• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
Ayaq şişkinliyini aradan qaldıran təbii üsullar
Moskvaya böyük hücum: Şəhərin neft strukturu məhv edildi
Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
Səhər beynin dumanlı olmasının əsas səbəbləri
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qədim Yunanıstanda elm və təhsil

Manşet / Mədəniyyət

18-08-2018, 10:59

Qədim Yunanıstanda elm və təhsil
Qədim Yunanıstanda elm və təhsil
Qədim Yunanıstan dünya tarixində çox önəmli yer tutur. Təhsilin, elmin və mədəniyyətin inkişafına görə dünya xalqları arasında ön sıralarda qərarlaşır. Eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində Miken mədəniyyəti süquta uğrayır və Yunanıstan şərqdən gələn yeni mədəniyyət dalğası ilə yüksəlməyə başlayır. Miken mədəniyyəti çökəndən sonra “Miken xətti” deyilən ilkin yazı üslubu da unudulur, yunanlar finikiyalıların gətirdiyi əlifbanı özlərinə uyğunlaşdırıb, qəbul edirlər. Yazı isə insan cəmiyyətinin şübhəsiz ki, ən böyük kəşfidir. Çünki yazı olmasaydı insanlar heç bir qeyd tuta bilməyəcəkdilər. Qeyd yoxdursa bilgi də yoxdur, bilgi yoxdursa heçnə yoxdur.
E.Ə. 8-7-ci yüzilliklərdən başlayaraq yunan mədəniyyəti sürətlə yüksəlməyə başlayır. Bunun səbəbi öyrənməyə olan maraq idi. Yunanlar niyə öyrənmək istəyirdi? Yunanıstan torpaqları geoloji olaraq əkinə yararsız torpaqlardır. Torpaqları quraqdır, əhəng daşı çoxdur və başqa vulkanik daşlarla zəngindir. Beləliklə, Yunanıstanda əkinə yararlı torpaq heç də bol deyil. Buna görə də yunanlar ölkənin bütün əhalisini doyuracaq miqdarda məhsul istehsal edə bilmirdilər. Belə olan halda Yunanıstandan çoxlu sayda insan köç edib başqa yerlərdə məskunlaşırdılar. Bu yunan şəhər dövlətlərinin Qara dəniz sahili, müasir Fransa, İtaliya, Şimali Afrika, Aralıq dənizi adalarında çox sayda kaloniyasının olmasına səbəb olurdu. Və bu səbəbdən yunanlar onları əhatə edən dünyanı sürətlə öyrənməyə başlamışdılar. Qədim yunan dünyası qərb əfsanələrində “Herakılın sütunları” adalanan Cəbəllütariq boğazı, şərqdə isə dünyanı saxlayan sütunlardan sayılan Qafqaz dağlarından ibarət idi. İnsanlara alovun sirrini verdiyinə görə Promotey Zevs tərəfindən bu dağa zəncirləmişdi.
Qədim Yunanıstanda elmin yüksəlişinin başqa bir səbəbi də ölkənin polis adlanan şəhər dövlətlərdən ibarət olması idi. Çünki mərkəzi, despotik hakimiyyətlər bilərəkdən, yaxud bilməyərəkdən hər zaman elm və təhsilə əngəl törədiblər. Bunun tarixdə örnəkləri çoxdur. Hətda Haxamanişlər Yunanıstana hücum edən zaman da yunan şəhər dövlətləri bir qərara gəlib, ortaq düşmən olan farslara qarşı birləşə bilmirdilər. Sistemli despotik və monarxik hakimiyyəti olmayan şəhər dövlətləri əsasən “demokratiya” ilə idarə edilirdi. Başları üzərində despotun dəmir yumruğu olmayan müəllimlər, alimlər öz fikirlərini sərbəst səsləndirə bilirdilər. Buna görə də qədim Yunanıstanda təhsil inkişafda idi. Sonrakı illərdə Roma imperiyası tərəfindən ilhaq edilən yunan şəhər dövlətləri öz inkişaf özəlliklərini itirirdi. Xristianlığın gəlişindən sonra isə Yunanıstan öz adlı-şanlı günləri ilə həmişəlik sağollaşır.
Qədim Yunanıstanın bütün şəhər dövlətlərində uşaqlar kiçik yaşlardan təhsilə yönləndirilirdilər. Spartadan başqa digər şəhərlərdə uşaqlara musiqi, incəsənət, ədəbiyyat, riyaziyyat, siyasət kimi bir çox sahələrdən dərslər keçilirdi. Altı yaşına çatmış oğlanlara isə artıq oxumaq və yazmaq da öyrədilirdi. Qədim Yunanıstanda iki əsas təhsil sistemi mövcud idi: Afina sistemi, Sparta sistemi. Afina sistemi iki istiqamət üzrə aparılırdı, fiziki və intelektual hazırlıq və ya yunanca adları ilə uyğun olaraq, gimnastika və mosike. Gimnastika fiziki hazırlıq idi. İnsanları güclü, dözümlü, fiziki cəhətdən formada saxlamaq və daim müharibəyə hazır olmaq üçün hazırlayırdı. Həmçinin insanların qoca yaşda da sağlam qalması məqsədi daşıyırdı. Buna görə də oğlan uşaqları öz ibtidai təhsillərinə başlayan zaman artıq gimnaziyalara gedib fiziki hazırlıq keçirdilər. Gimnaziya sözü yunan dilindən tərcümədə çılpaq deməkdir. Mosike istiqaməti isə uşaqları intellektual baxımdan hazırlaşdırırdı. Burada rəqs, şairlik, musiqi və sair kimi sahələr öyrədilirirdi. Bunlarla yanaşı, burada uşaqlar tərbiyə olunur və necə alicənab olmalı olduqları öyrədilirdi. Mosike sözünün mənasına gəldikdə isə bu muzelərdən gəlir. Qədim Yunanıstanda muzelər elm, incəsənət və poeziya allahları sayılırdılar, Zevsin (ildırım allahı) və Mnemosianın (yaddaş ilahəsi) qızlarıdırlar. “Musiqi” sözü də buradan yaranıb.
E.Ə. 420-ci ildən başlayaraq isə yüksək ali təhsil Afinada tədris olunmağa başlayır. Bu işdə xüsusilə Sokratın təlimatları mühüm rol oynayır. Yüksək ali təhsil verən təhsil ocaqlarının yaradılmasından sonra ali təhsil verən məktəblər Afinada geniş yayıldı. Nəticədə Afina cəmiyyəti təhsildə intelektual xəttə (yəni mosike xəttinə) fiziki təhsildən (gimnastika)daha çox önəm verməyə başladı.
Afina təhsil sisteminin dünyaya bəxş etdiyi iki əsas müəllim var. Biri islam dünyasının Əflatun kimi tanıdığı Platon (e.ə. 427-347), digəri yenə İslam dünyasında Ərəstun kimi tanınan Aristotel (e.ə. 384-322). Platon qərb fəlsəfəsinin yaradıcılarında sayılan Sokratın şagirdi idi. Peloponnes müharibələrində Afina Spartanın başçılıq etdiyi Peloponnes liqasına uduzandan sonra Afina baş bilənləri məğlubiyyətin səbəblərindən biri kimi Sokratın fəlsəfəsini günahlandırırdılar və məhkəmə (Platonun bu məhkəmə barədə “Sokratın müdafiəsi” adlı kitabı var) qərarı ilə Sokrat zəhər içərək intihar edir. Sokratın edamından sonra Platon Yunanıstanı tərk edib Siciliyaya və İtaliyaya gedir. O on il sonra Afinaya geri qayıdır və e.ə. 387-ci ildə öz akademiyasını qurur. Akademiya sözü əfsanəvi yunan qəhrə- manlarından olan Akademosun adı ilə bağlıdır. Platon özü müəllimi Sokrat kimi idealist fəlsəfənin tərəfdarı olduğundan onun Akademiyası da idealist fəlsəfəni tədris edirdi. Platon və Sokrat hər nə qədər qərb fəlsəfəsi və elminin qurucuları sayılsalar da idealist düşüncələrinə görə onlar həm də elm düşməni də adlandırılırlar. İdealist fəlsəfənin təməlində o durur ki, bəşəriyyət tanrının ideal zəkasının məhsuludur və qüsursuzdur. Buna görə də onların (Sokrat və Platonun) hər şeyi ideal görən gözləri təbiətdə baş verən anormallıqları tanrının qüsursuz planının bir parçası hesab edirdi. Bu düşüncə tərzi də öyrənməyə olan marağın qarşısında bəsit bir cavab qoyurdu: “Tanrı”.
Platon Akademiyasının yetişdirdiyi dünya tarixinin ən önəmli şəxsiyyətlərindən biri, Platonun şagirdi Aristoteldir. Aristotel idealist fəlsəfənin təsiri altında yetişdirilsə də o heç də Platonçu olmur. İdealist olmayan Aristotelin bəşəriyyət haqqında fikirləri müasir elm dünyasında daha çox rəğbət görür. Platonun ölümündən sonra o Platon Akademiyasından qovulur və indiki Türkiyədə yerləşən Asosa gedir. 342-ci ildə Makedoniya kralı Filip on üç yaşlı oğlu İsgəndərə müəllimlik etmək üçün Aristotelə dəvət göndərir, hansı ki, gələcəkdə Makedoniyalı İskəndər olaraq tanınacaqdı, Aristotel də bu dəvəti qəbul edir. 335-ci ildə Afinaya qayıdan Aristotel İsgəndərin dəstəyi ilə öz fəlsəfəsini tədris etdiyi “likeion” adlanan məktəb də açmışdır. Bu adı yunan tanrısının adından götürmüşdür (Liekonlu Apollon). Bu gün lisey adlanan məktəblər də adını Aristotelin likeonundan almışdır.
Qədim Yunanıstanda olan digər təhsil sistemi də Sparta sistemi idi. Spartalılara görə hər bir kişi dözümlü və bacarıqlı əsgər kimi Sparta falanqasının bir üzvü olmalı idi. Spartada oğlan uşaqları 7 yaşından bu hərbiləşmiş təhsilə başlayırdı. Bu sistemin Aqoq adlanırdı. Aqoqda onlara nizam-intizam, dözümlülük, döyüş bacarıqları öyrədilirdi. Spartalı oğlanlar 18 yaşda artıq Aqoq təhsilin bitirirdilər və Efeb adını qazanırdılar. Daha iki illik təhsildən sonra isə 20 yaşında rəsmi olaraq Sparta əsgəri adlanırdılar. Afinadan fərqli olaraq Spartada qadınların müəyyən hüquqları var idi. Onlar dövlət nəzarəti altında müəyyən dərəcədə təhsil ala bilirdilər. Qadınların təhsili əsasən fiziki yönümlü idi. Təxminən 18 yaşına çatmış qadın artıq təhsilin başa vurmuş sayılırdı.
Beləliklə, Qədim Yunanıstan təhsil və elmin inkişafına görə o dövrdə yüksək səviyyəyə çatmış, dünyaya Anaksemandr, Arximed, Aristotel kimi böyük insanlar bəxş etmişdir. Sonradan İslam dünyası qədim yunan mədəniyyəti ilə tanış olduqdan sonra ondan əhəmiyətli dərəcədə təsirlənmişdi. O dərəcədə ki, ərəb dilində “ilk müəllim” mənasına gələn Muallim-i Əvvəl titulu Aristotelə verilmişdir. Bu siyahıda onu Muallim-i Sani (ikinci müəllim) adı ilə Fərabi, Muallim-i Səlasə adı ilə İbn Miskəveyh izləyir.


Oxunub: 5 242
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm / Xəbərlər

16-08-2018, 11:32

Ödənişə görə təhsil ala bilməyənlərə təhsil kreditləri verilsin - TƏKLİF

Manşet / Mədəniyyət

28-07-2018, 09:59

Xınalıqda 2500 il yaşı olan qədim nekropol aşkarlanıb!

Manşet / Gündəm / Xəbərlər

30-04-2018, 08:04

Bələdiyyələrin də məktəbi olacaq

Manşet / Maraqlı

27-04-2018, 18:33

Yaponiyanın bağ incəsənəti və ya bağ mədəniyyəti

AlıntıCevapla
  • Delores

  • 12 aprel 2026 16:33
  • Grubu: Ziyaretçi
  • Kayıt tarihi: --
  • Durumu:
  • 0 Yorumları: 0
  • 0 Makaleleri: 0
^
References:


Purchasing anabolic steroids online

References:
https://enregistre-le.space/item/329163
  • Beğendim
  • 0
AlıntıCevapla
  • Hershel

  • 13 aprel 2026 19:45
  • Grubu: Ziyaretçi
  • Kayıt tarihi: --
  • Durumu:
  • 0 Yorumları: 0
  • 0 Makaleleri: 0
^
References:


Can you drink alcohol while on steroids

References:
https://iskustva.net/user/officemom08
  • Beğendim
  • 0
Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
Son xəbərlər
  • Bu gün, 13:09
    Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
  • Bu gün, 12:34
    Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
  • Bu gün, 11:23
    Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
  • Bu gün, 10:28
    Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
  • Bu gün, 09:06
    Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
  • Dünən, 22:11
    Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
  • Dünən, 21:26
    Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
  • Dünən, 20:29
    Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
  • Dünən, 19:44
    Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
  • Dünən, 18:40
    Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
  • Dünən, 17:45
    Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
  • Dünən, 16:23
    Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
  • Dünən, 15:36
    Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
  • Dünən, 14:54
    Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
  • Dünən, 13:30
    60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
  • Dünən, 12:39
    Ayaq şişkinliyini aradan qaldıran təbii üsullar
  • Dünən, 11:35
    Moskvaya böyük hücum: Şəhərin neft strukturu məhv edildi
  • Dünən, 10:22
    Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
  • Dünən, 09:00
    Səhər beynin dumanlı olmasının əsas səbəbləri
  • 18-06-2026, 22:28
    Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
  • 18-06-2026, 21:17
    Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
  • 18-06-2026, 20:44
    ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
  • 18-06-2026, 19:13
    Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
  • 18-06-2026, 18:07
    Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
  • 18-06-2026, 17:52
    Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı
  • 18-06-2026, 16:31
    Bu, tarixi sənəddir və güclü İrandan bir mesajdır!
  • 18-06-2026, 15:32
    Zehni rahatlıq üçün bu qaydalara əməl edin
  • 18-06-2026, 14:27
    ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?
  • 18-06-2026, 14:20
    Paşinyan kölgə iqtisadiyyatı ilə “müharibə”yə başlayır: Əmr verdi ki...
  • 18-06-2026, 13:02
    Faktlar sübut edib ki, İrana güc tətbiqi... - Çin
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə