• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi
Buraxılış imtahanları niyə tez keçirilir? - Ekspert
ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?
Qripi adi soyuqdəymədən necə ayırd etməli? - Həkim izah etdi
Xameneinin müşaviri Azərbaycanı hədələdi
ABŞ və Qərb Rusiyanı genişmiqyaslı hücumla hədələdi – Kremldən reaksiya
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?
Tibbdə ilk: Böyrək daşlarında bakteriyalar tapıldı
"COVID"dən sonra itən iybilmə hissi bu üsulla bərpa oluna bilər
İran rəhbərliyinə rezonans doğuran mesaj – Ya bu 4 şərt qəbul ediləcək, ya da…
Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...
Hazırda Azərbaycanda mindən çox şəxs orqana ehtiyac duyur
Temperatur 10 dərəcə enir: Bakıya qar yağacaq - Xəbərdarlıq
Ərdoğan təklif etdi, İran razılaşdı: Pezeşkianın siyahısında Bakı da var?
Öskürək zamanı mədənizi niyə yoxlatdırmalısınız?
ABŞ İrana qarşı “ildırımsürətli müharibə” planı həyata keçirəcək – Tarix açıqlandı
Böyük güclər Ukraynada prezidentliyə namizədləri müəyyənləşdirdi - SİYAHIDA KİMLƏR VAR?
Bu içkilər yaddaşı möhkəmləndirir
Ölkələr üzrə zəka əmsalı: Azərbaycan neçəncidir?
HƏMAS açıqladı: Qəzzanı təhvil verməyə hazırıq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qaymaritin müalicəsi

Manşet / Gündəm / Səhiyyə

19-11-2018, 01:50

Qaymaritin müalicəsi

Qaymorit nədir?
Qaymorit və yaxud haymorit – xəstəlik törədən mikrobların haymar boşluğuna burun və ya qan vasitəsilə daxil olması nəticəsində iltihabı ocağın yaranmasına deyilir.

Haymar boşluğunda iltihab ocağının böyüməsi tədricən burun boşluğuna açılan yolun daralmasına səbəb olur və seliyin haymar boşluğundan ifrazatı çətinləşir.

Qaymoritin kəskinləşməsi adətən onun daha da dərinləşməsinə səbəb olur və xəstəlik törədən mikrobların inkişafı üçün münbit şərait yaranır.

Haymar boşluğunda mikrobların sayı artdıqca ifraz etdikləri irinin miqdarı da artır. Nəticədə seliyin təbii rəngi dəyişilir, sarı-yaşıl rəng alır, bəzən tərkibində qan zərrəciklərini də müşahidə etmək olur.

Qaymoritin ağırlaşması nahiyələrdə ağrıların tapılmasına səbəb olur. Başlanğıc mərhələsində ağrılar zəif olsa da sonradan güclənir.

Qaymorit xəstəliyi zaman mikrobların ifraz etdiyi toksinlər qana işləyir və xəstə ümumi intoksikasiya əlamətlərindən – baş ağrılarından, halsızlıqdan, iştahasızlıq və s. əziyyət çəkir.

Qaymorit xəstəliyinin qarşısını dərhal almaq lazımdır. Yoxsa haymar boşluğunda irin toplanaraq qatı kütlə əmələ gətirəcək və buruna açılan yol bağlanacaq.

Haymar boşluğundan buruna açılan yol bağlanarsa müalicəsi çətinləşəcək və yaxud dərman preparatların köməyi olmayacaq. Belə olan halda xəstə yalnız cərrahi müdaxilə etdirməklə problemi aradan qismən qaldıra bilər. Sağalmaq üçün intensiv müalicə almaq vacibdir.

Qaymoritin əlamətləri
İlkin inkişaf mərhələsində bu xəstəliyin yarana biləcəyinə işarə olan əlamətlər şərtidir. Çünki bir və ya bir neçə əlamətin olması hələ qaymoritin olması demək deyil. Amma qaymoritə apara bilən əlamətlər var ki, müşahidə etdikdə dərhal müalicə almaq məsləhət görülür.

Qaymorit aşağıdakı əlamətlərlə özünü büruzə verir:

– sarı-yaşıl rəngli selik ifrazatı

– tərkibində qan izləri olan selik ifrazatı

– burun tıxanıqlığı

– nəfəsalmanın çətinləşməsi

– temperaturun vaxtaşırı (digər səbəblər yoxdursa) yüksək qalxması

– bəzən titrəmənin müşayiət etməsi

– quru öskürəyin qəfil peyda olması

– yaddaşın zəifləməsi

– burnun üst hissəsində təzyiqin və ağırlıq hisslərin yaranması

– yuxu pozğunluğu

– iş qabiliyyətin zəifləməsi

– əzginlik, yorğunluq, ümumi halsızlıq

– burun nahiyəsində ağrı və ağırlıq hissləri

– ağrıların alın, damaq və gözlərə yayılması

– başı hərəkət etdirən zaman bəzən güclü ağrıların tapılması

– iştahanın pozulması

Qaymorit kəskinləşdikdə və yaxud xronik halda olanda digər əlamətlərdə müşahidə olunur:

– qismən və yaxud tamamilə iybilmənin itməsi

– burun və gözətrafı nahiyələrdə şişkinliyin yaranması

– səs tonunun dəyişməsi

– göz yaşlarının intensivləşməsi

– ağız və burunda xoşagəlməz qoxunun tapılması və s.

Haymar boşluqları gözlərə və beyinə çox yaxındır. Buna görə də infeksiyaların bu orqanlara müdaxiləsinin qarşısını erkən almaq lazımdır ki, daha ciddi problemlərlə üzləşməyəsiniz.

Haymoritin müalicəsi gecikdirilərsə xəstəlik törədən infeksiyalar gözə və yaxud beyin qişasına müdaxilə edə bilər. Bu da vəziyyətin daha da ağırlaşmasına səbəb olacaq.

Qaymoritin əlamətləri xəstəliyi təsdiqləmək üçün yetərli deyil, amma xəstə olmağınıza işarədir. Çünki qeyd olunan əlamətlər digər xəstəliklərdə də ola bilir.

Qaymorit diaqnoz necə qoyulur?
Xəstənin şikayəti dinlənilir və vizual baxış keçirilir. Bu zaman həkim qaymorit xəstəliyinin mövcud ola biləcək qənaətinə gələrsə, xəstəyə rentgenoloji müayinə olunmağını tövsiyə edir. Rentgenoloji müayinədə qaymoritin olub-olmamağı təsdiqlənir və ya inkar edilir.

Qaymoritin inkişafına şərait yaradan səbəblər:
– haymar sinuslarının selikli qişasında iltihabı ocağın yaranması

– virus və bakteriyaların burun boşluğuna keçməsi

– burun tıxanıqlığı zamanı müalicənin gecikdirilməsi və yaxud zəif olması

– soyuqdəymənin müalicəsinin gecikdirilməsi

– isti və quru mənzildə uzun müddət keçirtmə

– soyuq küləyin qarşısında müddətli qalma

– tənəffüs yoluna kimyəvi maddələrin buxarlarının daxil olması (adətən kimyəvi maddələrlə təmasda olan insanlarda qeydə alınır)

– ağız boşluğunda patoloji ocaqların müalicəsinin gecikdirilməsi

– tez-tez qripə yoluxma və müalicənin aparılmamağı

– immun sisteminin zəifləməsi

– burunda anatomik qüsurların olması

– burnun mexaniki zədələnməsi

– poliplərin əmələ gəlməsi

– tez-tez temperaturun qalxması

– müxtəlif qıcıqlandırıcılara qarşı həssaslıq və s.

Qaymoritin müalicəsi dərman preparatların, inhalyasiyanın və fizioterapiyanın köməyi ilə aparılır. Nəticə haymar boşluqlarına yolun açıq olub-olmamağından və müalicə prinsipinin qurulmasından asılıdır.

Haymar boşluqda irin kütləsinin toplanması ola bilir ki, ifrazatın qarşısını almışdır. Bu zaman haymar boşluğunda təzyiqin yaranması intensiv ağrılara səbəb olur. Belə olan halda burundan haymar boşluğuna yolu aşmaq lazım gəlir.

Haymar boşluğuna yolun açmaq prosesi çoxlarını narahat edir və hər kəs bu üsula getmək istəmir və dözür. Əslində xəstə tez zamanda problemdən azad olmalıdır. Müalicənin gecikdirilməsi, bir sıra ciddi xarakterli problemlərin yaranmasına şərait yaradacağını bilməlidir.

Qaymoritin profilaktikası:
– mövsümə uyğun geyinmək

– immun sistemini gücləndirmək üçün təzə və keyfiyyətli qida məhsullarından istifadə etmək

– meyvə və tərəvəz yeməklərə üstünlük vermək və gündəlik qida rasionunda miqdarını artırmaq

– gündəlik yüngül idman hərəkətləri etmək

– təmiz havada çox vaxt keçirmək

– pis vərdişlərdən imtina etmək (siqaret, alkoqol içki)

– qaymoriti provokasiya edən xəstəliklərdən öncədən qorunmaq

– yoluxucu xəstəlikləri dərhal müalicə etmək

– qıcıqlandırıcılara həssaslıq varsa dərhal müalicə almaq

– burunda mövcud anomal və yaxud mexaniki qüsurları aradan qaldırmaq üçün vaxtı təxirə salmadan həkimə müraciət etmək

Qaymorit xəstəliyini daha dərin araşdıranda onun müxtəlif səbəblərdən yarandığını görmək olur və hər növün də özünəməxsus əlamətləri vardır. Əslində həkim üçün fərqi bilmək bir o qədər də çətin deyil.

Bütün növlərini bilən həkim müalicəni taktiki cəhətdən müşahidə etdiyi səmtə yönəldir. Bu səbəbdən bir xəstəyə təyin olunan dərman preparatları digərindən fərqlənir.

Qaymoritin növləri
Kataral qaymotit. Qaymoritin kataral növündə haymar boşluqlarının selikli qişası iltihablıdır, burun yolları qızarmışdır. Bu növ daha çox 20 yaşa qədər gənclərdə müşahidə olunur.
Kataral qaymoritin səbəbləri:
– virus infeksiyasına yoluxma və xəstəliyi ayaq üstə keçirtmə;

– zəif müalicə olunmuş qrip xəstəliyi;

– burnun selikli qişasına mexaniki təsirin olması;

– soyuqdəymə zamanı müalicənin gecikdirilməsi.

Kataral qaymoritdə müşahidə olunan əlamətlər:
– iştahanın zəifləməsi;

– temperaturun yüksək qalxması;

– burundan intensiv maye axıntısı;

– əzginlik və ümumi zəiflik;

– halın tez-tez pozulması;

– orqanizmin intoksikasiyaya təsirinin altına düşməsi;

– iş qabiliyyətinin kəskin düşməsi.

İkitərəfli qaymorit
Haymar boşluqlarının selikli qişasının iltihablaşması çox zaman ikitərəfli qaymoritə səbəb olur. Xəstəlik əvvəl kəskin şəkildə özünü göstərir, müalicə zəif olduqda isə xronik hala keçir.

İkitərəfli haymorit aşkarlanan xəstələrdə ən çox qeydə alınan əlamətlər:
– qaymorit olan nahiyədə şişkinliyin yaranması;

– burundan intensiv axıntının olması;

– burun tıxanıqlığı;

– temperaturun yüksək qalxması;

– göz yaşlarının səbəbsiz axması;

– orqanizmin intoksikasiyaya məruz qalması;

– süstlük, əzginlik, yuxu pozulması və s.

İkitərəfli qaymorit xəstələrdə az rast gəlinir, amma xəstəni ağır duruma salır.

Polipoz qaymorit
Hər yaş dövründə yayılmış bir növdür. Dərman preparatların köməyi ilə vəziyyəti nisbətən yüngülləşdirmək olur. Adətən cərrahi yolla problem həllini tapır. Müxtəlif səbəblərdən yarana bilən bir problemdir. Anadangəlmə və yaxud sonradan yaranmış ola bilir.

Polipoz qaymoritin əlamətlər:
– nəfəsalmanın çətinləşməsi;

– tez-tez burunu tutulduğundan nəfəsi ağızdan alma;

– selik ifrazatının intensiv olması;

– selik rənginin şəffaf və yaxud sarı-yaşılı olması;

– iybilmənin itməsi;

– iştahasızlıq;

– baş ağrıları və s.

Xroniki qaymorit
Xroniki qaymorit daha çox haymar boşluqlarında iltihabı prosesi olan xəstələrdə aşkarlanır. Xəstəlik vaxtaşırı aktivləşir və xəstənin vəziyyətini ağırlaşdırır. Bu növ qaymoritin müalicəsi kifayət qədər güclü olmalı və tamamlanmalıdır. Profilaktik müalicəni almaq vacibdir.

Xroniki qaymoriti provokasiya edən viruslar, bakteriyalar və göbələklər ola bilər. Ola bilər ki, həmin infeksiyalar öncədən yoluxmuş digər orqanlardan miqrasiya etmişdir. Həmin ocaqların olub-olmamağını araşırmaq lazımdır. Əgər belə bir iltihabı ocaq varsa mütləq müalicə olunmalıdır.

Allergik qaymorit
Allergik qaymorit allergik təsirə malik hər-hansı kənar bir faktordan yarana bilir. Allergik qıcıqlandırıcılar burnun selikli qişasına təsirindən sonra iltihabi mühit yarana bilir.

Haymar boşluğu nahiyəsində şişkinlik əmələ gəlir. Çox zaman yaz-payız aylarında müşahidə olunur. Bu zaman temperatur qalxır, burun tıxanır, göz nahiyəsində ağrılar peyda olur, səbəbsiz göz yaşı axır, zəiflik və baş ağrıları müşayət edir.

Allergik qaymorit çox zaman burnunda polipi olan xəstələrdə qeydə alınır. Ona görə də polipoz qaymoritin əlamətləri allergik qaymotitdə də təkrarlana bilər.

İrinli qaymorit
İrinli qaymoriti provokasiya edən faktor xəstənin tez-tez infeksion xəstəliklərə tutulması və vaxtında müalicə almadığı halda əmələ gəlir. Müalicəni gecikdirilərsə ciddi xarakterli ağırlaşmalar verə bilər. Xəstələrin əksəriyyəti bu tip qaymoritdən əziyyət çəkir. İllərlə davam edən xəstəlik əlamətləri xəstəyə çox narahat hisslər yaşadır.

Kəskin qaymrit
Kəski qaymorit qəfil baş qaldırır və bir müddət davam edən narahatlıq yaradan anlarla yadda qalır. Temperatur yüksək qalxır, seliyin intensiv axması və tərkibində irinin olması, xoşagəlməz iy verməsi, şişkinliyin yaranması, nəfəsalmanın çətinləşməsi, yuxunun pozulması, qaymar boşluqlarını palpasiya etdikdə ağrıların tapılması və s. xəstəyə çətin anlar yaşadır.

Xəstəliyin dərinləşməsi və ağırlaşmalar verməsi fonunda burun çəpərinin deformasiyaya uğraması baş verə bilər. Bu zaman infeksion və allergik xəstəliklərə qarşı həssaslıq artmış olur. Qaymorit ocağından infeksiyanın digər orqanlara miqrasiya etməsi və digər orqanlarda da iltihabı proseslərin inkişaf etməsi istisna deyil.

Qaymaritin müalicəsi

Müalicə prinsipinə daxildir:

– dərman preparatların təyinatı;

– bitki şirəsindən hazırlanmış xüsusi burun damcısı.

Burun damcısından 1 dəfəlik istifadə olunur. Bəzi hallarda təkrarlana bilər. Ondan sonra qısa zaman keçdikdən sonra haymar boşluğu irindən və qatılaşmış selikdən təmizlənir, normal funksiyasını bərpa edir.

Dərman preparatları isə xəstənin haymar boşluğunu yoluxdurmuş infeksiyaya qarşı yönəldilir. Xəstə müalicəni tam sağalana qədər davam edir. Adətən dərmanlarla müalicə 14-28 gün davam edir.

Oxunub: 2 549
Paylaş:
Digər xəbərlər

Manşet / Səhiyyə

30-10-2018, 16:20

Yumurtalıqlarda ağrıların səbəbi

Klinika

12-10-2018, 20:05

Sinusitlər

Manşet / Səhiyyə

23-08-2018, 11:04

Burun ətrafı ciblərin iltihabına ümumi olaraq sinusitlər deyilir

Manşet / Səhiyyə

16-08-2018, 10:30

Zökəm

Manşet / Gündəm / Səhiyyə

11-03-2018, 19:11

Xroniki öskürəyin səbəbləri.

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi
Buraxılış imtahanları niyə tez keçirilir? - Ekspert
ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?
Qripi adi soyuqdəymədən necə ayırd etməli? - Həkim izah etdi
Xameneinin müşaviri Azərbaycanı hədələdi
ABŞ və Qərb Rusiyanı genişmiqyaslı hücumla hədələdi – Kremldən reaksiya
Son xəbərlər
  • Bu gün, 15:08
    Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi
  • Bu gün, 14:45
    Buraxılış imtahanları niyə tez keçirilir? - Ekspert
  • Bu gün, 13:24
    ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?
  • Bu gün, 12:26
    Qripi adi soyuqdəymədən necə ayırd etməli? - Həkim izah etdi
  • Bu gün, 11:26
    Xameneinin müşaviri Azərbaycanı hədələdi
  • Bu gün, 10:44
    ABŞ və Qərb Rusiyanı genişmiqyaslı hücumla hədələdi – Kremldən reaksiya
  • Bu gün, 09:00
    Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?
  • Dünən, 22:35
    Tibbdə ilk: Böyrək daşlarında bakteriyalar tapıldı
  • Dünən, 21:02
    "COVID"dən sonra itən iybilmə hissi bu üsulla bərpa oluna bilər
  • Dünən, 20:19
    İran rəhbərliyinə rezonans doğuran mesaj – Ya bu 4 şərt qəbul ediləcək, ya da…
  • Dünən, 19:30
    Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...
  • Dünən, 18:25
    Hazırda Azərbaycanda mindən çox şəxs orqana ehtiyac duyur
  • Dünən, 17:35
    Temperatur 10 dərəcə enir: Bakıya qar yağacaq - Xəbərdarlıq
  • Dünən, 16:04
    Ərdoğan təklif etdi, İran razılaşdı: Pezeşkianın siyahısında Bakı da var?
  • Dünən, 15:08
    Öskürək zamanı mədənizi niyə yoxlatdırmalısınız?
  • Dünən, 14:48
    ABŞ İrana qarşı “ildırımsürətli müharibə” planı həyata keçirəcək – Tarix açıqlandı
  • Dünən, 13:14
    Böyük güclər Ukraynada prezidentliyə namizədləri müəyyənləşdirdi - SİYAHIDA KİMLƏR VAR?
  • Dünən, 12:37
    Bu içkilər yaddaşı möhkəmləndirir
  • Dünən, 11:52
    Ölkələr üzrə zəka əmsalı: Azərbaycan neçəncidir?
  • Dünən, 10:26
    HƏMAS açıqladı: Qəzzanı təhvil verməyə hazırıq
  • Dünən, 09:03
    Viruslara qarşı qalxan: Gündə neçə diş sarımsaq yemək olar?
  • 2-02-2026, 22:22
    Qışın ortasında BÜRCLƏRİ nə gözləyir?
  • 2-02-2026, 21:04
    Soyuqdan ginekoloji xəstəliklər yaranır?
  • 2-02-2026, 20:45
    Bakı iki tarixi sazişdən imtina etdi – Naxçıvanla bağlı nə baş verir?
  • 2-02-2026, 19:30
    Hava ilə bağlı xəbərdarlıq: bu tarixlərdə Bakıya qar yağacaq
  • 2-02-2026, 18:24
    Bu vitamin çatışmazlığı insanın şəxsiyyətini dəyişir
  • 2-02-2026, 17:25
    Almaniyanın müdafiə naziri: NATO-dakı mübahisələrdən yalnız Putin qazanır
  • 2-02-2026, 16:39
    Azərbaycanda toy qaydaları dəyişir – Yeni model belə olacaq
  • 2-02-2026, 15:10
    Su içməklə bağlı yanlış bilinənlər - Mütəxəssisdən
  • 2-02-2026, 14:51
    Böyük müharibə ilə bağlı şok ssenari: “Bu, faciəvi olacaq”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə