Səbail rayonunda yerləşən mənzillərdən birində kişi meyiti aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, həmin şəxs mənzildə bağlı qapı arxasında əlacsız vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açaraq, orada 1959-cu il təvəllüdlü Vəliyev Şaiq Dünyamalı oğlunun cansız bədənini aşkarlayıb.
Meyit ölüm hallarının müəyyən edilməsi üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.