• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Payız yaxınlaşır: Qripdən necə qorunaq?
Dörd gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
Qan qatıdırsa, səhərlər qəhvə əvəzinə nə içməli?
Breket Seçərkən Nələrə Diqqət Edilməlidir?
10 sentyabra hazırlıq görülür: 80 min təhlükəsizlik qüvvəsi yerləşdiriləcək
HƏMAS-dan etiraf: “Terror aktını biz törətmişik”
Gündə 2 alma – İnsultdan xilas edəcək
İran sərhədçiləri əfqan qaçqınları güllələdi: ölənlər var
Üçüncü Dünya Müharibəsi başladı – Maduro ELAN ETDİ
Qadınlarda Polikistik Over Sindromu: Əlamətləri və Təbii Yolla İdarə edilməsi
Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər – Gözlənilən qərar…
Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə
Öd durğunluğu neçə günə qaraciyəri “öldürür”?
Nepalda 1500 məhbus həbsxanadan qaçdı
Sülh sazişinin paraflanması... - Prezident
Arıqlamağa kömək edən 4 bitki çayı
Beş BÜRC kasıblığın daşını atır: Birdən-birə varlanacaqlar
Bu içkilər saç tökülməsini sürətləndirir
Dünyanın gizli xəzinəsi: Yerin nüvəsinin yaxınlığında gizlənir və ABŞ onu çıxarmaq istəyir
15 sentyabrda dərslər təxirə salınacaq? - RƏSMİ CAVAB
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qanımızı azaldan səbəblər

Gündəm / Araşdırma

30-04-2025, 09:00

Qanımızı azaldan səbəblər


Son 13 il ərzində Azərbaycanda əhalinin anemiya (qanazlığı) ilə xəstələnməsi halları artıb. Ötən il anemiya xəstələrinin sayı 2017-ci ilə nisbətən azalsa da, 2005-ci ilə nisbətən onların sayı yenə də çox olub.

2005-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisəlәrindә qeydiyyatda olan anemiya xəstələrinin sayı 37 807 nəfər olduğu halda, 2017-ci ildə belə xəstələrin sayı 42 366, 2018-ci ildə 41 097 nəfər təşkil edib. 2005-ci ildə Azərbaycanda 30 213 nəfərə, 2018-ci ildə isə 47 552 nəfərə ilk dəfə anemiya diaqnozu qoyulub. Ötən müddətdə əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı da artıb. 2005-ci ildə əhalinin hər 100 000 nəfərindən 360,5 nəfərinə, 2018-ci ildə 484,2 nəfərinə ilk dəfə anemiya diaqnozu qoyulub.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək xəstə uşaqların sayı da çoxalıb. 2010-cu ildə ölkədə 21565, 2018-ci ildə 28620 nəfər uşağa ilk dəfə anemiya diaqnozu qoyulub. Ölkədə müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan anemiyalı uşaqların sayı isə ötən dövr ərzində azalıb. 2010-cu ildə qeydiyyatda olan xəstə uşaqların sayı 23063 nəfər olduğu halda, 2018-ci ildə onların sayı 21410-a enib. Qeyd edək ki, anemiya (qanazlığı) qanda qan hüceyrələrinin sayının, yaxud da, qanın ümumi həcmində eritrositlərin və hemoqlobinin miqdarının azalması ilə səciyyələnən xəstəlik və ya müxtəlif xəstəliyi müşayiət edən patoloji haldır. Anemiya qan xəstəlikləri arasında ən çox rast gəlinənidir. Hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir.

Tibbi araşdırmalara görə, qadınlar kişilərə nisbətən daha çox anemiyadan əziyyət çəkirlər. Anemiyadan əziyyət çəkən insan qrupları arasında uşaqlar və hamiləlik dövrü keçirən qadınlar çoxluq təşkil edir.

Statistik göstəricilərə baxsaq, görərik ki, həqiqətən də vəziyyət ciddi xarakter daşıyır. Bəs görəsən bu xəstəlik son illər ərzində niyə belə geniş yayılıb? Özümüzü bu xəstəlikdən necə qoruya bilərik?

Tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı "Kaspi"yə açıqlamasında bildirdi ki, anemiya xəstəliyi qanda hemoqlabinin və digər göstəricilərin aşağı düşməsi deməkdir: "Müasir dövrdə bu xəstəlik uşaqlar arasında da geniş yayılıb. Əsas faktorlar arasında ilk növbədə qurd xəstəliklərini qeyd etmək istəyirəm. Düzgün qidalanmama da anemiyanın yaranma səbəblərindəndir. Meyvə-tərəvəzdən az, süni qidalardan isə çox istifadə olunur. Uşaqlar, yeniyetmələr qısa müddətdə enerji verəcək "fast-food" qidalarından və enerji içkilərindən geniş istifadə edirlər. Şirniyyat, şokolad tərkibli qida məhsulları onların qida rasionunda üstünlük təşkil edir. Bütün bunlar qanda hemoqlabinin miqdarını aşağı salır və xəstəliyin yaranmasına səbəb olur. Bəzi hallarda xəstənin qanında anadangəlmə problem olur. Bu da əsas faktorlar arasındadır".

Ş.Namazlı söylədi ki, anemiya həm də irsi xəstəlik kimi qəbul edilir. Əgər nəsildə anemiya xəstəliyi varsa, bu, digərlərində də yarana bilir: "Yəni xəstəlikdən əziyyət çəkənlərin sayının artmasının çoxsaylı səbəbləri var. Bu səbəblər özlüyündə iki yerə ayrılır, endogen və ekzogen səbəblər. Qeyd etdiyim səbəblər xarici səbəblərdir.

Endogen səbəblərə gəlincə, mədə-bağırsaq problemi, mədə turşuluğunun normadan aşağı olmasını nümunə göstərmək olar. Ekzogen yolla qəbul edilən qidaların endogen yolla sorulma prosesi pozulur. Nəticədə qanın miqdarının aşağı düşməsi prosesi baş verir. Həmçinin qadınlarda müəyyən fizioloji proseslərlə əlaqədar olaraq qanın miqdarı aşağı düşür. Orqanizmdə dəmir çatışmazlığı varsa, anemiya yaranır. Ona görə də, tövsiyə edərdim ki, tərkibində dəmir çox olan meyvə-tərəvəz, ət məhsulları daha çox istifadə edilsin. Sadaladığım bu faktorlar son illər ərzində əhalidə geniş yayılıb. Bütün bunlar isə ümumilikdə anemiya xəstəliyindən əziyyət çəkənlərin ümumi sayının artmasına gətirib çıxarır".

Həkim deyir ki, anemiya zamanı insanın yaddaşı zəifləyir, ürəkdə müəyyən problemlər yaranır: "Son illər bu xəstəlik çox ciddi problemə çevrilib. Demək olar ki, əksər insanda anemiyaya rast gəlmək olur. Qanın tərkibinin aşağı olması demək olar ki, adi hala çevrilib. Xüsusilə uşaqlar və yeniyetmələr arasında bu xəstəlik geniş yayılıb. Müəyyən yaş həddinə çatan uşaqlar və yeniyetmələrin orqanizmində kalsium, fosfor, maqnezium, sink çatışmazlığına tez-tez rast gəlinir.

Əgər uşaqlar dırnaqlarını yeyirsə, bu, orqanizmdə nəyinsə çatışmadığından xəbər verir. Dırnaqdakı parazitlər və mikroorqanizmlər bağırsaqdan keçərək inkişaf edir. Bu da dolayı yolla qanın aşağı düşməsinə gətirib çıxarır. Ona görə də, valideynlər belə məsələlərdə diqqətli olmalıdır.

Orta məktəbdə oxuyan uşaqlarda, adətən görmə zəifliyi müşahidə olunur. Uşaqlar tədricən yazı taxtasını görmür. Valideynlər uşağı dərhal göz həkiminə aparır və eynək yazılır. Amma eynəkdən öncə mütləq qanın ümumi analizi verilməlidir. Qanın tərkibinə uyğun olaraq düzgün müalicə təyin olunmalıdır.

Məsləhət görərdim ki, ildə iki dəfə hər bir insan, xüsusilə də uşaqların qanının ümumi analizi verilsin. Qanın tərkibi aşağı olduqda, uşaqlarda halsızlıq, yorğunluq müşahidə olunur. Bir neçə metr yol getdikdən sonra xroniki yorğunluq başlayır, təngnəfəs olur. Əslində bu yorğunluq deyil və əsas səbəb qan azlığıdır. Ona görə də, anemiya xəstəliyi ilə düzgün şəkildə mübarizə aparmaq üçün vaxtında müalicə çox mühümdür. Həkim nəzarəti ilə qida rejiminə nəzarət edilərsə və düzgün müalicə aparılarsa, xəstəlikdən qurtulmaq olar".

Tibb üzrə ekspert, professor Adil Qeybulla söylədi ki, hələ bir neçə il əvvəl beynəlxalq təşkilatların ölkəmizdə apardığı tədqiqatların nəticəsinə əsasən bəlli oldu ki, Azərbaycanda qan azlığından əziyyət çəkən xəstələrin sayı kifayət qədər çoxdur: "Bu məsələ həmin təşkilatların qeydlərində də yer almışdı.Milli Aerokosmik Agentliyinin apardığı tədqiqatlar da bu faktı bir daha sübuta yetirdi.

Tədqiqatların nəticəsindən aydın oldu ki, anemiyanın artmasının əsas səbəbi qida ilə bağlıdır. Təbii ki, anadangəlmə faktorlar da burada mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var. Onların yerləşdirilməsi, düzgün qidalanması bu məsələyə ciddi təsir edir. Əhalinin böyük əksəriyyəti düzgün qidalanmır. Keyfiyyətsiz qidalardan istifadəyə üstünlük verilməsi əsas faktorlardan biridir.

