Əfvlə bağlı təklif irəli sürənlər bundan nə dərəcədə siyasi üstünlük əldə edəcəklərini düşünürlər.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP-nin əfv müraciəti ilə bağlı açıqlamasında deyib.
“Dostlar, biz belə düşünə bilmərik. Daha əvvəlki əfv sərəncamlarında baş verənləri gördük. Başda ədliyyə naziri olmaqla, biz təlimatımızı verdik. Həbsxanalar dolub deyə, əfv imzalaya bilmərik”, - deyə dövlət başçısı bildirib.