Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış birgünlük oğlan uşağının vəziyyəti ağır qiymətləndirilir.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, uşaq hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib:
"Uşağın vəziyyəti ağır olub. Onun qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb".