“Boğaz ətinin də, burun ətinin də özünün kəsilməsi üçün göstərişlər var”.
Sağlamolun.az xəbər verir ki, bu sözləri Səhiyyə Tv-də yayımlanan “Sağlam Səhhət” proqramında Baku City Hospitalın Lor həkimi Jalə Eyvazova deyib.
O bildirib ki, boğaz və burun əti kəsillməmişdən öncə mütləq dəyərləndirmə aparılmalıdır:
“Böyüklərdə boğaz əti o zaman kəsilir ki, il ərzində 3-4 dəfə angina olsun. Uşaqlarda isə bu say dəyişir. Kiçik uşaqlarda il ərzində 6-7 dəfə boğaz iltahablaşması olursa, artıq bu orqanizmə ziyan vurur və kəsilməyə göstərişdir”.