• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
Gürcüstan Rusiya ilə sərhədi bağladı
Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
Gərginliyin arxasında İran dayanır - Yəmən
Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Ermənistan Azərbaycandan qaz almaq istəyir
İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Homosistein - Ürək-damar xəstəliklərinə səbəb olan maddə

Gündəm / Səhiyyə

17-09-2024, 12:12

Homosistein - Ürək-damar xəstəliklərinə səbəb olan maddə


Homosistein (HS) amin turşusudur, orqanizmdə sintez olunmur və qida məhsullarının tərkibində yoxdur.

O, əvəzolunmaz amin turşusu olan və qida məhsulları ilə daxil olan metioninin çevrilmə məhsuludur. Metioninin əsas qida mənbələri: ət, yumurta, süd məhsulları, kəsmikdir. Homosistein toksik maddə olduğundan hüceyrədə onu xaric edən mexanizmlər mövcuddur. Normada metioninin metabolizmi zamanı əmələ gələn homosistein sağlam orqanizmdə sistein, qlütation yaxud yenidən metioninə çevrilərək zərərsizləşdirilir. Lakin bəzi patoloji vəziyyətlərdə homosisteinin çevrilməsi pozulur, o qanda artıq miqdarda toplanır, homosisteinemiya yaranır.

Hansı hallarda qanda HS səviyyəsi artır?

- fol turşusu, vitamin B6,B12-nin defisiti: HS-nin metabolizmi - sistein yaxud yenidən metioninə çevrilməsi birbaşa bu vitaminlərdən asılıdır

- fol turşusunun qeyri-aktiv formasını onun aktiv forması olan metiltetrahidrofolata çevrilməsini təmin edən 5, 10 metilentetrahidrofolatreduktaza fermentinin genetik defekti yaxud aktivliyinin zəifləməsi

- homosisteinuriya (HS-nin metabolizmində iştirak edən fermentlərin genetik defekti)

- orqanizmə metionin çox daxil olduqda (heyvan mənşəli qidalara üstünlük verildikdə)

- neoplastik proseslər, hipotireoz, psoriazın ağır gedişatı

- sitostatiklərin, estrogentərkibli hamiləlikəleyhinə preparatların, epilepsiyaəleyhinə preparatların qəbulu

- tütün, alkoqol və kofedən sui- istifadə

- böyrək xəstəlilikləri (HS böyrəklər vasitəsilə xaric edilir).

Qanda toplanmış HS-nin əsas hədəfi damar endotelisidir: o ilk növbədə damarların iç qişasını zədələyir, tromboksan A-nın sintezini və trombositlərin aqreqasiyasını sürətləndirir, prokoaqulyant aktivliyə malikdir. Zədələnmiş endotelidə iltihab prosesi inkişaf edir və həmin iltihablaşmış nahiyəni bərpa etmək üçün orqanizm tərəfindən tikinti materialı qismində xolesterin və kalsium səfərbər olunur. Göründüyü kimi, xolesterin tərkibli aterosklerotik düyünlərin əmələ gəlməsi artıq ikincili prosesdir, birincili səbəb isə homosisteinin səviyyəsinin artması və damardaxili divarın zədələnməsidir. Beləliklə, homosisteinemiya ürək-damar xəstəliklərinin inkişafında çox mühüm risk faktorudur.

Homosisteini 1932-ci ildə De Vigneud kəşf etmişdir, daha sonra homosisteinuriya sindromu aşkar olunmuşdur. Mak Cully qanında yüksək səviyyədə HS olan xəstələri dərindən tədqiq etmiş və hiperhomosisteinemiya ilə ağır damar xəstəliklərinin arasında birbaşa əlaqə olduğunu aşkarlamışdır. Bu tədqiqatlar onun 1975-ci ildə təklif etdiyi aterosklerozun homosistein teoriyasının əsasını qoymuşdur. Bu teoriyaya əsasən, homosisteinin səviyyəsi, vitamin çatışmazlığı və ürək xəstəlikləri arasında sıx əlaqə var. Çoxsaylı tədqiqatların nəticələrinə əsasən, plazmada HS-nin səviyyəsinin 5 mkmol/l artması ürək-damar patologiyasının inkişaf ehtimalını 1,3-1,7 dəfə artırır. Bundan əlavə, Alsheymer xəstəliyinin yaranması, şəkərli diabet olan xəstələrdə müxtəlif damar fəsadların (nefropatiya, retinopatiya, mikroangiopatiya) əmələ gəlməsi daha tez-tez rast olunur. Digər laborator müayinələrlə yanaşı (xolesterin, fibrinogen, yüksək və aşağı sıxlıqlı lipoproteidlər, C-reaktiv zülal) ürək-damar patologiyaları üzrə risk qrupundan olan pasiyentlərdə homosisteinin səviyyəsinin təyini çox vacibdir.

Daha hansı hallarda HS səviyyəsinin təyini vacibdir?

- homosisteinuriyaya irsi meyillik olduqda uşaqda xəstəliyin diaqnostikası üçün

- yaxın çevrədə insult və infarktdan tez dünyasını dəyişənlər olduqda

- vitamin B6, B12 və fol turşusu qıtlığı ilə müşahidə edilən yanlış qidalanma zamanı

- sorulma prosesinin pozulması (malabsorbsiya sindromu) ilə müşahidə edilən mədə-bağırsaq xəst-ri (xroniki mədə bağırsaq xəstəlikləri zamanı çoxsaylı damar fəsadları məhz bununla izah edilir; həmçinin B12 vitamininin mənimsənilməsi pozulduqda xəstə anemiyadan çox insult və infarkt təhlükəsi ilə üzbəüz qalır)

- böyrək patologiyaları olduqda

- zərərli vərdişlərə meyilli insanlarda (narkotik, alkoqol, kofe.....).

Yaş artdıqca HS-nin səviyyəsi tədricən yüksəlir: bu böyrəklərin funksiyasının yaşla əlaqəli zəifləməsi ilə bağlıdır.

Səbəbindən asılı olaraq müvafiq müalicə strategiyası qurulur (məs., böyrək xəstəlikləri zamanı böyrəklərin müalicəsi və s.). Lakin bir çox hallarda HS səviyyəsinin yüksək olması məhz B6-B12-fol t-su çatışmazlığı ilə əlaqəli olur; yaşıl yarpaqlı tərəvəzlərin, meyvələrin geniş istifadəsi, B qrup vitaminlərin müvafiq dozada qəbulu, qırmızı ət və ondan hazırlanmış məmulatların məhdudlaşdırılması çoxsaylı problem və fəsadlardan azad edə bilər. Normal göstəricilər: qadınlarda - 5-12 mkmol/l, kişilərdə - 5-15 mkmol/l.

Məqalə Bioloji Təbabəbət Klinikası tərəfindən təqdim olunub

Oxunub: 1 209
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

21-12-2022, 21:33

Damarların sağlamlığını qoruyan 3 QİDA – Tanınmış diyetoloqun SİYAHISI

Maraqlı

27-03-2022, 15:11

Yediyiniz qida genlərinizi necə dəyişdirir?

Maraqlı

1-07-2020, 20:35

Bizi sağlam edən HƏYATİ VACİB MADDƏ

Maraqlı

1-07-2019, 10:09

Bizi sağlam edən HƏYATİ VACİB MADDƏ

Manşet / Gündəm / Səhiyyə

27-09-2018, 00:46

Damar tıxanmasına qarşı 7 məhsul

AlıntıCevapla
  • Rekonstrukciya_Icery

  • 20 sentyabr 2024 04:28
  • Grubu: Ziyaretçi
  • Kayıt tarihi: --
  • Durumu:
  • 0 Yorumları: 0
  • 0 Makaleleri: 0
^
Нужна реконструкция деревянного дома? Наша бригада из опытных строителей из Белоруссии готова воплотить ваши идеи в реальность! Современные технологии, индивидуальный подход, и качество – это наши гарантии. Посетите наш сайт реконструкция дома и начните строительство вашего уюта прямо сейчас! #БелорусскаяБригада #Шлифовка #Реконструкция #Достройка
  • Beğendim
  • 0
Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
Son xəbərlər
  • Bu gün, 00:56
    Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
  • Dünən, 22:43
    Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
  • Dünən, 20:26
    Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
  • Dünən, 19:37
    Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
  • Dünən, 18:55
    Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
  • Dünən, 17:53
    Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
  • Dünən, 16:39
    Gürcüstan Rusiya ilə sərhədi bağladı
  • Dünən, 14:20
    Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
  • Dünən, 13:30
    Gərginliyin arxasında İran dayanır - Yəmən
  • Dünən, 12:40
    Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
  • Dünən, 11:17
    Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
  • Dünən, 10:47
    Ermənistan Azərbaycandan qaz almaq istəyir
  • 12-08-2026, 13:09
    İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
  • 12-08-2026, 12:37
    Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
  • 12-08-2026, 11:48
    Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
  • 12-08-2026, 10:51
    İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
  • 12-08-2026, 09:05
    Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
  • 11-08-2026, 22:43
    Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
  • 11-08-2026, 21:35
    Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
  • 11-08-2026, 20:06
    Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
  • 11-08-2026, 19:21
    Prezident İlham Əliyev Naxçıvana səfər etdi
  • 11-08-2026, 18:52
    Əl titrəməsinin 5 səbəbi
  • 11-08-2026, 17:20
    İsraildən həyəcan təbili: Türkiyə xəbəri aranı qarışdırdı
  • 11-08-2026, 16:16
    Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
  • 11-08-2026, 15:29
    Ürəyin tez qocalmasına səbəb olan amillər açıqlandı
  • 11-08-2026, 14:11
    “Məkkə anlaşması” regionda oyunu dəyişir: İran hansı ölkəni hədəf göstərdi?
  • 11-08-2026, 13:35
    ABŞ-dan Ukraynaya "Patriot" raketləri ilə bağlı qadağa - Səbəbi bəlli oldu
  • 11-08-2026, 12:15
    Astiqmatizm baş ağrısına səbəb olur - Həkim XƏBƏRDARLIQ ETDİ
  • 11-08-2026, 11:43
    Fövqəladə vəziyyət elan edildi, ordu səfərbər oldu – Mayorkada nə baş verir?
  • 11-08-2026, 10:48
    Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə