Azərbaycan ağırlıqqaldıranı Hüseyn İsmayılov bütün yarışlardan müvəqqəti kənarlaşdırılıb.
Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytında bildirilir.
Səbəb kimi İsmayılovun dopinq-testinin müsbət nəticə verməsi göstərilib. 19 yaşlı atletin orqanizmindən istifadəsi qadağan olunmuş testosteron izləri aşkarlanıb.
İsmayılovun antidopinq qaydalarının pozuntusuna yol verib-vermədiyi sübuta yetirildikdən sonra müvafiq qərar açıqlanacaq. IWF iş yekunlaşmayanadək heç bir açıqlama verməyəcəyini bəyan edib.
Qeyd edək ki, Hüseyn İsmayılov ötən il Albaniyanın Dures şəhərində yaşı 20 və 23-dək olan gənclər arasında Avropa çempionatında (AÇ) 94 kq çəki dərəcəsində bürünc medal qazanıb.