Pataloji yalançılıq; şəxsiyyətin psixoloji tipidir.belə insanlar yalan danışaraq ətrafındakılarda hansısa bir dərin təəssürat yaratmaq istəyirlər. Pataloji yalançılıq Fransız psixiatrı Ernest Düpre tərəfindən araşdırılıb və tibbi termin kimi “Mifomaniya” adlandırılır. Los Anjelesdə Kaliforniya unuversitetinin alimləri araşdırıblar ki, pataloji yalançıların beyni normal adamlarının beynindən fərqlidir. Belə ki, beyin qabığının prefrontal nahiyəsində boz maddə adlanan neyronlar nazikləşmiş olur, ağ maddə adlanan sinir lifləri isə qalınlaşmış olur. Deməli prefrontal nahiyədəki bu cür dəyişiklərin şəxsiyyətin xarakterində əhəmiyyətli rolu var.
Hazırladı: F. Rüstəmova