• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
Yaşı 50-dən yuxarı olanların nəzərinə
İki liderin Putinə çağırışı maraq doğurdu: Moskva qərarını dəyişəcək?
İki gün ərzində xolesterolu aşağı salmağın yolu müəyyən edilib
Həftə ərzində az yatırsınızsa, bunu edin
Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
Zelenskinin xəbərdarlığı: Türkiyə bütün uçuşları ləğv etdi
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
Tramp “Hörmüz”ün adı dəyişmək istəyir
Yunan generaldan şok xəbərdarlıq: Oktyabrda Türkiyə ilə müharibəyə gedirik
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Boğazda iltihab, ağrı, şişkinlik nəyin əlamətidir?

Araşdırma

28-03-2023, 23:14

Boğazda iltihab, ağrı, şişkinlik nəyin əlamətidir?


Boğazda ağrı, damaq badamcıqlarında iltihab ən çox narahatlıq yaradan şikayətlərdən sayılır. Ələlxüsus uşaqlarda meydana gələn bu problem bəzən ildə bir neçə dəfə təkrarlanır. Bu problemlər bir çox hallarda virus infeksiyaları, qrip, soyuqdəymə zamanı yaranır. Çox zaman boğazda yaranan ağrı, şişkinlik ümumi olaraq angina kimi dəyərləndilir.

Əslində necədir? Boğazda, damaq badamcıqlarında bu problemlər hansı səbəblərdən yaranır?

e-tibb.az bununla bağlı Lor-cərrah Kamil Süleymanovun “Xroniki tonzilit-damaq badamcıqlarının iltihabı” adlı məqaləsini təqdim edir:

Udlaq limfoid həlqəsində, damaq badamcıqlarının xronik iltihabına daha çox rast gəlinir, ona görə də xroniki tonzillit anlayışı xroniki prosesden xəbər verir. Müxtəlif müəlliflərə görə, xronik tonzillitə böyüklərdə 4-10, uşaq yaşlarında isə 12-15 faiz rast gəlir.

Xarici və daxili faktorların təsiri nəticəsində orqanizmin müqaviməti aşağı düşür, badamcıq lakunalarında olan mikrofloranın patogenliyi və virulentliyi artır. Bu da angina və xronik iltihabın yaranmasına səbəb olur. Xroniki tonzillitdə badamcıqlarda 30-a yaxın müxtəlif mikrob aşkar edilib, amma lakunaların daha dərin hissələrində adətən flora polimorfizmi olmur, daha çox monoflora - streptokokun müxtəlif formaları (əsasən hemolitik), stafilokok və s. rast gəlinir.

Xronik tonzillitdə həm də qeyri-patogen mikrobların assosasiyası rast gəlinə bilər. Uşaqlarda badamcıq çıxarıldıqdan sonra bəzən adenoviruslar da aşkar edilir ki, bu da onların etiologiya və patogenezdə rol oynadığını göstərir. Beləliklə, xronik tonzilliti autoinfeksiya şərtlənmiş infeksion xəstəliklərə aid etmək lazımdır.

Xronik tonzillit daha çox kəskin anginadan sonra yaranır. Nadir hallarda angina olmadan da yaranır. Onun yaranması və inkişafına çox zaman xronik infeksiya mənbələrindən (kariesli dişlər, burun və burunətrafı ciblərin xronik iltihabı və s.) həmçinin bakterial, yerli toxumadan olan daimi autoinfeksiyalar və ümumi allergik fon təkan verir.

Klinik mənzərə və təsnifat. Xronik tonzillitin əsas göstəricisi anamnezde tez-tez anginanın olmasıdır. Xronik tonzillitli xəstələr arasında “anginasız forma” müxtəlif müəlifflərə görə 2-4% hallarda rast gəlinir.

Qeyd etmək lazımdırki, xronik tonzillitin bir obyektiv əlaməti tam olaraq patoqnomik deyildir. Diaqnostika üçün bütün əlamətləri qiymətləndirmək lazımdı. Beləki hər bir simptom qiymətləndirilməlidi, çünki bu digər xəstəliklərlə də - udlaq, diş, çənə, burun və b. bağlı ola bilər. Kəskin angina zamanı xronik tonzillit diaqnozu qoymaq olmaz,belə ki, farinqoskopik simptomlar xronik gedişi əks etdirməyəcək. Kəskinləşmədən 2-3 həftə keçdikdən sonra xronik tonzillitin obyektiv əlamətlərini qiymətləndirmək lazımdır.

