• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
Bu vərdiş narahatlıq riskini artırır
ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
Başgicəllənmə bu xəstəliyin əlamətidir
Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia
Nahardan sonra yuxu gəlirsə, bunları edin
Türkiyə 23 il əvvəl ABŞ-ın təklifini niyə rədd etdi? – Metyu Brayza detalları açır
Vuçiç Üçüncü Dünya müharibəsinin başladığını ELAN ETDİ
Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
Kiyev seçkilərlə bağlı nöqtəni qoydu – RƏSMİ AÇIQLAMA
İranla müharibədən indi çıxa bilərik, amma... - Tramp
Dəmir Qübbəni idarə edən hərbçi İrana casusluq edirmiş
Yeni maaş modeli: Bəs pensiyalarda vəziyyət necə olacaq?
Əlləriniz və ayaqlarınız isinmirsə... - Xroniki üşümə hansı xəstəlikləri göstərir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Əsədullayeva Ümmülbanu

Manşet / Bioqrafiya

3-09-2018, 11:48

Əsədullayeva Ümmülbanu






















Əsədullayeva Ümmülbanu Mirzə qızı- Banin

Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin yanvar ayında anadan olub. Öz tərcümeyi halında o yazır: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram". Bu hadisədən sonra anasının şərəfinə qızını Ümmülbanu adlandırırlar. Banin atasını həbsxanadan azad etmək, xarici pasport alıb Türkiyəyə qaçmaq üçün istəmədiyi, lakin hörmətli bir şəxsə ərə gedir. O, 19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə doğmalarının yanına yollanır. Ögey anası ilə olan gərgin münasibətləri Banini evdən çıxmağa və müstəqil həyata atılmağa məcbur edir. Banin iş axtarmağa başlayır. Məlumatlara görə, Banin bir müddət maneken, sonra mağazada satıcı, dəftərxanada katibə, tərcüməçi işləyir. İmkanı çatan bütün peşələrə yiyələnən Banin fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə almağa başlayır.

1920-ci ildə hakimiyyət bolşeviklərin əlinə keçəndən sonra, ailə Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Mühacirət yeri Fransa oldu. On beş yaşlı qız iş axtarışında vurnuxurdu: manekençi, satıcı, katibə, tərcüməçi. Demokratik dəyərlərlə tanışlıq, Fransanın incəsənət aləminə vurğunluq, adlı-sanlı rus mühacirləri ilə ünsiyyət: Bunin, Tolstoy, Şalyapin.
Əsədullayeva Ümmülbanu























Bir tərəfdən, yeni cəmiyyətə onun tamhüquqlu üzvü kimi daxil olmağa can ataraq, o, vətənində baş verən proseslərdən şüurlu şəkildə kənara çəkilir: yeni fəlsəfə təcrübəsi toplayır ki, bu da keçmiş hadisələrə, özünün keçmiş həyatına kəskin, realist, bəzən də praqmatik nöqteyi-nəzər əldə etməsinə səbəb olur. Digər tərəfdən, Banin öz yaradıcılığında bilavasitə Azərbaycanla bağlı mövzulara qayıdır, əsərlərini əsasən öz şəxsi həyat təcrübəsi üzərində qurur. Burada ona hər hansı bir xüsusi situasiya yaratmağa, özünün uydurma qəhrəmanlarını burada yerləşdirməyə lüzum yoxdur - həyatın özü konkret şəxsiyyətin konkret şəraitdə davranışının, onun mürəkkəb ictimai-siyasi silsilədə və fəlsəfi-bədii proseslər silsiləsində təkamülünün və ya tənəzzülünün təsvirini verir.

1946-cı ildə dərc olunan "Qafqaz günləri" kitabı Baninə müvəffəqiyyət qazandırır.Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Mikos Kazaçakis, Anri Monterlen, Ernst Yungen və başqaları Baninə riqqətli məktublar yazırlar. 2 dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernst Yungenlə Baninin dostluğu yarım əsrdən çox davam edib. Banin Yungenə bir neçə kitab həsr edib. Onlar 1943-cü ildə – Baninin Azərbaycanda sosial düzümün faciəsini özündə əks etdirən "Bizimlə" romanı işıq üzü gördükdən sonra tanış olublar. Romanın təəssüratı altında olan Yungen Baninə zəng vurur, özünü təqdim edir, növbəti gün isə cazibədar azərbaycanlı yazıçı ilə tanış olmaq üçün onun evinə görüşə gedir. Baninə şöhrət gətirən "Qafqaz günləri" kitabından sonra onun "Paris günləri" (1947), "Ernst Yungenlə görüş" (1951), "Mən opiumu seçdim" (1959), "Sonra" (1961), "Xarici Fransa" (1968), "Sonuncu ümidin zovu" (1971), "Ernst Yungenin portreti" (1971), "Ernst Yungen müxtəlif sifətlərdə" (1989) romanları geniş oxucu kütləsi qazanır. Baninin sonuncu dərc olunmuş kitabı – "Mariya mənə nə danışdı" romanı 1991-ci ildə ölümündən 1 il əvvəl işıq üzü görüb.

Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl bədii ədəbiyyat tərcüməçisi kimi məşhur idi. Banin Buninin və Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən biri sayılırdı. Baninin yaxın rəfiqəsi rus imperator sarayının freylini, Romanovlar ailəsinin yaxını Canet Andronikova olur. Onun digər rəfiqəsi isə Rusiyada məşhur olan yazıçı-satirik Teffi idi. Məhz Teffinin yanında Ümmülbanu bir çox məşhur rus yazıçıları ilə, xüsusilə də İvan Buninlə tanış olur.

Banin mühacirətdə olan yazıçılarla birlikdə tez-tez görüşlərdə iştirak edərmiş. Çox vaxt bu tədbirlərə ədəbiyyat üzrə Nobel mükafatı laureatı İvan Bunin sədrlik edərmiş. O tədbiri təkcə hörmətinə görə deyil, həm də gur səsinə görə idarə edərmiş. Baninlə Bunin 13 iyun 1946-cı ildə tanış olublar. İlk dəfə Ümmülbanu Bunini Teffinin evində qonaq olarkən fotoşəkildə görmüşdü. Bir müddət keçəndən sonra onlar görüşürlər. 75 yaşı olmasına baxmayaraq, Buninin belə şux dayanması Banini heyrətə salır. Bunin Baninin şərq gözəlliyinə heyran olur. Bunin onu "Şamaxı şahzadəsi" adlandırarmış.

Banin öz həmyerliləri ilə görüşməkdən qaçarmış. O, Azərbaycanın belə tezliklə heç bir mübarizə aparmadan bolşevizmə tabe olmasını qəbul edə bilmirmiş. Onunla ilk görüşən azərbaycanlı Ramiz Abutalıbov olub. Bu hadisə 1981-ci ilə – Parisdə Azərbaycan xalçalarının sərgisinin keçirildiyi vaxta təsadüf edir. Açılış ərəfəsində Abutalıbov ona dəvətnamə göndərir. Təəccüblü də olsa, Banin yaşlı bir fransalı kişi ilə sərgiyə təşrif gətirir. Yaşının çox olmasına baxmayaraq, Banin cavan görünürmüş. O özünün azərbaycanlı mənşəyi ilə həmişə fəxr edərmiş. Dini "xalq üçün tiryək adlandıran" bolşeviklərə cavab olaraq Banin "Mən tiryəki seçdim" kitabını yazır.

Ramiz Abutalıbovun mətbuata verdiyi açıqlamada o, məşhur Azərbaycan rəssamı ilə Banini tanış etməsindən söhbət açır. Həmin rəssam vidalaşarkən Baninə 2 banka qara kürü sovqat verir. Sovqatı qəbul edən Banin zarafatca "elə bu?", – deyə soruşur. Rəssam təəccüblə "bəs necə madam?" deyir. Banin gülümsəyərək deyir: "Bakını tərk edərkən biz orada dəfələrlə çox varidat saxlamışıq".

Fransız ədəbiyyatına qaynayıb-qarışmasına baxmayaraq, Banin öz xalqını heç vaxt yaddan çıxarmazmış. O, Dağlıq Qarabağda baş verən hadisələrdən olduqca dərin həyəcan keçirərmiş. Banin Parisdə "Azərbaycan evi" assosiasiyasının üzvü idi. O, Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələrində öz xalqını müdafiə edən məqalələrlə çıxış edərmiş. 1992-ci il oktyabrın 29-da Fransanın "Fiqaro" qəzeti ölkəni sarsıdacaq bir məlumat yayır: "İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib...".

Oxunub: 1 743
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm / Xəbərlər

29-07-2018, 10:06

Doğma atasını öldürdü, ögey anasını yaraladı - Ağcabədidə

Manşet / Bioqrafiya

19-07-2018, 09:38

Mirzə Fətəli Axundzadə

Manşet / Bioqrafiya

23-06-2018, 08:37

Əliyeva Tamara Abbas qızı

Manşet / Gündəm / Bioqrafiya

21-06-2018, 11:13

Ceyran Şirin qızı Bayramova

Manşet / Bioqrafiya

5-06-2018, 07:24

Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
Bu vərdiş narahatlıq riskini artırır
ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
Başgicəllənmə bu xəstəliyin əlamətidir
Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
Son xəbərlər
  • Dünən, 22:21
    3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
  • Dünən, 21:08
    Bu vərdiş narahatlıq riskini artırır
  • Dünən, 20:44
    ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
  • Dünən, 19:22
    Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
  • Dünən, 18:41
    Başgicəllənmə bu xəstəliyin əlamətidir
  • Dünən, 17:34
    Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
  • Dünən, 16:16
    Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
  • Dünən, 15:27
    Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
  • Dünən, 14:49
    Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
  • Dünən, 13:00
    Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia
  • Dünən, 12:37
    Nahardan sonra yuxu gəlirsə, bunları edin
  • Dünən, 11:57
    Türkiyə 23 il əvvəl ABŞ-ın təklifini niyə rədd etdi? – Metyu Brayza detalları açır
  • Dünən, 10:23
    Vuçiç Üçüncü Dünya müharibəsinin başladığını ELAN ETDİ
  • Dünən, 09:03
    Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
  • 20-03-2026, 21:57
    Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
  • 20-03-2026, 20:45
    Kiyev seçkilərlə bağlı nöqtəni qoydu – RƏSMİ AÇIQLAMA
  • 20-03-2026, 19:29
    İranla müharibədən indi çıxa bilərik, amma... - Tramp
  • 20-03-2026, 17:23
    Dəmir Qübbəni idarə edən hərbçi İrana casusluq edirmiş
  • 20-03-2026, 16:04
    Yeni maaş modeli: Bəs pensiyalarda vəziyyət necə olacaq?
  • 20-03-2026, 15:36
    Əlləriniz və ayaqlarınız isinmirsə... - Xroniki üşümə hansı xəstəlikləri göstərir?
  • 20-03-2026, 14:43
    Nikol Paşinyan: Köçəryanın siyasəti Azərbaycanla müharibəni qaçılmaz edir
  • 20-03-2026, 12:37
    1 kiloqramlıq körpənin ürəyi əməliyyat olundu
  • 20-03-2026, 11:51
    Rəsmi Pekin: Tayvan məsələsi Çinin daxili işidir
  • 20-03-2026, 09:10
    Qışdan çıxan bədəndə nə çatışmır? – Orqanizmin gizli siqnalları
  • 19-03-2026, 22:18
    Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz?
  • 19-03-2026, 21:53
    Əl və Ayaq Dərisi Niyə Quruyur? Onları Necə Nəmləndirmək Olar?
  • 19-03-2026, 20:50
    Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?
  • 19-03-2026, 19:05
    Nahardan sonra yuxu gəlirsə, bunları edin
  • 19-03-2026, 18:12
    Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri
  • 19-03-2026, 17:26
    Limitləri aşdı, satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə