvəl və məktəb dövründə mütəmadi göz müayinəsindən keçmək lazımdır.

Lakin, aşağıdakı əlamətlər zamanı uşaq göz xəstəlikləri üzrə mütəxəssisə yəni pediatrik oftalmoloqa müraciət etmək üçün vaxt itirməmək lazımdır. Bunlara çəpgözlük, obyektləri izləyə bilməmək, gözdə qızartı və ya yaşarma olarsa, gözdə nistaqm yəni qeyri - iradi titrəməsi, bir gözü qıyma və ya bağlama, göz bəbəyinin ağ və ya bulanıq rəngdə olması, vaxtından əvvəl doğulma, ailə göz problemləri və ailədə göz tənbəlliyinin olması halları aiddir.

- Göz xəstəlikləri ilə bağlı tövsiyələriniz nələrdir?

-İlk növbədə sağlam qidalanma. A vitamini (yerkökü, balqabaq, ispanaq) – retina sağlamlığı üçün vacibdir. Omega-3 yağ turşuları (balıq, qoz, kətan toxumu) – quru göz riskini azaldır. C və E vitaminləri, sink, lutein və zeaksantin (yaşıl yarpaqlı tərəvəzlər, yumurta sarısı) – makula degenerasiyası və katarakt riskini azaldır.

Günəşdən qorunma da mühüm amildir. Günəşə çıxan zaman UV qoruyucu filterli eynəklərdən istifadə etmək və şlyapa taxmaq tövsiyədir.
Ekran qarşısında göz qorunmalıdır. Monitoru göz səviyyəsindən bir qədər aşağı yerləşdirmək lazımdır. Quru göz sindromunun qarşısını almaq üçün tez- tez göz qırpmağı unutmamaq və üç 20 qaydası, yəni hər 20 dəqiqədən bir 20 saniyə ərzində 20 fut ( 6 metr məsafədə ) uzaqlığa baxmaq məsləhətdir.

Oxunub: 9
Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

13-10-2024, 16:29

Bu xəstəliklər qəfil görmə itkisinə səbəb ola bilər - DİQQƏT

Maraqlı

14-01-2021, 19:21

Görmə qabiliyyətini qorumağın qızıl qaydaları

Gündəm / Səhiyyə

22-11-2025, 12:29

İnsultdan sonra görməni necə bərpa etməli?

Gündəm / Gözəllik və təbabət

30-03-2025, 21:50

Bu dərman bitkisi görməni bərpa edir

Səhiyyə

30-12-2021, 15:19

Görmə qabiliyyətinin kəskin pisləşməsinin səbəbi açıqlandı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ərdoğandan İsrailə taktiki “zərbə”: Türkiyə 89 il sonra yeni ittifaq yaradır?
Qlaukoma və quru gözdən necə qorunmaq olar? - Həkimlə müsahibə
Ermənistan ordusunda gərginlik: İstefa verdilər, qadağa qoyuldu
İranlı nazir Bakıya gəldi, Əliyevlə görüşdü – Tehrana hansı mesaj çatdırılır?
Yaşlanmanı dayandırmağın və gənc qalmağın elmi yolları
Gec yatmaq infarkt riskini artırır
Son xəbərlər
  • Bu gün, 13:17
    Ərdoğandan İsrailə taktiki “zərbə”: Türkiyə 89 il sonra yeni ittifaq yaradır?
  • Bu gün, 12:40
    Qlaukoma və quru gözdən necə qorunmaq olar? - Həkimlə müsahibə
  • Bu gün, 11:36
    Ermənistan ordusunda gərginlik: İstefa verdilər, qadağa qoyuldu
  • Bu gün, 11:30
    İranlı nazir Bakıya gəldi, Əliyevlə görüşdü – Tehrana hansı mesaj çatdırılır?
  • Bu gün, 09:03
    Yaşlanmanı dayandırmağın və gənc qalmağın elmi yolları
  • Dünən, 22:56
    Gec yatmaq infarkt riskini artırır
  • Dünən, 21:26
    Ürəyi qoruyan 8 super qida: ən doğru zülal mənbələri açıqlandı
  • Dünən, 20:30
    İsrail İrana hücum planını tamamladı
  • Dünən, 19:10
    Müəllimini güllələyən şagirdi hansı cəza gözləyir?
  • Dünən, 18:33
    Endokrinoloq arıqlamağın düzgün yollarını izah etdi
  • Dünən, 17:03
    İranın uranı Türkiyəyə verilir və müharibə olmur: İddia
  • Dünən, 16:46
    Qanun tanımayan məktəblilər - Qurbanların sayı artır
  • Dünən, 15:14
    Tut doşabı nəyə faydalıdır? - Çəki artırırmı?
  • Dünən, 14:37
    Vensin səfərinin əsas xətti: ABŞ-nin Qafqazda mövcudluğu mesajı veriləcək - MÜSAHİBƏ
  • Dünən, 13:21
    Tramp bu obyektlərə adının verilməsini istədi: Rədd cavabı aldı, pulu kəsdi
  • Dünən, 12:10
    Xərçəng müalicəsində yeni dövr: Kimyaterapiyasız tam sağalma
  • Dünən, 11:16
    Epşteyn Bakıya səfər edib? - Sənədlərdə Azərbaycanla bağlı bütün detallar
  • Dünən, 10:42
    Son yaxındır, siçovullar gəmini tərk edir - Bessent
  • Dünən, 09:09
    Bədəni necə düzgün "təmizləmək" olar?
  • 5-02-2026, 22:30
    12 bürcdən yalnız 3-ü ideal həyat yoldaşı olur - Evlilikdə onlara etibar edə bilərsiniz
  • 5-02-2026, 21:41
    Hemoqlobini dərmansız artırmağın qeyri-adi yolu
  • 5-02-2026, 20:43
    Bakıda tramvay xətti çəkilir: nə dəyişəcək?
  • 5-02-2026, 19:31
    Azərbaycan, Türkiyə və Ermənistan "enerji adası”nda birləşir - DETALLAR
  • 5-02-2026, 18:48
    Boru hamiləliyi – vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır
  • 5-02-2026, 16:24
    “Yeni superdövlət yaradılır: bu ölkələr də daxil ediləcək, lideri isə…” – Medvedevdən ŞOK
  • 5-02-2026, 15:39
    Qoz və fındığı unudun: Sağlamlıq üçün ən faydalı 3 çərəz
  • 5-02-2026, 14:12
    Cinayət cəzalandırılır: Azərbaycanın bərpa etdiyi ədalətin təntənəsi
  • 5-02-2026, 13:16
    Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı: saxlanılan var
  • 5-02-2026, 12:34
    Həkim tez-tez hıçqırıqların arxasındakı gizli səbəbləri açıqladı
  • 5-02-2026, 11:45
    Ərdoğanın son həmləsi İsraildə gündəm oldu: Yeni üçtərəfli ittifaq yaranır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə