6000 insan üzərində aparılan tədqiqat və analizlər nəticəsində məlum olub ki, çox həyəcan keçirən insanlar digərlərinə nisbətən 33% daha çox insult keçirməyə məruz qalirlar.İnsultdan başqa ürəyin işemik xəstəliyi, müxtəlif ürək damar xəstəlikləri, beyin qan dövraninin kəskin pozulmas ABŞ-da həm əliliyin, həm də ölümün səbəbi kimi 4-cü yerdədir. Pittsburq universisetinin alimlərinin apardığı tədqiqatların nəticəsi olaraq bildirib ki, digər risklərlə müqayisədə yüksək həyəcan hissi daha çox insulta səbəb olur. Belə vəziyyətin qiymətləndirilməsi və müalicəsi nəinki həyat keyfiyyətlərini nizamlayır, eyni zamanda insult və ürək damar xəstəliklərinin riskini azaldir.