• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Neyroloqlar yuxusuz gecədən sonra beyində baş verənləri kəşf ediblər
Payızda daha çox su içmək nə üçün vacibdir? - Həkimdən izah
Azərbaycanın 7 il məxfi saxlanılan əməliyyatı – Ermənistan hələ də şokdadır
Paşinyan Azərbaycandan bu əraziləri tələb etdi: Geri almalıyıq
Həkim maddələr mübadiləsini sürətləndirməyin 2 sadə üsulunu açıqladı
Dünyanı heyrətə gətirən əməliyyat: hər kəs axtarışa başladı – Tarixdə İLK
Qəfil başladı, risk davam edir – Əhalinin nəzərinə
Bu 3 içki ömrü uzadır: azərbaycanlıları sevindirəcək böyük araşdırma tamamlandı
Ərdoğan hərbi paradda Məmməd Arazın şeirini səsləndirdi
Ermənilərin bu arzusunu biz gerçəkləşdirdik - İlham Əliyev
1 yaş müayinəsində nələr yoxlanmalıdır? - Pediatr açıqladı
ABŞ bu AES-ə qarşı sanksiyaları ləğv edəcək - Orban
Müdafiə naziri ABŞ-nin ən ciddi düşmənini açıqladı: SSRİ-ni xatırladır
Bu bitki yağı sümükləri bərkidir
Trampdan iki nəhəngi üz-üzə qoyan həmlə: hədəf açıqlandı – Yeni plan işə düşür
Davamlı stress xərçəng yaradır - Təsdiqləndi
Gündə 5 saat yatmaq kifayət edir? - Alimlər açıqladı
Noyabrın 10-na keçən gecə Rusiya Bakıya nə təklif edib? – İlk dəfə açıqlandı
33 il sonra Milli Qəhrəman adı verilən Vaqif Qurbanov kimdir?
Şirin yuxunun sirri bu yeməkdədir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Əlimərdan bəy Topçubaşovun kədərli bir məktubu

Manşet / Mədəniyyət

12-06-2018, 08:42

Əlimərdan bəy Topçubaşovun kədərli bir məktubu

























Əlimərdan bəy Topçubaşovun kədərli bir məktubu
Xəlil bəy Xasməmmədova
2 aprel 1931-ci il
Sent Cloud
Əzizim Xəlil bəy!
Sizdən aldığım son dərəcə həssas və səmimi cavab məktubunu bilərəkdən bizim cavanlara verdim ki, oxusunlar: qoy görsünlər ki, uzun illərin sınağından çıxmış həqiqi dostlar şəraitin dəyişkənliyinə və məsafənin uzaqlığına qətiyyən əhəmiyyət vermədən kədərli günlərdə biri-birlərinin köməyinə necə tələsirlər, ürəklərinin bir parçası saydıqları övladlarının ölümünə birlikdə necə ağlayırlar, ümumi kədər onları necə birləşdirir, çətin anlarda bir-birlərinə necə təskinlik verir, səbir və dözüm arzulayırlar...
Məktubunuz məndə, Pəri xanımda, eləcə də ailə üzvlərimizin hər birində böyük təəssürat doğurdu. Hamını əvəzsiz itkilərimizi yada salmaq üçün bir daha unudulmaz xatirələrə baş vurmağa məcbur etdi. Kədər içərisində yenə gənc Rauf Yektanın ölümü ilə sizin və Suad xanımın məruz qaldığı ağır itki haqda danışdıq. Həmin dəqiqələrdə yanınızda olmağı, ürəklərimizi həyəcanla dolduran hissləri təsəlli sözlərinə çevirib sizə çatdırmağı nə qədər istərdik!
Mən artıq sizə yazmışdım: ən yaxşı təsəllini verdiyimiz qurbanlarla bağlı xatirələrdə tapmaq olar. Artıq 4 ildən çoxdur ki, özüm də sakitliyi və aramı məndən ötrü həmişəyaşar fikirlərdə, hərəkətlərdə, jestlərdə, xarakterlərdə - bir sözlə, əziz Rəşidimi xatırladan, surətini gözümdə canlandıran hər şeydə tapıram. Siz də, Suad xanım da onu tanıyırdınız... Hər cümə axşamı xanımımla, Əli Əkbərlə birlikdə qəbrinin üstünə gedirəm, dua oxuyuram, məzarını çiçəklərlə bəzəyirəm. Tez-tez yazılarını, kitablarını, qeydlərinı gözdən keçirirəm. Ötən ildən yazı masama yenidən oğlumun portretini qoymuşam. Ağlımla onun artıq dünyada olmaması fikri ilə barışıram, ürəyimsə övladımla birlikdədir...
Yaşadığım hisslər digər yaxınlarımın qeydinə qalmaq, xüsusən də üzərimə düşən vəzifələrin öhdəsindən gəlmək üçün mənə güc verir. Hər dəfə qayğılar içərisində çapalayarkən, işlərimi daha yaxşı şəkildə necə görməklə bağlı düşünəndə Rəşidin işıqlı surəti gözüm önündə canlanır. Onun vəziyyətimlə maraqlandığını, hərəkətlərimi bəyəndiyini düşünürəm. Bu hisslər məni daha da ruhlandırır. Taleyin bütün zərbələrinə, bütün məhrumiyyət və əzablara sınmadan, əyilmədən tab gətirmək üçün qüvvə verir, ruhumu möhkəmləndirir. Əziz oğlumla bağlı xatirələr məndən ötrü çox dəyərlidir. Bu xatirələr burada, Yer üzərindəki həyatımı o biri dünya ilə bağlı fikirlərimlə birləşdirir... Son mənzilə yola düşməyə nə qədər hazır olsam da, ölüm haqda çox az fikirləşirəm. Çünki canlı insanam. Hələ yaşamaq, işləmək, yaxınlarıma bacardığım qədər kömək göstərmək, 42 ildən bəri həqiqət və inam meyarı ilə xidmətində dayandığım doğma xalqım naminə fəaliyyətimi davam etdirmək istəyirəm..
İnanıram ki, həyatı erkən puç olmuş əziz Rauf Yekta haqqında bu cür xatirələrə dalmaqla siz də həqiqi təsəlli tapacaqsınız, insanlara yardımınızı, yolunda uzun illər canla-başla çalışdığınız xalqa eyni həqiqət və inam meyarlarına əsaslanan xidmətinizi davam etdirəcəksiniz. Məhz belə hərəkət edəcəyinizə qətiyyən şübhəm yoxdur. Bunu bizdən üzərimizə götürdüyümüz borc, verdiyimiz qurbanlar tələb edir. Üstəlik ictimai işlərimizin hələ də hər şeyi sarmış hərəkətsizlikdən, hətta deyərdim ki, iflicdən heç vəchlə özünə gələ bilmədiyini də gərək əsla yaddan çıxarmayaq. Bu mənada hamımızın üzərinə ciddi məsuliyyət düşür. Hətta icazənizlə, sizin və özümün məsuliyyət payımızın daha böyük olduğunu deyə bilərəm. Yazışmalarınızda yaranmış belə uzun fasilə də içərisində çapaladığımız mənəvi vəziyyətin göstəricisidir.
Heç bir əlavə təfərrüata varmadan verdiyimiz əvəzsiz itkilər naminə mən həmin vəziyyət üzərində dayanmaq, illərin sınaqdan çıxmış etibarlı dostun, üstəlik də başlarına eyni dəhşətli müsibət gəlmiş iki insanın anlayacağı bir aşkarlıqla, heç nəyi gizlətmədən öz "hekayətimi" sizə nağıl etmək istərdim.
Tuş olduğum böyük bəla üstəlik bir sıra maddi və mənəvi zərbələrin vurulması ilə daha da dərinləşdi. Həmin zərbələr məni nəticə etibarı ilə mənəvi cəhətdən məhvin astanasına, maddi baxımdan isə dilənçi vəziyyətinə gətirib çıxardı. Əlbəttə, bu kədərli tarixçənin bir çox səhifələri sizə yaxşı bəllidir. Ona görə də "hekayətimin" ümumazərbaycan işinə, şəxsən özümə və "müxalifətə" şərəf gətirməyən məqamları, epizodları üzərində dayanmayacağam. Bunlar barədə növbəti məktubumda, dostanə söhbət tərzində sizə ayrıca yazacağam. İndi isə cərəyan edən xoşagəlməz hadisə nəticəsində düşdüyüm vəziyyətlə bağlı söz açmaq istəyirəm. Əlavə bəzək-düzəyə yol vermədən, "kim", "niyə", "necə" tipli zəhlətökən suallara toxunmadan yalnız faktlarla danışacağam.
1929-cu ilin iyun ayında heç bir xəbərdarlıq edilmədən, özümün də gözləmədiyim halda o zamana qədər aldığım yardımdan (Polşa hökumətinin Azərbaycan siyasi mühacirlərinə ayırdığı aylıq 80-100 ABŞ dolları həcminə qrant nəzərdə tutulur. 1929-cu ilin yayından etibarən həmin məbləğ artıq konkret şəxslərə deyil, İstanbulda Azərbaycan Milli Mərkəzinə ödənilirdi -V.Q.) məhrum oldum. Müəyyən müddətdən sonra Dammanla (alman biznesmeni, bankir. Əlimərdan bəyin onun Qafqazla bağlı hansısa layihəsində iştirakını ehtimal etmək mümkündür - V.Q.) gördüyümüz işdən gələn cüzi ayırmalar da kəsildi. Beləliklə, yaşamaq üçün zəruri olan bütün vasitələri itirdim. 1929-cu ilin sonuna doğru mənzil kirayəsinə və nisyə götürdüyümüz ərzağa görə xeyli borc yığıldı. 1930-cu ilin ilk aylarında həmin borcun miqdarı daha da artdı. Ailə üzvlərim dayanmadan işləyirdilər (tikiş, toxuma, trikotaj və s.). Lakin əldə olunan qazanc 13 nəfərdən ibarət külfətin xərclərinin yalnız bir hissəsinə çatırdı. Miqdarı o qədər də böyük sayılmayacaq xüsusi istiqraz təhlükəni bir qədər uzaqlaşdırdı. 1930-cu ilin ikinci yarısı ödəmələri müəyyən vaxtadək təxirə salmaqla bağlı məhkəmələrdə keçdi. Varşavadan bildirirdilər ki, aldığım yardım əvvəlki kimi yenə də ödənilir, lakin pul bu dəfə əlbəəl deyil, ümumazərbaycan kassasına verilir. Bizim müxalifət nümayəndələri ilə nadir görüşlərimdə vəziyyəti başa salır, kömək göstərməyi xahiş edirdim. Belə müraciətləri mənim yerimə Ceyhun bəy (Ceyhun bəy Hacıbəyli - V.Q.) də edirdi. Lakin bir faydası dəymirdi. R.Z.(Məhəmməd Əmin Rəsulzadə nəzərdə tutulur - V.Q.) burada olanda mənimlə görüşmədi. Acınacaqlı durumdan çıxmaq üçün göstərdiyim bütün cəhdlər səmərəsiz qaldı. Vəziyyət isə get-gedə mürəkkəbləşir, daha da ağırlaşırdı. Borclar heyrətamiz sürətlə artırdı. Yenə də məhkəmə, qərarın icrası üçün gələn məhkəmə pristavı, polis komissarı, mənzili boşaltmaq tələbi, özümüz çıxmasaq, məcburi qaydada köçürəcəkləri ilə bağlı hədə-qorxu... Müəyyən vaxta qədər möhlət almağıma zamin duran xeyirxah bir fransız tapıldı. Bizimkilərə yeni müraciət də bir nəticə vermədi... Burada və başqa yerlərdə müxtəlif şəxslərdən 50 min franka qədər alacağım var, amma heç kim borcu qaytarmaq barədə fikirləşmir. İndi İstanbulda yaşayan və mənə 2 min frank borcu olan Pşemaxo Kotsev (1919-cu ildə Şimali Qafqaz Dağlı Respublikasının baş naziri, siyasi mühacir - V.Q.) də onların sırasındadır. Nə isə... 1931-ci ili də çox acınacaqlı vəziyyətdə qarşıladıq. Borclar daha da artmışdı, verilən bütün möhlətlərin vaxtı çoxdan ötmüşdü. Hər gün ailəmlə birlikdə küçəyə atılacağımı gözləyirəm. Amma hər şeydən də aydın göründüyü kimi, bunun heç kəsə isti-soyuğu yoxdur. Fəqət, başıma gələnlər barədə sizə yazıram... Səhv və günahlarım nə qədər böyük olsa da, məni belə ağır, böhranlı vəziyyətdə tək qoymaq olmazdı, maddi baxımdan bu cür dilənçi kökünə düşməyimə imkan vermək insafdan deyildi. Əvvəl gərək mənə yardım göstərəydilər, sonra mühakimə edəydilər...
Əminəm ki, siz heç zaman mənə belə amansızcasına yanaşa bilməzdiniz, yanaşmazdınız. Və indi ehtiyacın girdabında boğulduğumu biləndən sonra fikrimcə, köməyimə gələn də siz olacaqsınız. Sizdən heç nə gizlətmədim, indiki vəziyyətimlə bağlı hər şeyi olduğu kimi yazdım. Əlbəttə, şəxsən imkanınız çatdığını bilsəydim, borclarımı ödəmək üçün sizdən filan qədər pul göndərməyi, yaxud ərkiniz çatan bir nəfərdən mənim üçün heç olmazsa, min lirə borc almağı xahiş etməkdən utanmazdım. Amma bu mümkün olan işdirmi? Təəssüf ki, heyhat! Deməli, yeganə çıxış yolu kimi mənim də payımın olduğu ümumi kassa deyilən son istinadgah qalır. Ona görə də bir dost kimi həmin kassadan mənə çatacaq məbləği almaq üçün bütün imkanlarınızı işə salmağı, bacardığınız qədər təsir göstərməyi sizdən xahiş edirəm. Əgər orada mənimlə bağlı hansısa şübhələr varsa, qoy o zaman ən ağır və təcili borclardan qurtarmaq üçün istisna kimi sonra geri qaytarmaq şərti ilə bir qədər pul versinlər. Ümumi şəkildə yazıram, çünki kassanın vəziyyətindən və statusundan xəbərim yoxdur. Ən azı ümumi kassadan borc götürmək kimi bir çıxış yolunu isə ona görə şəxsimə rəva bilirəm ki, diqqəti ehtiyac, həm də son dərəcə dəhşətli ehtiyac içində yaşadığıma çəkə bilim, özümü və ailəmi başımızın üstündə dolaşan fəlakətdən qurtara bilim. Çünki kimsənin mənim belə dəhşətli fəlakətə, müsibətə düşməyimdə maraqlı olacağını təsəvvürümə gətirə bilmirəm...
Şəxsimə göstərilən və əsla haqq etmədiyim münasibət, fikrimcə, indiki vəziyyətim, mövqeyim haqda məlumatsızlığın, birtərəfli və qeyri-ciddi yanaşmanın nəticəsidir. Mövcud maddi çətinliklərim bir qədər yüngülləşən kimi bütün bu məsələlərə aydınlıq gətiriləcək.
Dünyada heç bir şeyin məni artıq bir dəfə iman gətirdiyim, qəbul etdiyim prinsiplərdən əl çəkməyə vadar edə bilməyəcəyinə sizi inandırmağa ehtiyac varmı? Prinsiplərim xalqın maraqlarına sədaqətlə xidmətdir, hər kəsi ümumi iş ətrafında birləşdirmək cəhdidir; təşəbbüsümə qoşulmayanları, mənimlə bir sırada olmayanları ittiham etmək fikrindən uzaq durmaqdır.
Nə irəliləyən yaş, nə xəstəliklər, nə ehtiyac məni ümumi işə xidmətdən kənarlaşdıra bilməz. İndiyədək qüvvəmin imkan verdiyi qədər, yaxamı heç bir məsuliyyətdən kənara çəkmədən, hər hansı səhvimi pərdələmədən həmin işin öhdəmə düşən və düşəcək qismini görmüşəm. Bundan sonra da görməyə hazıram. Yalnız bir qeyd-şərtim var - onu da hələlik tək sizə bildirirəm: mən də xatirələrimi dilə gətirmək, əlimin altındakı mövcud materiallardan yararlanıb "memuarlarımı" yazmaq istərdim. Orada bütün fəaliyyətim boyu qarşılaşdığım, müşahidə etdiyim çoxlu maraqlı məqamlar olacaq. Bu işi görməkdən ötəri tənha bir guşəyə, məsələn, həmişə çox xoşuma gələn Böyük adaya (Çağdaş Türkiyədə Uzun ada kimi də tanınır, İstanbul yaxınlığında, Mərmərə dənizində yerləşir. Tarixən əsas etibarı ilə yüksək təbəqənin istirahət yeri kimi tanınırdı - V.Q.) getmək istərdim... Amma heyhat, keçmiş komissara (1920-1923-cü illərdə İ.V.Stalinin rəhbərlik etdiyi Millətlərin işi üzrə PSFSR Xalq Komissarlığında çalışmış Məhəmməd Əmin Rəsulzadə nəzərdə tutulur - V.Q.) nəsib olan belə yerlər məndən - qoca və atəşin türkçüdən ötrü əlçatmazdır. Əlbəttə, hələlik ortalıqda olmayan memuarlar da ümumi işimizə fayda gətirə bilərdi. Onları yazıb bitirəndən sonra isə mən ümumazərbaycan davasının sıralarında yerimi alardım.
Beləcə, özüm, işlərim, vəziyyətim haqda sizə uzun illərin sınağından çıxmış bir dost açıqlığı və səmimiyyəti ilə danışdım. Axı mənim nəzərimdə siz də belə dostsunuz. Hiss edirəm ki, artıq məktub çərçivəsindən kənara çıxıram. Lakin peşiman deyiləm. Çünki hətta indiki kədərli vəziyyətinizdə də daxilimi didib-parçalayan maddi sıxıntı əzablarına diqqətsiz qalmayacağınıza və verdiyimiz dəhşətli qurbanlar naminə köhnə dostunuzun köməyinə yetişməyə çalışacağınıza inanıram. Sizdən bu köməyi gözləyirəm. O nə qədər tez olsa, indiki çıxılmaz vəziyyətimi də bir o qədər tez düzəldə bilər.
Özümün, Pəri xanımın və uşaqlarımın hamısının adından sizə və Suad xanıma səmimi salamlarımı göndərirəm. Sizə ürəyiniz istəyən rifah, qüvvə və gümrahlıq arzulayıram.
Sizə dərin hörmət bəsləyən
Əli Mərdan Topçu

Rus dilindən tərcümə edən: Vilayət Quliyev


Oxunub: 1 593
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm / Mədəniyyət

18-05-2018, 09:05

Əlimərdan bəy Topçubaşov

Manşet / Gündəm / Mədəniyyət

18-05-2018, 08:58

Əlimərdan bəy Topçubaşov

Manşet / Bioqrafiya

10-05-2018, 10:00

Pəri xanım Topçubaşova

Manşet / Bioqrafiya

8-05-2018, 08:11

Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Neyroloqlar yuxusuz gecədən sonra beyində baş verənləri kəşf ediblər
Payızda daha çox su içmək nə üçün vacibdir? - Həkimdən izah
Azərbaycanın 7 il məxfi saxlanılan əməliyyatı – Ermənistan hələ də şokdadır
Paşinyan Azərbaycandan bu əraziləri tələb etdi: Geri almalıyıq
Həkim maddələr mübadiləsini sürətləndirməyin 2 sadə üsulunu açıqladı
Dünyanı heyrətə gətirən əməliyyat: hər kəs axtarışa başladı – Tarixdə İLK
Son xəbərlər
  • Dünən, 22:06
    Neyroloqlar yuxusuz gecədən sonra beyində baş verənləri kəşf ediblər
  • Dünən, 21:38
    Payızda daha çox su içmək nə üçün vacibdir? - Həkimdən izah
  • Dünən, 20:37
    Azərbaycanın 7 il məxfi saxlanılan əməliyyatı – Ermənistan hələ də şokdadır
  • Dünən, 19:43
    Paşinyan Azərbaycandan bu əraziləri tələb etdi: Geri almalıyıq
  • Dünən, 18:02
    Həkim maddələr mübadiləsini sürətləndirməyin 2 sadə üsulunu açıqladı
  • Dünən, 17:33
    Dünyanı heyrətə gətirən əməliyyat: hər kəs axtarışa başladı – Tarixdə İLK
  • Dünən, 16:26
    Qəfil başladı, risk davam edir – Əhalinin nəzərinə
  • Dünən, 15:00
    Bu 3 içki ömrü uzadır: azərbaycanlıları sevindirəcək böyük araşdırma tamamlandı
  • Dünən, 14:11
    Ərdoğan hərbi paradda Məmməd Arazın şeirini səsləndirdi
  • Dünən, 13:09
    Ermənilərin bu arzusunu biz gerçəkləşdirdik - İlham Əliyev
  • Dünən, 12:35
    1 yaş müayinəsində nələr yoxlanmalıdır? - Pediatr açıqladı
  • Dünən, 11:44
    ABŞ bu AES-ə qarşı sanksiyaları ləğv edəcək - Orban
  • Dünən, 10:15
    Müdafiə naziri ABŞ-nin ən ciddi düşmənini açıqladı: SSRİ-ni xatırladır
  • Dünən, 09:03
    Bu bitki yağı sümükləri bərkidir
  • 7-11-2025, 22:29
    Trampdan iki nəhəngi üz-üzə qoyan həmlə: hədəf açıqlandı – Yeni plan işə düşür
  • 7-11-2025, 21:49
    Davamlı stress xərçəng yaradır - Təsdiqləndi
  • 7-11-2025, 21:27
    Gündə 5 saat yatmaq kifayət edir? - Alimlər açıqladı
  • 7-11-2025, 20:36
    Noyabrın 10-na keçən gecə Rusiya Bakıya nə təklif edib? – İlk dəfə açıqlandı
  • 7-11-2025, 19:55
    33 il sonra Milli Qəhrəman adı verilən Vaqif Qurbanov kimdir?
  • 7-11-2025, 18:26
    Şirin yuxunun sirri bu yeməkdədir
  • 7-11-2025, 17:11
    Moldova Suriya Prezidentini terrorçular siyahısına daxil etdi
  • 7-11-2025, 16:30
    Maduro istefa şərtlərini açıqladı: "Rahat sürgün" və...
  • 7-11-2025, 15:42
    Damarları tıxayır, oksigen çatmır - Xeyli insan bu səbəbdən ölür
  • 7-11-2025, 14:27
    Peskovun ulu babası 26 Bakı komissarlarından olub - Sirr açıldı
  • 7-11-2025, 13:05
    Şimali Koreya Yapon dənizinə ballistik raket atdı
  • 7-11-2025, 12:25
    Bu, həyatınızı xilas edə bilər: Qanın laxtalanmasının 5 əlaməti
  • 7-11-2025, 11:32
    Rasmussendən QORXULU PROQNOZ - Bu ölkə “əbədi müharibə” ilə üzləşə bilər
  • 7-11-2025, 10:51
    ABŞ beş MDB ölkəsi ilə yeni dövrün başladığını elan etdi: Layiq olduğunuzu alacaqsınız
  • 7-11-2025, 09:07
    Mədə həcmini necə azaltmaq olar?
  • 6-11-2025, 22:34
    Kişilərin yaddaşı qadınlardan zəifdir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə