• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu BÜRCLƏRİN bütün problemləri BİTƏCƏK
Lupus xəstəliyi niyə yaranır və necə idarə olunur?
Möhürlər dəyişdi: Ermənistan Ağrı dağ iddiasından rəsmən əl çəkdi
Özbəkistan tarixində ilk: Əliyev açıqlamışdı, Mirziyoyev təsdiqlədi
Stomatitin səbəbləri və müalicəsi
Qarabağda əbədi bağlanmış “kitab” – Prezident dünyaya mesaj verdi
Trampa açıqladım, çox sərt danışır - Lukaşenko
Qarnın tez-tez quruldaması xəstəlik əlaməti ola bilər - Açıqlama
Ermənistan bu ərazidən imtina etdi – Bakı və Ankaraya xoş xəbər
Nə etsək də Azərbaycan Ordusuna qalib gələ bilmərik – Paşinyan
Uşaqlarda oğurluq etmək davranışı
Rusiya S-400-ləri Türkiyədən geri alır?
Bu qəbiristanlığın köçürülməsi təklif olunur
Səhərlər erkən oyanmaq üçün 7 təbii vərdiş
Bu, orqanizm üçün siqaretdən də təhlükəlidir
Qida zəhərlənməsi zamanı nə etməliyik?
Türkiyədən İsrailə savaş xəbərdarlığı: “10 milyonluq ordu hücuma hazır olacaq”
İsrailin hücumları bizi dayandırmayacaq – Qətər
İran Fələstin dövlətinə niyə səs vermədi? - Detallar
Ukrayna müharibəsi sabah bitə bilər – Kelloq şərti açıqladı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Özbək xanın soyundan olub Nobel mükafatı alan ilk rus yazıçısı - İVAN BUNİN

Manşet / Araşdırma

6-09-2018, 12:16

Özbək xanın soyundan olub Nobel mükafatı alan ilk rus yazıçısı - İVAN BUNİN


















Prof.dr. Minaxanım Təkləli-Nuriyeva
Lev Qumilyovun “Qədim Rus və Böyük Çöl” əsərində göstərildiyi kimi, “Hələ Mərkəzi Rus dövləti yaranandan çox-çox əvvəl xristianlaşıb, ruslara qaynayıb-qarışan Aksakov, Arakçeyev, Axmatov, Bulqakov, Qodunov, Buxarin, Karamzin, Turgenyev, Yusupov, Ermolov, Koçubey, Saltıkov, Raxmaninov, Korsakov, Suvorov, Timaşev, Uşakov, Şişkov, Miçurin Kurakin... kimi saysız türk ailələri içərisində Buninlər də var idi (Qumilyev L.N. Göstərilən kitab (rus dilində) s.538).
Buninlər bir çox məşhşur Qızıl Orda ailələri kimi 1312-ci ildə hakimiyyətə gəlmiş Sultan Məhəmməd Özbək xanla yola getməyib, Rusa pənah gətirmişdilər. Var-dövlət hərisliyinə görə Kalita “pul kisəsi” ləqəbi daşıyan Böyük Moskva knyazı İvan Kalitadan (kalita türk dillərində “qayışdan, kəmərdən asılı pul kisəsi, çanta, torba” deməkdir. Dilimizdə “xalta” (enli qayış) şəklində yaşayır) inayət görərək Ryazan vilayətində öz mülk torpaqlarında yaşayırdılar.
Bu ailənin törəmələrindən olan məşhur rus yazıçısı Nobel mükafatçısı İvan Buninin anası da türk əsilli nəsillərdəndir. Anasının qızlıq familiyası Çubarova idi. Radlov lüğətində çubar sözünün “xallı, çopur” mənası daşıdığı qeyd olunur. Müasir tatar dilində də çubar rənginə görə at cinsi adlarındandır. Rus dilindəki qədim türk sözlərindən olan çubarıy sözü də buradan keçmişdir. Gənc Bunin Oryolda ilk müxbirliyi zamanı oçerklərini Çubarov imzalayırdı.
Bunin ömrü boyu öz familiyası ilə öyünmüş, hər zaman böyük rus şairi Jukovskinin qohumu olduğunu qürurla qeyd etmiş və heç zaman da onun anasının əsir türk qızı Səlihə olduğunu deməyi unutmamışdı.
Xasiyyətcə darqursaq, öcəşkən İvan Buninin yaradıcılığında isə qələm sahibinin sərtliyi və qabalığı elə sığallanır, hamarlanırdı ki, nəhayət, əriyib gedirdi. Yerində isə o ecazkar qələmin bəxş etdiyi nəşə qalırdı, sehrli səslərin, rənglərin, günəşin, yağışın, küləklərin, qarın... kədərlə hopduğu elə kədərli də təbiət – eyni qələmlə çəkilmiş, adi gözlərin görüb duya bilmədiyi gözəlliklər, daha doğrusu, məhəbbət üzə çıxırdı və yaddaşlara keçirdi. Bu məhəbbət gün istisi kimi vurub qarsır, yandırıb qovurur, ağlagəlməz dəliliklər, üsyanlar qoparır, dünyanı yerindən oynadan vulkan oduna çevrilə bilirdi. Həmin məhəbbət bu gün də heyrət və təhsinlər oyadır. Damarda qanı coşdurur, artıq yeni təkanla bu qan ürəyə axır, onu yeni sevdalara, görünməmiş xariqə meyllərə çəkir. Sağına-soluna boylanırsan. Bu məhəbbəti arayırsan, nigarançılıq səni sarır. Ömür boyu...
Özbək xanın soyundan olub Nobel mükafatı alan ilk rus yazıçısı - İVAN BUNİN
Özü çəlimsiz, arğaz oğlan idi. Elə beləcə də şümal, yeniyetmə görkəmində ömrünün səkkizinci onilliyinə adlamışdı.
Bu uzun çəkən gənclik, qəlb təravəti onu məhəbbətdən uzaq düşməyə qoymadı. Onu həmişə məhəbbət macəralarının, romanların mərkəzində saxladı. O, 60 yaşını keçhakeçdə dostlarına qadına olan ilahi duyğularının daha da yüksəldiyini etiraf edirdi. Elə bil məhz bu hisslər özü onun qəlbinə gözəllik və mərhəmət axıdırdı. Ömrün qürubunda Ümmül-Banu ilə tanış olmuşdu. Onları general Loxvitskinin qızı Teffi təxəllüslü mühacir yazıçı tanış etmişdi, tərcüməçi kimi.
Ümmül-Banunu Paris parisli edə bilməzdi. Özü istəsə də. O, şərqli qızı idi. Bakıdan getmişdi. Gözəl idi, amma daha çox ekzotik, effektli şərqli görünüşdə. Cazibəsi artıq idi. Model işləmişdi. İndi isə yazmağa ehtiyac duymudu. Yaşı qırxı keçirdi, içində özündən xəbərsiz doğulub böyüyən nisgil ona Bakı xiffətini yedirirdi. Axı Bunin belə qızı ömrü boyu gəzmişdi də, gözləmişdi də. Əsərlərində təsvir etdiyi türkanə gözəlliklərə aludəliklə gör neçə illərmiş bu qızdakı qaşı-gözü çəkirmiş.
Bilə-bilə bu gözlərə füsunkarlığı, dodaqlara gül təbəssümü, qəlbə coşğun şərq ehtirasını doldururmuş.
Rus ədəbiyyatında ən gözəl qadın portretləri yaratmışdı. Bütün əsərlərində qəhrəman qadındır; hamısı da bir nəfər kimi Şərq qadınıdır, görkəmi ilə də, xarakteri ilə də. Bu qadınlar o qədər möhtəşəm və ali idi ki, nə qədər mükəmməl yaradılsa belə kişi obrazları bu surətlərə fon kimi xidmət edirdi. Fövqəladə gözəllərin - gözəlliklərin təsvirində epitetləri də türkləşirdi – “türk kimi gözəl, türksayağı qəşəng”, “Şamaxı şahzadəsi” və s.
Bu qadınlardakı məhəbbətə, eşqə, divanə sevgilərə - öz yaratdığına vəcdlə vurulurdu.
Bu görüş ərəfəsində yenicə yazdığı “Təmiz bazar ertəsi” əsərindəki qızı - əsərin qəhrəmanı ilə yanaşı, oxucunu da başdan edən o qaragözlü qızı - indi Ümmül-Banu adında tapmışdı. O qızı ki, Bunin Moskvanın qarlı küçələrinə, qapı-pəncərələrini buz örtmüş evlərinə, kirşələrinə, kəsif qoxulu restoranlarına yaraşdıra bilmir. Gözləri önündə bu qızın şahanə gözəlliyi dursa da, xəyal isə Astarxan... İran ...Hindistan... deyə-deyə buralardan uzaqlaşır; baharın-günəşin heç vaxt tərk etmədiyi, gecəsi gündüzündən yaraşıqlı, ətirli, isti Şərqə uçurdu.
Cazibəsinə qul olduğu bu Şərqli qızı nə boz, tutqun göylərə, nə də qarlı səhralara yaraşdıra bilirdi.
Maksim Qorki Buninin Şərq sevgisini öz böyüklüyündə yaxşı duya bilmiş, bu sevgini Buninin “irsi sevgisi” adlandırmışdı.
Şərqə vurğun idi! Şərqi adətlərə, xarakterlərə aludə idi. Xeyli qabaq vəsiyyətini etmişdi: - Öləndə üzüaçıq yox, üzübağlı, hörmətlə dəfn olunmaq. Dostluqda möhkəm, etibarlı idi, sözünün də ağası idi. Dostları ilə təpədəndırnağacan bitkin, bütöv, səmimi idi. Odur ki, ayrıca Bunin-Çexov, Bunin-Qorki, Bunin-Kuprin, Bunin-Şalyapin... deyə əhdi-vəfadan söz açmaq olar.
Qardaşlarını, xüsusən böyük qardaşım lap şərqli ehtişamı ilə sevirdi. Ona elə bağlı idi ki, bu məhəbbət adamın yadına Şərq nağıllarını salır. Bu qardaş aclıq çəkən Rusiyada qalıb acından öləndə bu xəbər Parisdə Buninə çatanda o elə kədərlənmişdi ki, yaxınları onun sağlığı üçün qorxuya düşmüşdü.
Qadınlara necə iltifatlı, necə vurğun idi! Təsadüfi yol əyləncəsinin səbəbkarı bir dəfə gördüyü bir qadını da, ömrünü verdiyi qadını da bir tuturdu; xatirələrinə eyni ehtiram, eyni sayqı. Atəşin duyğuların ortağı olan ilk qadın bir ömürlük ayrılıqdan sonra yuxusuna girirdi və onda könül təbəddülatları yarada bilirdi.
Özbək xanın soyundan olub Nobel mükafatı alan ilk rus yazıçısı - İVAN BUNİNGündəlikdən xəsis - lakin içindən yanan, döyünən duyğularını köpürən cümlələr xariqüladə hekayələrə keçirdi. Bu qadınların nə əlinin tumarını, nə dəli öpüşlərini unudurdu; paltarlarının lap xəlvəti qırçınlarından tutmuş gün yandırmış boynunun qıdıqlayıcı ləzzəti də yadında qalmışdı. Əsil şərqli kimi sevirdi. Şərqli kimi qısqanırdı. Bu qısqanclıqlar içində neçə dəfə ölümə yaxın gəlmişdi. Bu hisslər, sarsıntılar, zəlzələlər yazıya köçürülür, gözəl, parlaq, zəngin, ilahi qadın portreti doğururdu. Bunin qadını mələk qədər ecazkar nəqş edirdi.
Heç dünya özü, həyat belə nə qadın qədər, nə eşq qədər şirin deyildi. Bunin Şərqli kimi də əzab çəkirdi; nəşəsiz, əsəbi, dərdli gəzirdi günlərlə; ürəyində isə məhəbbəti daldaladır, ildən illərə keçirirdi.
On üç dəfə İstanbulda olmuşdu! Bu şəhərə də vurulmuşdu, onun tarixinə də - taleyinə də.
Hələ ilk gəlişindən ondan qırsaqqız olub yapışan yunan keşişciyəzi onu naqqallığı ilə bezdirsə də yazıçı vəcdlə İstanbul mənzərəsinə baxır, ayağını torpağa basan kimi ağlar səslə onu “Vizantiya yadigarları” deyə naftalinli “tarixlərə”çəkmək istəyən bu həyasız yunandan yaxasını qurtarır. Bunini ölü Vizantiya xatirələri yox, islamın bu torpaqlardakı nailiyyətləri, yaratdığı bərəkətli, köklü mədəniyyəti cəzb edirdi. Hətta məşhur Aya-Sofiyanın sonradan islam abidəsinə çevrilməsindən sevinc duyur; İslam mədəniyyəti, türk incəsənətinə xüsusi aludəlik göstərir, İstanbulu bir islam şəhəri kimi təqdir edir; ayağını pak suların yuduğu inzibati binadan çox, yazıçıya füsunkar cənnət guşəsi kimi görünən sultanlar sarayını vəsf edir. Nə olsun, ulu babaları Özbək xandan qatı müsəlman qaydaları tətbiq etdiyinə görə qaçıb uzaqlaşmışdılar.
Arvadı, daha doğrusu, keşməkeşli həyatının ortağı, könül dostu Vera Muromtseva bunları sezirdi, bunu təbii hal sayırdı. Bunini türk tarixi maraqlandırır, coşdurur, vəcdə gətirirdi. Gəmi İstanbula yaxınlaşdıqca gözlərindən sevgi, riqqət yaşları axıdırdı. Bu şəhəri on üç dəfə görsə də.
Sonradan kef-işrət oylağına çevrilən İstanbulu dövrələyən bu dənizlər nə qədər davalar görmüş, köksündə Vətəni qoruyan hərb qalalarını qürurla saxlamış, bu sulara nə qədər şəhid qanı tökülmüş. Bunin bu qanlı tarixə sevgi və hörmətlə baxa bilir. Bu dənizin sularında əks-sədasını saxlayan türk bağrından qopan fəryadları eşidə bilir.
Göz yaşları ilə oxuduğum - oxuduğumuz əsərlər var! Buninin “Fəryad” hekayəsi var. Rus anası yüz ildən bir, bəlkə min ildən bir Bunin kimi yazıçı doğa bilər. Hekayəni oxuduqda bu qəlbə, bu ədalətə heyran qalırsan. Bu gün rus ziyalıları arasında Bunin kimi yazıçının olmadığına yana-yana təəssüf edirsən.
Bu əsərdə qismətə, taleyə inanıb boyun əyən bədbəxt atanın oğul dərdi, itirdiyi əzizlərinə, dağılmış yuvasına olan məzlum sevgisi bu saf, sadə həyat tərzindən çox-çox uzaq olan rus yazıçısını riqqətə gətirir. Gəmidəki laqeyd, yekəxana, sərxoş rus soldatlarını “it” adlandırır, bu bədbəxt türkə rəğbət və məhəbbətlə yanaşır, onu özünün qəm ortağı zənn edir.
Hekayədəki türkün qanlı hərbdə itirdiyi oğlunun adı Yusifdir. Bunin bunu da bilir, oğul dərdi ilə gecə-gündüz iztirab çəkən Yaqubu da, ümumbəşəri etiqadda kök salan əzəli insan faciəsinin ortaqlığını da. Ömründə çox səyahətlər etmiş yazıçı bu aciz kişinin öz dərdini rus əsgərlərinə bir şərq istiqanlılığı və açıqürəkliliyi ilə necə nağıl etdiyini, əsgərlərinsə onu dolayıb ələ saldığını gördükdə iki əxlaq, iki zidd olan (müqayisə bu tərəflərdən birinin xeyrinə olmasa da) qüvvə görür.
Gəmi İstanbulun yanından gecə keçirkən onun sirli, nağılvari gözəlliyinin soyuq, biganə fonunda ata dərddən, iztirabdan səsi kəsilə-kəsilə “Yusuf” deyə fəryad etdikcə yazıçı tab gətirmir. Onun oğlu əyalətdən gəlib bu dünyanı çalın-çarpaz bölmüş cəbhələrə İstanbuldan yola düşmüşdü. Balkan hərb meydanları, ya da Azərbaycanın qanlı cəbhələri ola bilərdi. Yazıçı atanın özü qədər mütəəssir olur: İstanbul onun heç kimə gərək olmayan miskin həyatına və Yusifin gözəl cavanlığına necə qıymışdı?
...Bunin şedevrlərini Rusiyadan uzaqlarda yaratdı. Amma Rusiya bundan nə kiçilməli, nə də ağlamalıdır. Çünki yazıçının təsvir etdiyi adamlar rusiyalı idilər və ya Rusiyadan tanıdığı adamlar idilər. Öz həvəsi və taleyi ilə. Hətta göyün ulduzları da, yazıçının daha çox cəzb olduğu ay da Rusiya səmalarında gördüyü və elə bil gözlərində elə o zamandan şəklini sıxıb saxladığı ayın işıqlı mənzərələri idi. Bunin təbiət lövhəsini də insan qəlbi kimi həssaslıqla nəqş edə bilirdi. Yarpaqları tökülmüş, xəzan qoxusu çökmüş, əslində labüd ayrılığı göz altına almış iki aşiqin dərdinə ağlayan, nəm və kədərli bağ və ya palıdların vahiməli xışıltısını da saxlayan, ilk baharın nəşəsi dolan, ormanı andıran böyük bağ... Quşların coşqun nidaları, ilıq gecə, heç nədən yuxusunu itirmiş, qəlbinə ilk sevda düşən yeniyetmə, üz-üzə qaldığı sevgi dolu bu təbiət qədər oynaq aşiq, vurğun oğlan... hamısını Vətəndən gətirmişdi.
Özü dediyi kimi oradan ki, çölləri əzəmətli, hökmlü və hörmətkar xan kurqanları, şəhərləri Batıdan qalma körpülü Rusiyadan. Və Buninin yenidən qazandığı kədər və tərki-dünyalıq, əsəbilik-qısqanclıq hamısı Vətən nemətləri idi. İtirilmiş Vətənin töhvələri - ağrıları idi.
Bunin bir şərqli kimi yurd-yuva göynərtilərini əsil faciəyə çevirmişdi. Qürbəti bütün ölçülərində dərk edib yaşadırdı. Əslində əhlikef atası son mülklərinədək nələri vardısa satmışdı hələ o uşaqkən. Buninin heç zaman nə evi, nə uşağı olmuşdu. Lakin bilirdi ki, ölməyə Vətən yaxşıdır. Oturub kədərli nağıllarını yazırdı. Qonşuluqdasa bir Fransa inəyi böyürür. O isə açıq və kin qarışıq, canını saran yorğunluğu elə canındakı hikkə atəşi ilə yandırıb yox edə bilirdi - göz yaşları ilə Rusiyanı əyalətləri ilə yadına salırdı.
Dönə-dönə o yeri tapıb oxuyur, bəzən bütöv bir cildi o sözlərin kədərini bir daha anmaq, dərk etmək, bəlkə ovutmaq üçün oxuyub ağlayıram. Bəlkə də həmin an vurğun bülbülün dərdli səsindən də mənə dərdli gəlir öz böyük, qaba dərdini daşıyan elə o qaba inək böyürtüsü.
Sənətkar ömrü qürbətdə keçirdi. Odur ki, qəhrəmanlarının da çox vaxt təsviri bu ayrılıqqabağı pərişan, nigaran günlərdən başlayır. Onun “Payız” əsərinin qəhrəmanı da çox kədərlidir. Yayda başlayan müharibə payıza girib. O nişanlısı ilə vidalaşmağa gəlib. Bu kədər adi səfərbərlik kədəri deyil. Hamı kədərlidir, çünki qarşısıalınmaz talanlar, məhrumiyyətlər əvvəlcədən duyulur. Rusiyanın az-çox dinclik gördüyü son günləri idi. 14-ün payızı... qırğın gəlir, qarşıda bu bir çovumuş güllə, aclıq, didərginlik - itkinlik ola bilərdi; qarşıdan açıq cəbhələr, soyuq səngərlər, müharibələr gəlirdi.
Bu qəhrəmanların yolu cəbhələrə idi. Həmin cəbhədən sağ çıxanların da yolu qürbətə idi. General Denikin taksi sürəcəkdi, Maxno ayaqqabı yamayacaqdı qürbətdə. Dünən cah-calallı, adlı-sanlı adamlar yetim-yavərsiz qalacaqdılar, qapılara düşəcəkdilər. Ürəklərində həzin Vətən duaları oxusalar da, qəlblərində ətirli, yaşıl Vətən bağı salsalar da, onların üzünə bu qapı qıfıllı qalacaqdı ömürlük. ...Dünya varından Buninin bir güclü radioqəbuledicisi vardı. Vətəndən gələn hər bir səsə, xəbərə qulaq asırdı. Mühacirəti yarıda kəsib dönən A.Tolstoyun da, şahlıq zirvəsinə yüksələn Qorkinin də qalib səsini bir az nifrətlə, bir az həsədlə, bir az da sevgiylə dinləyəcəkdi. Qədim rus şəhərlərinin yeni sovet adına öyrəşə bilməyəcəkdi, amma ətrini duyacaqdı. Uzun ömür yaşayacaqdı. Onu kədər yaşadırdı. Bu kədər özü ölmək istəmirdi. Acıqdan ölmürdü. Onu - Vətənə ən çox gərək olanı, Vətəni ana deyib – ata deyib sevəni Vətəni qoyub qaçmağa məcbur etmişdilər.
Kədər yaşayırdı, acığından onu da yaşadırdı.

Oxunub: 1 534
Paylaş:
Digər xəbərlər

Manşet / Bioqrafiya

8-08-2018, 09:23

Salman Mümtaz 1884-cü ildə Şəkidə anadan olub

Manşet / Əfsanələr və miflər

1-07-2018, 09:45

Berkut

Manşet / Araşdırma

25-06-2018, 11:07

Qorumaq

Manşet / Araşdırma

14-06-2018, 07:54

İstirahət

Manşet / Araşdırma

4-06-2018, 08:04

Zarya - Şərqi Slavyan mifologiyasında personajdır

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu BÜRCLƏRİN bütün problemləri BİTƏCƏK
Lupus xəstəliyi niyə yaranır və necə idarə olunur?
Möhürlər dəyişdi: Ermənistan Ağrı dağ iddiasından rəsmən əl çəkdi
Özbəkistan tarixində ilk: Əliyev açıqlamışdı, Mirziyoyev təsdiqlədi
Stomatitin səbəbləri və müalicəsi
Qarabağda əbədi bağlanmış “kitab” – Prezident dünyaya mesaj verdi
Son xəbərlər
  • Dünən, 22:26
    Bu BÜRCLƏRİN bütün problemləri BİTƏCƏK
  • Dünən, 21:33
    Lupus xəstəliyi niyə yaranır və necə idarə olunur?
  • Dünən, 20:12
    Möhürlər dəyişdi: Ermənistan Ağrı dağ iddiasından rəsmən əl çəkdi
  • Dünən, 19:51
    Özbəkistan tarixində ilk: Əliyev açıqlamışdı, Mirziyoyev təsdiqlədi
  • Dünən, 18:15
    Stomatitin səbəbləri və müalicəsi
  • Dünən, 17:34
    Qarabağda əbədi bağlanmış “kitab” – Prezident dünyaya mesaj verdi
  • Dünən, 16:28
    Trampa açıqladım, çox sərt danışır - Lukaşenko
  • Dünən, 15:04
    Qarnın tez-tez quruldaması xəstəlik əlaməti ola bilər - Açıqlama
  • Dünən, 14:27
    Ermənistan bu ərazidən imtina etdi – Bakı və Ankaraya xoş xəbər
  • Dünən, 13:42
    Nə etsək də Azərbaycan Ordusuna qalib gələ bilmərik – Paşinyan
  • Dünən, 12:00
    Uşaqlarda oğurluq etmək davranışı
  • Dünən, 11:08
    Rusiya S-400-ləri Türkiyədən geri alır?
  • Dünən, 10:26
    Bu qəbiristanlığın köçürülməsi təklif olunur
  • Dünən, 09:15
    Səhərlər erkən oyanmaq üçün 7 təbii vərdiş
  • 14-09-2025, 22:47
    Bu, orqanizm üçün siqaretdən də təhlükəlidir
  • 14-09-2025, 21:48
    Qida zəhərlənməsi zamanı nə etməliyik?
  • 14-09-2025, 20:14
    Türkiyədən İsrailə savaş xəbərdarlığı: “10 milyonluq ordu hücuma hazır olacaq”
  • 14-09-2025, 19:07
    İsrailin hücumları bizi dayandırmayacaq – Qətər
  • 14-09-2025, 17:12
    İran Fələstin dövlətinə niyə səs vermədi? - Detallar
  • 14-09-2025, 16:21
    Ukrayna müharibəsi sabah bitə bilər – Kelloq şərti açıqladı
  • 14-09-2025, 15:22
    Böyrəkləri gücləndirən təbii qida – Hər gün 1 ovuc yeyin!
  • 14-09-2025, 14:45
    İran, Hindistan və Özbəkistan rəsmiləri ilk dəfə görüş keçirdi
  • 14-09-2025, 13:19
    Trampdan Kiyevə pis, Moskvaya yaxşı xəbər
  • 14-09-2025, 12:28
    Revmatik polimialgiya nədir? Necə müalicə olunur?
  • 14-09-2025, 11:34
    Rusiyada dəmir yolunda partlayış oldu: iki zabit öldü
  • 14-09-2025, 10:36
    Bakıdan İrəvana ordu tələbi: Plan hazırlanır, vaxt verilir, lakin… – Türkiyə detalı
  • 14-09-2025, 09:03
    Stresdən tez qurtulmağın sadə üsulu tapıldı
  • 13-09-2025, 22:46
    “Eurovision 2026” baş tutmayacaq? - Bir çox ölkə boykot edir
  • 13-09-2025, 21:12
    Daim susuzluq hiss edirsinizsə, buna diqqət!
  • 13-09-2025, 20:11
    Madriddə partlayış baş verdi - Azı 25 nəfər xəsarət aldı - YENİLƏNDİ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə