• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
Hovuz suyunun gözlərə zərəri
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Elektron resept yazmayan həkimlər cəzalandırılacaqmı? - RƏSMİ

Gündəm / Səhiyyə

5-02-2025, 14:28

Elektron resept yazmayan həkimlər cəzalandırılacaqmı? - RƏSMİ


"Nimesulid kimi riskləri olan dərman vasitələri ilə bağlı məsələ bir daha “Elektron resept” və “Dərman vasitələrinin təqib və izləmə” sistemlərinin əhəmiyyətini vurğulayır".

Bu barədə Teleqraf.com-un suallarına cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib.

Bildirilib ki, bu sistemlərin birgə istifadəsi ilə ölkəmizdə fəaliyyət göstərən pərakəndə satış əczaçılıq müəssisələrində (apteklərdə) həkim resepti əsasında buraxılan dərman vasitələrinin resept olmadan buraxılması mümkün olmayacaq:

“Dərman vasitələrinin təqib və izləmə sistemi vasitəsilə həmin dərman vasitələrinin satışı həyata keçirilərkən, onların təyin edildiyi elektron reseptin qeydiyyat nömrəsi tələb olunacaq və həmin reseptin doğruluğu sistem vasitəsilə yoxlanılacaq. Hər iki sistemdə məlumatlar uyğun olduğu təqdirdə, həkim resepti əsasında buraxılan dərman vasitələrinin satışının həyata keçirilməsi mümkün olacaq. Əks təqdirdə, həmin dərman vasitələrinin satışı mümkün olmayacaq. Sözügedən sistemlər yüksək risk qrupundan olan dərman vasitələrinin əhali arasında sui-istifadə hallarının qarşısının alınmasına, dərman vasitələrinin rasional istifadəsinin təşkil olunmasına və onların apteklərdə buraxılışı prosesinə dair daha ciddi tənzimləmə mexanizminin yaradılmasına xidmət edir”.

Qeyd edilib ki, “Elektron Resept Sistemi” 2024-cü ilin yanvar ayından etibarən ölkə üzrə bütün tibb müəssisələrində mərhələli şəkildə tətbiq edilməyə başlanılıb. Bu sistem, ölkənin rəqəmsallaşma strategiyasının vacib bir elementi olaraq, tibbi məlumatların daha şəffaf, effektiv və əlçatan olmasına xidmət edir:

“Ənənəvi kağız blanklarda yazılan reseptlərdən fərqli olaraq, “Elektron Resept Sistemi” ilə yazılan reseptlərin itirilməsi və ya zədələnməsi mümkün deyil. Sistemdə pasiyentlər üçün yazılan reseptlər təhlükəsiz şəkildə saxlanılır, həkimlərin növbəti müayinələrdə müalicəni daha dəqiq və etibarlı təyin etməsinə imkan yaradır.

Elektron reseptlər vasitəsilə yalnız Dövlət Qeydiyyatından keçən, qiymətlərin yuxarı həddi Tarif Şurası tərəfindən təsdiqlənən dərman preparatlarının təyini və təminatı həyata keçirilir. “Elektron Resept Sistemi”-də molekulyar tərkibə uyğun alternativlərin seçilməsi özəlliyi əsasında pasiyentə qiymət baxımından ən uyğun dərman preparatları təqdim edilir. Bu yanaşma keyfiyyətsiz, istifadə müddəti bitmiş dərman preparatlarının dövriyyəsini, eləcə də qanunsuz dərman satışını önləyərək, vətəndaşların istehlakçı hüquqlarının qorunmasını təmin edir”.

Həmçinin bildirilib ki, hazırda Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində yalnız elektron reseptlər təyin edilir. Digər səhiyyə qurumları və tibb müəssisələrinə də “Elektron Resept Sistemi”-dən istifadəyə dair tövsiyələr göndərilib və müvafiq sirkulyar məktublar təqdim olunub:

“Tibb işçiləri, aptek təşkilatları və vətəndaşların məlumatlandırılması üçün kütləvi informasiya vasitələri, sosial şəbəkələr üzərindən maarifləndirmə işləri davam etdirilir. Bundan əlavə, “Rəqəmsal Səhiyyə Mərkəzi”nin mütəxəssisləri tibb işçiləri və aptek nümayəndələri üçün xüsusi vebinarlar və təlimlər təşkil edirlər.

Sistemin daha əlçatan olması məqsədilə Səhiyyə Nazirliyinin rəsmi veb-saytlarında (www.sehiyye.gov.az, www.e-health.gov.az) “Elektron Resept” sistemi üçün xüsusi keçidlər yerləşdirilib. Eyni zamanda, vətəndaşlar üçün hazırlanmış “Reseptim” mobil tətbiqinə (App Store: https://bit.ly/reseptim, Google Play: https://bit.ly/ereseptim) mobil cihazlardan rahatlıqla daxil olmaq mümkündür.

Azərbaycan hökuməti sosial-iqtisadi sahələrdə rəqəmsallaşmanı prioritet strateji istiqamət olaraq qəbul edir. Bu səbəbdən, tibb müəssisələri və onların rəhbərləri “Elektron Resept Sistemi”nin tam tətbiqinə xüsusi diqqət yetirməlidir.

Hər bir vətəndaş müalicəni təyin edən həkimdən elektron resept yazılmasını tələb etmək hüququna malikdir. Həkimlər isə bu sistemi tətbiq edərək resepti pasiyentə elektron formada təqdim etməlidir”.

"Həmin aptekin rəhbəri ilə danışıldı və..."

"Bəs həkimin elektron resept yazmaması ilə bağlı şikayət daxil olubmu?" sualımıza Mərkəzdən belə cavab verilib:

“Olmayıb. Bir vətəndaşın şikayətində bildirilib ki, həkim tərəfindən elektron resept tərtib olunub, lakin müəyyən aptek tərəfindən qarşılanmayıb. Aptekin əməkdaşı elektron resepti qarşılamadığını bildirib.

Bu zaman AEM tərəfindən aptek rəhbəri ilə danışılıb. Məlum olub ki, aptek "Elektron Resept" tətbiqini yükləyib, sadəcə həmin əczaçı bu barədə məlumatsız olub.

Elektron resept sisteminin aptek təşkilatlarında tətbiqi istiqamətində zəruri tədbirlər görülür. Bura aptek təşkilatlarında aparılan plan üzrə və plandankənar yoxlamaları aid etmək olar. Həmin yoxlamalar zamanı reseptin Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilən elektron formasından fərqli formalar, eləcə də qüvvədən düşən kağız resept blankları əsasında dərman vasitələrinin buraxılması faktı aşkar edildikdə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi (452.1 - Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə - yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir) üzrə həmin aptek təşkilatları barəsində inzibati xəta haqqında protokol tərtib olunur və aidiyyəti üzrə növbəti icraata göndərilir".

Bəs həkimlərə cəza tətbiq olunurmu?

Bildirilib ki, elektron resept yeni istifadəyə verildiyi üçün həkimlər tərəfindən reseptlərin elektron qaydada yazılmamasına görə hələki, İnzibati Xətalar Məcəlləsində hər hansı tənbeh növü nəzərdə tutulmayıb.

"AEM tərəfindən özəl tibb müəssisələrində aparılan plan üzrə və plandankənar yoxlamalar zamanı həkimlər tərəfindən Qərarın bu tələbinə də riayət edilməsinə nəzarət olunur”, - deyə mərkəzdən vurğulayıb.

Oxunub: 196
Paylaş:
Digər xəbərlər

Səhiyyə

7-10-2023, 12:37

Həkimlər reseptləri yeni qaydada yazacaqlar - BU TARİXDƏN

Xəbərlər

15-09-2023, 16:02

QƏRAR: Apteklər dərman qiymətlərini qaldıra bilməyəcəklər

Səhiyyə

14-07-2023, 18:31

Resept yazılması və dərman satışı ilə bağlı YENİLİKLƏR

Səhiyyə

12-10-2022, 13:50

Apteklərdə dərman qıtlığı var? - AÇIQLAMA

Manşet / Gündəm / Xəbərlər

18-05-2018, 17:50

“Dərman vasitələri haqqında” qanuna dəyişikliklər qəbul olundu

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
Hovuz suyunun gözlərə zərəri
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
Son xəbərlər
  • Dünən, 22:24
    Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
  • Dünən, 21:10
    Göz dəymə və nəfsə qarşı xalq təbabəti
  • Dünən, 18:10
    Hovuz suyunun gözlərə zərəri
  • Dünən, 15:07
    Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
  • Dünən, 14:37
    Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
  • Dünən, 13:09
    Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
  • Dünən, 12:34
    Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
  • Dünən, 11:23
    Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
  • Dünən, 10:28
    Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
  • Dünən, 09:06
    Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
  • 19-06-2026, 22:11
    Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
  • 19-06-2026, 21:26
    Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
  • 19-06-2026, 20:29
    Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
  • 19-06-2026, 19:44
    Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
  • 19-06-2026, 18:40
    Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
  • 19-06-2026, 17:45
    Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
  • 19-06-2026, 16:23
    Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
  • 19-06-2026, 15:36
    Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
  • 19-06-2026, 14:54
    Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
  • 19-06-2026, 13:30
    60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
  • 19-06-2026, 12:39
    Ayaq şişkinliyini aradan qaldıran təbii üsullar
  • 19-06-2026, 11:35
    Moskvaya böyük hücum: Şəhərin neft strukturu məhv edildi
  • 19-06-2026, 10:22
    Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
  • 19-06-2026, 09:00
    Səhər beynin dumanlı olmasının əsas səbəbləri
  • 18-06-2026, 22:28
    Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
  • 18-06-2026, 21:17
    Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
  • 18-06-2026, 20:44
    ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
  • 18-06-2026, 19:13
    Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
  • 18-06-2026, 18:07
    Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
  • 18-06-2026, 17:52
    Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə