• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
Hovuz suyunun gözlərə zərəri
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İki xəstədən biri ölür - Daha bir qorxulu infeksiya YAYILDI

Gündəm / Səhiyyə

2-02-2025, 21:09

İki xəstədən biri ölür - Daha bir qorxulu infeksiya YAYILDI



İnfeksionist deyir ki, yeni peyda olan bu virus müxtəlif xəstəliklərin səbəbi ola bilər: “Onlar laboratoriyalarda yaradılır...”

Bəşəriyyət yeni peyda olan, mənşəyi tam bəlli olmayan virus və mikrobların əlində girinc qalıb. Müasir təbabət bir virusa qarşı əlac fikirləşib tapınca təzəsi peyda olur. Bu arada Hindistanda naməlum ölümcül xəstəlik qeydə alınıb və artıq 17 nəfərin ölümünə səbəb olub. Ümumilikdə 38 xəstəliyə yoluxma faktı qeydə alınıb. Yəni faktiki iki xəstədən biri həyatını itirib. Məlumatlara görə, xəstəliyin əsas simptomları hərarət, ürəkbulanma və zəiflikdir.

O da qeyd edilir ki, dünyasını dəyişənlərin hamısı beyin ödemindən əziyyət çəkiblər ki, bu da xəstəliyin əsas ağırlaşmalarından sayılır. Yəni söhbət yenə hansısa infeksion xəstəlik və onun beyin ödemi kimi ağır fəsadından gedir. Bu yeni mikroorqanizmdirmi?
“Rospotrebnadzor” (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) xəbər verib ki, xəstəliyin əlamətləri arasında qızdırma, ürəkbulanma və zəiflik var. Ölənlərdə beyin ödemi aşkar edilib. Araşdırmalar göstərib ki, xəstəlik toksinlər tərəfindən törədilib, lakin hansı toksinlər olduğu müəyyən edilməyib.

“Rospotrebnadzor” Hindistan Respublikasında naməlum etiologiyalı xəstəlik halları haqqında məlumatları izləyir. Qurumun müəssisələr şəbəkəsində laboratoriya bazası yaradılıb, təlim keçmiş mütəxəssislər var və aparıcı elmi təşkilatların istinad mərkəzləri fəaliyyət göstərir ki, bu da riskləri tez aşkar etməyə və əlavə tədbirlər görməyə imkan verir", - deyə qurumdan bildirilib.

İnfeksionist Aytən Ziyadovanın “Yeni Müsavat”a bildirdiyinə görə, naməlum xəstəliyin yayılması haqda daha çox məlumat əldə etmək üçün viruslar və onların tədqiqat metodları barədə ətraflı məlumat vermək faydalı olar: “Xəstəliyin hansı virus tərəfindən törədildiyi hələ tam olaraq müəyyən edilməsə də, viruslar müxtəlif xəstəliklərin səbəbi ola bilər və bu mövzuda aparılan tədqiqatlar çox önəmlidir. Virusların tədqiqi, onları daha yaxşı anlamaq və müalicə yolları tapmaq üçün vacibdir. Bu tədqiqatlar müxtəlif üsullarla həyata keçirilir. Belə ki, virusların yoluxdurduğu xəstələr üzərində klinik tədqiqatlar aparılır. Bu tədqiqatlar, virusların orqanizmə təsirini, simptomları, yayılma yollarını və hansı orqanlara təsir etdiyini müəyyən etməyə kömək edir. Bu cür tədqiqatlar, xəstəliyin əsas əlamətlərini aşkar etməyə və müalicə üsullarını tapmağa yönəldilir. Beynəlxalq və yerli səhiyyə təşkilatları da virusların yayılmasını izləyirlər. Virusların genetik materialını aşkar etmək üçün geniş istifadə edilən daha bir metod da PCR testləridir. Bu test, virusun DNA və ya RNA hissələrini aşkar edərək, infeksiyanın mövcud olub-olmadığını müəyyən edir. COVID-19 pandemiyası dövründə bu testlər xüsusilə populyar oldu və virusların təyini üçün əsas alətə çevrilib”.

Həkimin sözlərinə görə, viruslar laboratoriyalarda yaradılır: “Virusların laboratoriya şəraitində yetişdirilməsi virus araşdırmalarında geniş istifadə olunan bir metoddur. Bu proses virusların hüceyrələrini çoxaltmaq və onların xüsusiyyətlərini, mutasiyalarını və reaksiya verdiyi dərmanları öyrənmək üçün istifadə edilir. Naməlum virus və ya xəstəlik müəyyən edildikdə bir neçə addım atılmalıdır. İlk növbədə, xəstəliyin əsas əlamətləri müəyyən olunur. Hansı şəxslərin yoluxduğu və bu şəxslər arasında əlaqə müəyyənləşdirilməlidir. Əgər virus varsa, onun genetik materialı (RNA və ya DNA) təhlil edilir. Virusların təhlilində xəstəliyi yaradan virusun növü, xüsusiyyətləri və xəstəliyə necə səbəb olduğu müəyyən edilir. Virusun necə yayıldığı, hansı qruplara daha çox təsir etdiyi və necə qarşısını almağın mümkün olacağı qiymətləndirilir. Konkret bu xəstəliyin əlamətləri arasında qızdırma, ürəkbulanma və zəiflik kimi ümumi infeksion xəstəliklərə bənzər simptomlar var. Lakin ən ciddi əlamət, xəstələrin ölümünə səbəb olan beyin ödeminin (beyin şişməsi) aşkar edilməsi olub. Bu da xəstəliyin növbəti mərhələlərdə çox ciddi nevroloji problemlərə yol açdığını göstərir.

Amma naməlum xəstəliyin yayılma riskini azaltmaq üçün daha ətraflı araşdırmalar və müvafiq müalicə metodlarının tapılması lazım olacaq. Toksinlərin təyin edilməsi və onların hansı şəkildə insan orqanizmində təsir göstərdiyini anlamaq, gələcəkdə bənzər hadisələrin qarşısını almaq üçün mühüm rol oynaya bilər. Ayrıca, təhlükənin genişlənməməsi üçün sürətli və effektiv müdaxilə edilməsi, infeksiyanın qarşısını almaq üçün vacibdir. Xəstəliyin yayılmasını izləmək və tez bir zamanda reaksiya vermək üçün qlobal əməkdaşlıq və təcrübə mübadiləsi lazımdır" .

Həkim əlavə edib ki, hazırda dünyada ən geniş yayılan virus SARS-CoV-2 (COVID-19) və onun yeni variantlarıdır: “Bununla yanaşı, mövsümi qrip virusları, xüsusilə A/H1N1 (donuz qripi) və A/H3N2 ştammları da geniş yayılmaqdadır. Həmçinin, insan metapneumovirusu (HMPV) kimi digər respirator viruslar da bəzi bölgələrdə yayılmaqdadır. Bu viruslardan qorumaq üçün bundan əvvəl riayət etdiyimiz tövsiyələrə əməl etməliyik. Əllərinizi tez-tez sabun və su ilə ən azı 20 saniyə boyunca yuyun. Əgər sabun və su əlçatan deyilsə, ən azı 60% spirt tərkibli əl dezinfeksiyaedici vasitələrdən istifadə edin. Xüsusilə, qapalı məkanlarda və sosial məsafəni saxlamaq mümkün olmadıqda maska taxmaq vacibdir. İnsanlarla aranızda ən azı 1-2 metr məsafə saxlayın. İmkan daxilində kütləvi tədbirlərdən və sıxlıq olan məkanlardan uzaq durmaq lazımdır. Mövcud olan peyvəndləri qəbul etmək, bu, xəstəliyin ağır keçmə riskini azaldır. Düzgün qidalanma, kifayət qədər yuxu və müntəzəm fiziki fəaliyyət immun sisteminizi gücləndirir. Özünüzdə və ya ətrafınızda hər hansı xəstəlik əlamətləri müşahidə etdikdə, evdə qalaraq başqalarını qoruyun və tibbi yardım üçün həkimə müraciət edin. Bu tədbirlər həm COVID-19, həm də digər respirator viruslardan qorunmaq üçün effektivdir”.

Oxunub: 467
Paylaş:
Digər xəbərlər

Səhiyyə

25-07-2023, 17:15

Yeni ölümcül xəstəlik - Sağlam adamı səkkiz günə məhv edir

Səhiyyə

3-06-2022, 14:52

Dünyada yeni virus yayılır - “Pomidor qripi”

Xəbərlər

6-06-2021, 16:19

Dünyada yeni xəstəlik yayıldı - Hər iki xəstədən biri ölür

Xəbərlər

3-04-2021, 13:05

Yeni DƏHŞƏTLİ virus yayıldı - YOLUXMA VƏ ÖLÜM SAYI DURMADAN ARTIR

Səhiyyə

2-07-2019, 20:16

Yeni ölümcül virus peyda oldu

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
Hovuz suyunun gözlərə zərəri
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
Son xəbərlər
  • Dünən, 22:24
    Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
  • Dünən, 21:10
    Göz dəymə və nəfsə qarşı xalq təbabəti
  • Dünən, 18:10
    Hovuz suyunun gözlərə zərəri
  • Dünən, 15:07
    Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
  • Dünən, 14:37
    Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
  • Dünən, 13:09
    Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
  • Dünən, 12:34
    Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
  • Dünən, 11:23
    Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
  • Dünən, 10:28
    Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
  • Dünən, 09:06
    Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
  • 19-06-2026, 22:11
    Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
  • 19-06-2026, 21:26
    Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
  • 19-06-2026, 20:29
    Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
  • 19-06-2026, 19:44
    Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
  • 19-06-2026, 18:40
    Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
  • 19-06-2026, 17:45
    Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
  • 19-06-2026, 16:23
    Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
  • 19-06-2026, 15:36
    Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
  • 19-06-2026, 14:54
    Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
  • 19-06-2026, 13:30
    60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
  • 19-06-2026, 12:39
    Ayaq şişkinliyini aradan qaldıran təbii üsullar
  • 19-06-2026, 11:35
    Moskvaya böyük hücum: Şəhərin neft strukturu məhv edildi
  • 19-06-2026, 10:22
    Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
  • 19-06-2026, 09:00
    Səhər beynin dumanlı olmasının əsas səbəbləri
  • 18-06-2026, 22:28
    Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
  • 18-06-2026, 21:17
    Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
  • 18-06-2026, 20:44
    ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
  • 18-06-2026, 19:13
    Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
  • 18-06-2026, 18:07
    Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
  • 18-06-2026, 17:52
    Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə