Bakı Fond Birjasında İpoteka və Kredit Zəmanət Fondunun AZ2027008682 ISIN-li, 20 mln. manatlıq, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Yerləşdirmə zamanı hərrac qiyməti 1 000 manat olub.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23 mln. manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 20 mln. manat olub.
İstiqrazların ödəmə tarixi 19 aprel 2040-ci ildir.