Əksər hallarda xronik tonzillitin kəskinləşməsi ildə 2-3 dəfə olur, nadirən ildə 5-6 dəfə angina ola bilər. Bəzən 3-4 ildə 1-2 dəfə angina ilə xəstələnmə baş verə bilər, lakin bunu da ciddiyə almaq lazımdır. Bəzən temperatur müşahidə olunmayan boğaz ağrısı, angina adlandırılır. Ona görə hər bir halda keçirilmiş hər bir boğaz ağrısının xarakterini müəyyənləşdirmək lazımdır.

Bəzən angina badamcıqda xronik prosseslə deyil, orqanizmin reaktivliyi düşən zaman meydana çıxan endogen faktorlar və ya udlağın, burun və burunətrafı ciblərin iltihabi patalogiyası ilə şərtlənir.

Şikayətlər əsasən te-tez anginanın olması, digər şikayətlər isə ağızdan pis iyin gəlməsi, udqunma zamanı boğazda yad cisim əlaməti, quruluq və s.-dir. Lakin bu əlamətlər tək xronik tonzillitdə deyil, həm də faringitin digər formalarında , kariesli diş və s.-də rast gəlir. Bəzən tez yorulma, ümumi zəiflik, baş ağrısı, əmək qabiliyyətinin enməsi, subfebril temperatur kimi əlamətlərə də rast gəlinir, bir çox xəstələrdə anginadan başqa şikayətlər olmur.

Yerli iltihabi badamcıq əlamətləri uzun sürən xronik iltihabın farinqoskopik əlamətləridir. Xronik tonzillit zamanı badamcığın yuxarı səthinə və ətraf toxumaya lakunalardan irin keçir və uzun müddət qıcıqlandıraraq, bu toxumanın xronik iltihabı yaradır. Damaq badamcıqlarına və ətraf toxumasına baxdıqda aşağıdakı xarakterik əlamətlər təyin edilir:

Qize əlaməti- damaq qövslərinin kənarlarının hiperemiyası

Preobrajenski əlaməti- ön və arxa damaq qövslərinin infiltrasiya və hiperplaziyası

Zak əlaməti- yuxarı səthin, ön və arxa qövslərin ödemləşməsi

Xronik tonzillitin və xronik faringitin eyni zamanda rast gəlməsi bu əlamətlər az məna kəsb edir. Həmçinin badamcığın damaq qövslərinə və üçbucaq büküşə yapışması da rast gəlinə bilən əlamətlərdəndir.

Vacib və tez-tez rast gəlinən əlamətlərdən biri də badamciq lakunalarında maye kazeoz və ya irinli tixacların rast gəlməsidir. Bu bəzən pis qoxu ilə müşayiət olunur. Nəzərə almaq lazımdır ki, normada badamcıqlar epidermal tıxaclar saxlayır özündə və onları patoloji tixaclardan fərqləndirmək çətindir. Diaqnostik məqsədlə lakunada olan irini əldə etmək üçün badamcığı şpatellə sıxmaq lazımdır. Bunun üçün şpatelin küt tərəfiylə ön qövsə elə təzyiq etmək lazımdırki, badamcıq udlağın yan divarına sıxılsın. Təzyiq təxminən 2-3 saniyə, yumşaq şəkildə olmalıdır. Əks halda damaq qövsünün selikli qişasını zədələmək və infeksiyani yaymaq mümkündür. Digər metodlar (lakunaların zodlanması, diaqnostik yuyulma və sorulması) az tətbiq edilir.