Uşaqlar arasında aparılan monitorinq göstərir ki, valideynlər aşağı keyfiyyət parametrlərinə malik olan süni qidalardan geniş istifadə edirlər. Meyvə və tərəvəzdən istifadə çox aşağı səviyyədədir. Ölkədə ciddi şəkildə qida təhlükəsizliyi problemi var. Bu məsələ üzərində ciddi iş aparılmalıdır. Həmçinin stress, ekoloji çirklənmə də anemiya xəstəliyinin əsas səbəblərindəndir. Millətimizin gələcəyi olan uşaqların sağlamlığının qorunması istiqamətində ciddi iş aparılmalıdır. Bu istiqamətdə xüsusi proqram tərtib edilməlidir".

Oxunub: 752
Paylaş:
Digər xəbərlər

Səhiyyə

30-09-2019, 14:37

Qanımızı azaldan səbəblər

Səhiyyə

15-09-2019, 13:59

Azərbaycanda abort edən qadınların sayı məlum oldu

Maraqlı

10-06-2019, 12:39

Azərbaycanda boşananların sayı artıb - SON 5 İLİN ƏN YÜKSƏK HƏDDİ

Xəbərlər

7-03-2019, 15:48

Azərbaycanda spirtli içkidən asılı olanların sayı açıqlandı

Xəbərlər

4-03-2019, 20:32

Azərbaycanda narkomanların sayı açıqlandı - Çoxu 25-45 yaşlı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Payız yaxınlaşır: Qripdən necə qorunaq?
Dörd gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
Qan qatıdırsa, səhərlər qəhvə əvəzinə nə içməli?
Breket Seçərkən Nələrə Diqqət Edilməlidir?
10 sentyabra hazırlıq görülür: 80 min təhlükəsizlik qüvvəsi yerləşdiriləcək
HƏMAS-dan etiraf: “Terror aktını biz törətmişik”
Son xəbərlər
  • Bu gün, 12:41
    Payız yaxınlaşır: Qripdən necə qorunaq?
  • Bu gün, 10:26
    Dörd gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 09:13
    Qan qatıdırsa, səhərlər qəhvə əvəzinə nə içməli?
  • Dünən, 21:15
    Breket Seçərkən Nələrə Diqqət Edilməlidir?
  • Dünən, 20:20
    10 sentyabra hazırlıq görülür: 80 min təhlükəsizlik qüvvəsi yerləşdiriləcək
  • Dünən, 19:06
    HƏMAS-dan etiraf: “Terror aktını biz törətmişik”
  • Dünən, 18:28
    Gündə 2 alma – İnsultdan xilas edəcək
  • Dünən, 17:33
    İran sərhədçiləri əfqan qaçqınları güllələdi: ölənlər var
  • Dünən, 16:45
    Üçüncü Dünya Müharibəsi başladı – Maduro ELAN ETDİ
  • Dünən, 15:09
    Qadınlarda Polikistik Over Sindromu: Əlamətləri və Təbii Yolla İdarə edilməsi
  • Dünən, 14:28
    Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər – Gözlənilən qərar…
  • Dünən, 13:29
    Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə
  • Dünən, 12:30
    Öd durğunluğu neçə günə qaraciyəri “öldürür”?
  • Dünən, 11:41
    Nepalda 1500 məhbus həbsxanadan qaçdı
  • Dünən, 10:22
    Sülh sazişinin paraflanması... - Prezident
  • Dünən, 09:03
    Arıqlamağa kömək edən 4 bitki çayı
  • 8-09-2025, 22:10
    Beş BÜRC kasıblığın daşını atır: Birdən-birə varlanacaqlar
  • 8-09-2025, 21:32
    Bu içkilər saç tökülməsini sürətləndirir
  • 8-09-2025, 20:20
    Dünyanın gizli xəzinəsi: Yerin nüvəsinin yaxınlığında gizlənir və ABŞ onu çıxarmaq istəyir
  • 8-09-2025, 19:13
    15 sentyabrda dərslər təxirə salınacaq? - RƏSMİ CAVAB
  • 8-09-2025, 18:45
    Manqonun Faydaları və Zərərləri Nələrdir?
  • 8-09-2025, 17:25
    Tokayevdən gözlənilməz təklif: Qazaxıstanda ciddi dəyişiklik başlayır
  • 8-09-2025, 17:02
    Türkiyə çalxalanır: rəsmilərlə polis arasında toqquşma – CHP ləğv edilir?
  • 8-09-2025, 15:37
    Anevrizma nədir, əlamətləri və müalicəsi necə olur?
  • 8-09-2025, 14:49
    Bu müharibə ilə Avropa sınaqdan keçir - General
  • 8-09-2025, 13:16
    “Kiyev işğaldakı torpaqlarını belə azad edəcək” – Ukraynanın Türkiyədəki səfiri ilə EKSKLÜZİV MÜSAHİBƏ
  • 8-09-2025, 12:04
    Bir həftə yalnız qarpız yesək nə olar?
  • 8-09-2025, 11:21
    Qafqazda “son döyüş” başlayır – Ermənistan qalib çıxa bilər
  • 8-09-2025, 10:32
    İranla bağlı xəbərdarlıq: Rəsmilər hərəkətə keçdi
  • 8-09-2025, 09:13
    Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə