• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
100 il yaşamaq istəyənlər üçün vacib qida
Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət
İran körfəz ölkəsini raket atəşinə tutur
MRT xərçəngi daha tez tapır
Bakı və İrəvan arasında yeni vəziyyət: Paşinyanın səfəri tezləşdirilə bilər
Kanada ilə bağlı sensasion məlumat: Ölkə əyalətlərə parçalana bilər
Qəhvə sümükləri kövrəkləşdirir – Kimlər riskdədir?
Evlilikdə gözlənilməz dəyişiklik: Minlərlə qadın ikili...
Türkiyə böyük müharibəyə sürüklənir – Ankaranın yeni PLANI nədir?
Sirkad ritmlərin pozulması – Şizofreniya, autizm, təşvişin SƏBƏBİ
Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR
Ödem atan bitki çayları hansılardır?
Stressdən azad olmağın sadə və sürətli yolu
Peyvənddən imtina hansı risklər yaradır? Mütəxəssis açıqladı
ABŞ Hörmüzdə "Azadlıq Layihəsi" əməliyyatına başlayır
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Qırmızı turp bu qadınlar üçün zərərlidir
Tehran: Sülh planı nüvə məsələlərini əhatə etmir
Makronun İrəvanda verdiyi "Əliyevlə danışacam" mesajının sirri: Bakının cavabı necə olacaq?
Hansı içki və qidalar dərmanlarla uyğun gəlmir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Salman Mümtazın fədakarlığı!

Manşet / Mədəniyyət

10-08-2018, 10:19

Salman Mümtazın fədakarlığı!



















Salman Mümtazın fədakarlığı! Azərbaycanda xalq ədəbiyyatının toplanması, araşdırılması və nəşr olunmasında fəal iştirak edən şəxslərdən biri də Salman Mümtazdır (1884-1937). O, ömrü boyu xalq ədəbiyyatı nümunələrini toplayıb və həyatını buna həsr edib.

Salman Mümtaz 1884-cü ildə Nuxa (indiki Şəki) şəhərində tacir ailəsində doğulub. Kiçik yaşlarında ailəliklə Türkmənistanın Aşqabad şəhərinə köçüb. Burada ibtidai təhsil alıb, ərəb, fars və urdu dillərini mükəmməl öyrənib. Aşqabaddan Bakıya köçdükdən sonra Bakıda dövri mətbuatı ilə – "Füqəra füyuzatı”, "Kommunist”, "Maarif və mədəniyyət”, "Azərbaycanı öyrənmə yolu” jurnal və qəzetləri ilə əməkdaşlıq edib. Eyni zamanda Azərbaycan ədəbiyyatı, şifahi xalq ədəbiyyatının nümunələrini toplamaq və tədqiq etməklə ardıcıl məşğul olub. "Kommunist” qəzeti redaksiyasında əməkdaşlıq etdiyi illər "Azərbaycan ədəbiyyatı” seriyasından "Ağa Məsih Şirvani”, "Nişat Şirvani”, "Qövsi”, "Qasım bəy Zakir”, "Mirzə Şəfi Vazeh” və s. kitablarını nəşr etdirib. Azərbaycan dövlət nəşriyyatında klassik irs şöbəsinin müdiri işlədiyi zaman "Baba bəy Şakir”, "Aşıq Abdulla”, "Mehdi bəy Şəqaqi”, "Ağa Bağır Şirvani”, "Mirzə Nəsrulla bəy Didə” kitablarını müqəddimə və şərhlərlə nəfis şəkildə çap etdirib.
Salman Mümtaz Azərbaycan Dövlət Muzeyində, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix, Dil, Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi, klassik irs şöbəsinin müdiri, elmi işçi vəzifələrində işləyib. Bu dövrdə onun Azərbaycan ədəbiyyatının toplanıb nəşr edilməsi və tədqiqi işində dönüş yaranıb.
"Kommunist” qəzetində "Unudulmuş yarpaqlar” sərlövhəsi altında verilən silsilə məqalələri, tapıntı və araşdırmaları klassik Azərbaycan ədəbiyyatının öyrənilməsinə kömək edib. "Kommunist” nəşriyyatı onun 24 kitabını çapdan buraxıb (1925-1926). O, "Molla Pənah Vaqif”, "Şeirlər” (Sarı aşıq), "El şairləri”, "Sarı aşıq və bayatıları” kitablarını tərtib edib müqəddimə ilə nəşr etdirib.
Repressiya illərində Azərbaycanın 51 rayonundan 31-nin Xalq Daxili İşlər Komissarlığı rayon şöbələrinin rəisi erməni idi. Ona görə təkcə 1937-ci ildə Azərbaycanda 29 min "xalq düşməni" güllələndi. 1937–1938-ci illərdə Azərbaycanın minlərlə ziyalısı, o cümlədən Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Əli Nəzmi, Əhməd Cavad və başqaları xarici dövlətlərə casusluqda və "pantürkizm"də günahlandırılaraq repressiya olundu. Eləcə də Salman Mümtaz 1937-ci ilin 8 oktyabrında axşam saat 11-də yaşadığı Buynakski – 25 (indiki Şeyx Şamil küçəsi) siyasi dustaq kimi həbs olundu. 1941-ci ilin 21 dekabrında Siyasi dustaqlar barədə SSRİ-nin paytaxtında ölüm hökmü verilmişdi. Əmrin icrasına təcili başlanıldı. Salman Mümtaz qətlə yetirildi.
Ona 1956-cı il noyabrın 16-da SSRİ Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verildi. Salman Mümtazın işinə aid ittihamnamə ləğv edildi.
O, belə hesab edirdi ki, milli folklor nümunələrinin toplanması və təbliği, bütün türklər arasında körpü rolunu oynayan, onları bir bayraq altında toplayan "Dədə Qorqud”, "Manas” və digər dastanların birləşdirici gücündən istifadə edilməsi türk qövmləri arasında yeni Mətə, Oğuz xaqanların, Alp Arslanların, Osman qazilərin yetişməsinə imkan verəcək.
Salman Mümtazın fədakarlığı!
Azərbaycan bolşeviklər tərəfindən işğal olunandan sonra hər an ölüm təhlükəsi ilə üz-üzə qalmasına baxmayaraq, Salman Mümtaz ölkəmizi tərk etmədi. O, vətəndə qalan digər millətsevər ziyalılarımız və vətənpərvər oğullarımız kimi əsarət şəraitində gənc nəsli yeni istiqlal mübarizəsinə hazırlamağı qarşısına məqsəd qoymuşdu. Bu məqsədlə də o, "Azərnəşr”də işə düzəldi. İlk işi klassik ədəbiyyatımızda önəmli iz buraxmış şairlərimizin fəaliyyətini araşdırmaq oldu. Qısa müddətdə, daha doğrusu 1920–25-ci illərdə bu böyük insan təxminən 200 klassikimizin həyatını araşdırıb, onlar haqqında elmi məqalələr yazaraq, ədəbi ictimaiyyətimizə təqdim etmişdi. Klassiklərə həsr olunan elmi məqalələrində Salman Mümtaz, ilk növbədə, onların ana dilinə bağlı olmasını, türk dünyasını ürəkdən sevdiyini önə çıxararaq bu yolla gənclərimizə, ədəbi ictimaiyyətimizə istiqlal ruhu aşılayırdı. Kəndbəkənd, oba-oba gəzərək qədim əlyazmalarımızı toplayırdı. O, qədim əlyazmalar sərrafı idi və onların gələcək nəsillər üçün nə qədər böyük nümunəvi, tərbiyəvi əhəmiyyət kəsb edəcəyini, milli oyanışımızda, milli özünüdərkdə necə əvəzsiz rol oynayacağını çox yaxşı bilirdi. O, harada əlyazma olduğunu öyrənirdisə, dərhal özünü ora çatdırır, sahibi ilə görüşürdü. Qeyrətli oğullarımız ona bu əlyazmaları pulsuz verirdilər. Bəziləri isə əlyazma üçün pul tələb edirdilər. Belə hallarda o, pulu olsa, dərhal bu əlyazmanı alar, olmayanda isə yanındakı ən qiymətli əşyasını girov qoyaraq əlyazmanı əldə edərdi. Əslində, bu, ömrünü millətinin səadətinə həsr edən böyük bir vətənpərvərə xas olan xüsusiyyət idi. Bu baxımdan onu türk dünyasının böyük oğlu, XI əsrdə yaşayan türk elm və mədəniyyətinin zirvəsi hesab edilən Mahmud Kaşğari ilə müqayisə etmək olar. Mahmud Kaşğari vaxtilə Türküstanı (indiki Orta Asiya) kəndbəkənd, evbəev gəzmiş, türk qövmlərinin folklorunu toplamış, milli adət-ənənələrini, yaşayış tərzlərini, danışdıqları ləhcələri tədqiq etmiş və türk dünyası üçün mənəvi xəzinə hesab edilən bir əsəri – "Kitabü-Lüğat-it-Türk”ü yazmışdı. Bu əsər türk dilini, türkün adət-ənənələrini, zəngin folklorunu, mədəniyyətini, coğrafiyasını, tarixini, ləhcələrini öyrənənlər üçün qiymətli bir mənbə idi. Salman Mümtaz da böyük insan Kaşğarinin bu ənənəsini davam etdirirdi. Amma Kaşğaridən fərqli olaraq, Salman Mümtazın həyatı qəddar bolşevik rejimi dövrünə düşdü və bu da onun min bir əzab-əziyyət hesabına yığdığı əlyazmaların vəhşicəsinə məhv edilməsinə, özünün isə güllələnməsinə aparıb çıxardı. /Səxavət Sahil " Artkaspi.az/

Oxunub: 1 552
Paylaş:
Digər xəbərlər

Manşet / Bioqrafiya

8-08-2018, 09:23

Salman Mümtaz 1884-cü ildə Şəkidə anadan olub

Manşet / Bioqrafiya

20-07-2018, 09:53

XIX əsrin birinci yarısında yaşayıb yaratmış Azərbaycan şairi Mirzə Şəfi Vazeh

Manşet / Bioqrafiya

3-07-2018, 12:03

Dilarə Əliyeva

Manşet / Bioqrafiya

30-05-2018, 08:12

Mirvarid Dilbazi

Manşet / Gündəm / Bioqrafiya

24-05-2018, 08:08

Xalq yazıçısı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
100 il yaşamaq istəyənlər üçün vacib qida
Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət
İran körfəz ölkəsini raket atəşinə tutur
MRT xərçəngi daha tez tapır
Bakı və İrəvan arasında yeni vəziyyət: Paşinyanın səfəri tezləşdirilə bilər
Kanada ilə bağlı sensasion məlumat: Ölkə əyalətlərə parçalana bilər
Son xəbərlər
  • Bu gün, 09:09
    100 il yaşamaq istəyənlər üçün vacib qida
  • Dünən, 20:16
    Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət
  • Dünən, 19:29
    İran körfəz ölkəsini raket atəşinə tutur
  • Dünən, 18:44
    MRT xərçəngi daha tez tapır
  • Dünən, 17:38
    Bakı və İrəvan arasında yeni vəziyyət: Paşinyanın səfəri tezləşdirilə bilər
  • Dünən, 16:02
    Kanada ilə bağlı sensasion məlumat: Ölkə əyalətlərə parçalana bilər
  • Dünən, 15:28
    Qəhvə sümükləri kövrəkləşdirir – Kimlər riskdədir?
  • Dünən, 14:04
    Evlilikdə gözlənilməz dəyişiklik: Minlərlə qadın ikili...
  • Dünən, 13:21
    Türkiyə böyük müharibəyə sürüklənir – Ankaranın yeni PLANI nədir?
  • Dünən, 12:22
    Sirkad ritmlərin pozulması – Şizofreniya, autizm, təşvişin SƏBƏBİ
  • Dünən, 11:58
    Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR
  • Dünən, 09:05
    Ödem atan bitki çayları hansılardır?
  • 4-05-2026, 22:43
    Stressdən azad olmağın sadə və sürətli yolu
  • 4-05-2026, 18:28
    Peyvənddən imtina hansı risklər yaradır? Mütəxəssis açıqladı
  • 4-05-2026, 17:33
    ABŞ Hörmüzdə "Azadlıq Layihəsi" əməliyyatına başlayır
  • 4-05-2026, 16:15
    Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
  • 4-05-2026, 15:23
    Qırmızı turp bu qadınlar üçün zərərlidir
  • 4-05-2026, 14:12
    Tehran: Sülh planı nüvə məsələlərini əhatə etmir
  • 4-05-2026, 13:39
    Makronun İrəvanda verdiyi "Əliyevlə danışacam" mesajının sirri: Bakının cavabı necə olacaq?
  • 4-05-2026, 12:06
    Hansı içki və qidalar dərmanlarla uyğun gəlmir?
  • 4-05-2026, 11:46
    Qış geri qayıdır: Hava birdən-birə 10 dərəcə soyuyacaq – XƏBƏRDARLIQ
  • 4-05-2026, 10:32
    ABŞ Avropada nə qədər hərbi qüvvə saxlayır?
  • 4-05-2026, 09:21
    Xərçəng hüceyrələrinin sayını azaldan tərəvəz
  • 3-05-2026, 22:20
    Bu bürcün insanlarında İQ səviyyəsi yüksək olur - 5 BÜRC
  • 3-05-2026, 21:30
    Gecələr həddindən artıq tərləmənin səbəbi müəyyən edilib
  • 3-05-2026, 20:09
    SEPAH-dan şübhəli anons: “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
  • 3-05-2026, 19:33
    Bu işdə çalışanlar diqqətli olsun – əməkhaqqı düzgün hesablanmaya bilər
  • 3-05-2026, 18:34
    İnsanı iynə-dərmana möhtac edən məhsullar
  • 3-05-2026, 17:18
    Arakçı Tayani ilə danışdı: Müharibənin nəticələri...
  • 3-05-2026, 16:27
    Çin qadağan etdi: ABŞ-ın sanksiyalarına əməl etməyin!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə