Yuxunun insan orqanizminə, sağlamlığına müsbət təsiri sübut olunmuşdur. Normal gecə yuxusunun olmaması arterial təzyiqin və pis xolesterinin qalxmasına , insultun, miokard infarktının yaranmasına, xərcəng xəstəliyinin əmələ gəlməsinə, stress hormonlarının artmasına səbəb olur. Gecə 7-8 saatdan az olmayan normal yuxu əhval ruhiyyənin yaxşı olmasına, sinir sisteminin sakitləşməsinə, arıqlamaga, cavanlaşmaga yardım edir.
Məlumatı hazırladı: F. Rüstəmova