Yerli əlamətlər içərisində regionar limfa düyünlərinin böyüməsi xronik tonzillitdə çox rast gəlinən simptomlardandır. Bu düyünlər adətən aşağı çənə bucağında və döş-körpücük-məməyəbənzər əzələnin ön kənarında yerləşən düyünlərdir. Bu düyünlərin palpasiyası zamanı böyümə və ağrının olması badamcıqlarda iltihabi prosesin yüksək aktivliyindən xəbər verir. Nəzərə almaq lazımdır ki, bu limfatik düyünlər həmçinin udlaq, burun və burunətrafı ciblərin, dil kökü üçün də regionardır. Ona görə də limfa düyünlərinin böyüməsini xronik tonzillitlə bağlı olduğunu dəqiqləşdirmək üçün sadalanan orqanların patologiyasını inkar etmək lazımdır.

Bəs müalicə necə olmalıdır?

Xronik tonzillitin müalicə taktikası onun növündən asılıdır. Sadə formasında bir qayda olaraq konservativ müalicədən başlayırlar. 3-4 kursdan sonra effekt olmadıqda badamcığın ləğvi göstərişdir. Toksik-allegik formasında tonzilloektomiya göstərişdir. Amma 1-ci mərhələsində konservativ müalicə aparmaq mümkündür, bir şərtləki müalicə 1-2 kurs ilə məhdudlaşsın. Əgər nəzəzrəçarpan effekt yoxdursa, tonzilloektomiya, yəni əməliyyat göstərişdir. Toksik-allergik formanın 2-ci dərəcəsi isə tonzilloektomiyaya bir başa göstərişdir. Bütün xronik tonzillitli xəstələr dispanser nəzarətə götürülür.

Oxunub: 1 973
Paylaş:
Digər xəbərlər

Səhiyyə

13-09-2022, 22:45

Damaq və dişlərin profilaktikasında nələrə diqqət etməli?

Maraqlı

8-04-2021, 14:24

Boğazda quruluq nəyin əlaməti sayılır?

Manşet / Gündəm

23-11-2018, 00:01

Otorinolarinqologiya

Manşet / Gündəm / Səhiyyə

7-10-2018, 14:46

Uşaqlarda anginanın səbəbləri, növləri - Kökündən müalicə metodu

Manşet / Səhiyyə

23-08-2018, 11:04

Burun ətrafı ciblərin iltihabına ümumi olaraq sinusitlər deyilir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
Son xəbərlər
  • Bu gün, 22:47
    Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
  • Bu gün, 21:53
    Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
  • Bu gün, 18:40
    Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
  • Bu gün, 15:57
    Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
  • Bu gün, 14:43
    Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
  • Bu gün, 13:51
    Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
  • Bu gün, 12:06
    Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
  • Bu gün, 11:40
    Yaşı 50-dən yuxarı olanların nəzərinə
  • Bu gün, 10:11
    İki liderin Putinə çağırışı maraq doğurdu: Moskva qərarını dəyişəcək?
  • Bu gün, 09:09
    İki gün ərzində xolesterolu aşağı salmağın yolu müəyyən edilib
  • Dünən, 22:06
    Həftə ərzində az yatırsınızsa, bunu edin
  • Dünən, 21:13
    Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
  • Dünən, 20:22
    Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
  • Dünən, 19:41
    Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
  • Dünən, 18:10
    Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
  • Dünən, 17:03
    Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
  • Dünən, 16:29
    Zelenskinin xəbərdarlığı: Türkiyə bütün uçuşları ləğv etdi
  • Dünən, 15:58
    İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
  • Dünən, 14:37
    Tramp “Hörmüz”ün adı dəyişmək istəyir
  • Dünən, 13:18
    Yunan generaldan şok xəbərdarlıq: Oktyabrda Türkiyə ilə müharibəyə gedirik
  • Dünən, 12:29
    Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
  • Dünən, 11:50
    Nümayəndə heyəti Zəngəzura gəldi – Şad xəbər açıqlandı
  • Dünən, 10:09
    İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
  • Dünən, 09:04
    Orqanizminizdə iltihab varsa qəhvə için
  • 1-09-2026, 21:30
    Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
  • 1-09-2026, 20:46
    İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
  • 1-09-2026, 18:00
    C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
  • 1-09-2026, 16:08
    Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
  • 1-09-2026, 15:44
    Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
  • 1-09-2026, 14:37
    Rusiya Ukraynada taktikanı dəyişdi: Sistemli zərbələrə keçdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə