Xəbərlər



SON DƏQİQƏ: İsrailə irimiqyaslı HÜCUM BAŞLADI
SON DƏQİQƏ: İsrailə irimiqyaslı HÜCUM BAŞLADI


Son bir neçə saat ərzində Fələstindən İsrail ərazisinə azı 20 raket atılıb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fələstindəki qruplaşmalar tərəfindən təşkil edilən hücum zamanı İsraildə xəbərdarlıq siqnalları işə düşüb. İnsanlar sığınacaqlara yönəlib. İsrail mənbələrinin məlumatına görə, mərmilər ölkənin cənub bölgələrinə düşüb. Tələfat və yaralılar barədə məlumat yoxdur.

Qeyd edək ki, ötən gün Qəzza bölgəsində İsrail təhlükəsizlik əməkdaşlarının müdaxiləsi nəticəsində 1 fələstinli həlak olub. 2 nəfər yaralanıb. Bildirilir ki, fələstinli qruplar bu hadisəyə cavab olaraq İsrail ərazisinə raket zərbəsi endirib.
Baxış sayı: 1 413