• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecə tualetə durmaq vacibdir
Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?
İran etiraf etdi: ABŞ-la danışmışıq, amma…
Süni intellekti məşhur azərbaycanlı yaradıb? – 3 ad çəkildi
Xərçəng hüceyrələrini öldürən çay
Paşinyan Aprel döyüşləri zamanı nələr edib? – İlk dəfə üzə çıxdı
Tramp Qrenlandiya ilə bağlı planlarını niyə dəyişdi?
Dağınıq skleroz: əlamətləri və müalicəsi
Bu tarixdə güclü günəş partlayışları gözlənilir
Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?
Bir ay öncədən verilən siqnal: "Ağız qoxusu infarktın xəbərçisidir"
Maduroya kim xəyanət edib? – Səfir işarə etdi
Sərhəddə panika: ABŞ-ın zərbə qrupu İrana yaxınlaşır
Ağ çörək niyə tünd çörəkdən üstün sayılır? - AÇIQLAMA
Təhlükəli "Nipah" virusu yayılır
Oturaq həyat tərzi olanların NƏZƏRİNƏ
Ağ Ev Trampla pinqvini “əl-ələ” yaydı
Keçməyən burun axmasının təhlükəli səbəbləri
Hansı sahədə çalışan şəxslərin pensiyası arta bilər?
Qadınlarda bu narahatlıqlar infarkt əlamətləri ola bilər - XƏBƏRDARLIQ
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bel ağrılarının ən yayılmış SƏBƏBLƏRİ

Xəbərlər

8-10-2019, 10:18

Bel ağrılarının ən yayılmış SƏBƏBLƏRİ


Beliniz ağrıyırsa “mənə diqqət et, problemim var!» demək istəyir. Ancaq hər bel ağrısı bel yırtığı deyil.

Cəmiyyətdə ən çox stress tipli bel ağrısı ilə qarşılaşırıq. Beyin stress zamanı bel və ya boyun əzələlərinə çoxlu siqnallar göndərir. Bu zaman əzələlər gərilir. Bu bölgələrdə sərtlik və ələ gələn yumrular meydana gəlir. Xəstə nevroloji olaraq rahat deyilsə, fiziki müalicə və ya əzələ yumşadıcı və ya isti müalicələr, məlhəmlərin istifadəsi effekt vermir. Yüngül bir antidepresant çox faydalıdır. Bundan əlavə əzələ yumşadıcılar və analgetik-antiinflamatuar preparatlar verilir.

İkinci səbəb isə onurğaya düşən mexaniki yükün artmasıdır. Oturuş pozğunluğu, ağır qaldırma, gücə salmalar, kilo almalar, uzun müddət ayaqda qalma, uzun müddət oturmada bel ağrısı uzun müddətlidir.

Soyuqdəymə, tənəffüs yolu infeksiyalarında qısamüddətli ağrıya səbəb ola bilər.

Çox az nisbətdə onurğa və ya onurğa beynində şiş, infeksiya (Brucella kimi onurğa infeksiyası və ya bədəndəki başqa bir orqan infeksiyası), skolioz (onurğa əyriliyi), onurğa oynaq xəstəliyi (sakroiletis və s), revmatizmal xəstəliklər və nadir olaraq onurğa beyini pərdəsinin içinə olan qanama (subaraxnoidal qanama) da ağrı yaradır və diaqnozunu qoymaq çətindir.

Qalan səbəblər isə onurğa dinamikasını pozan səbəblərdir. Yəni, bel yırtığının başlanğıc mərhələdə bel ağrısı görülür və çox şiddətli olduğundan xəstə lazım olmadığı halda əməliyyatla ağrıdan xilas olmaq istəyir. Vaxt keçdikcə bel ağrısı azalır, amma bu dəfə ağrı qalça və ayaqlara enir. Bu qrupda olub ayağında qismən iflic olanlara əməliyyat məsləhətdir. Ancaq ayaq ağrısı bel ağrısından yüngül olduğundan xəstələr təəssüf ki, əməliyyata bu dövrdə laqeydlik edirlər.

Bel ağrısı dar kanal, bel kirəcləşməsi , bel sürüşməsi zamanı müşahidə olunur. Ancaq bel ağrısı zamanı ayaq ağrısı, uyuşma, yerimə çətinliyi, ayaqlarda qüvvətsizlik əlamətləri müşahidə olunmursa əməliyyat ilk etapda düşünülməməlidir. Çünki tək başına əməliyyat bel ağrısını aradan qaldırmaz. Yaxşı bir əməliyyat olsa belə, xəstənin bel ağrısı tamamilə keçməsə, xəstə üçün əməliyyatın qiyməti qalmayacaqdır.

Bel ağrısı üçün xəstə əməliyyat edilməsini istəsə belə həkim qəbul etməməlidir. Ya da beldə implant əməliyyatlarında ( bel sürüşməsi və dar kanalda) bel ağrısının tamamilə keçəcəyi sözü xəstəyə verilməməli, əməliyyatı etmək istəməkdə əsl səbəbin «olanı» qorumaq, gələcəkdə ifliclərin qarşısını almaq və yeriyişi yaxşılaşdırmaq olduğu izah edilməlidir.

Bəzi xəstələrdə nə qədər araşdırılsa da, bel ağrısının səbəbi tapılmır.Belə hallarda daban düşməsini araşdırmaq lazımdır. Beldə ağrı yaradan dabandakı ortopedik pozğunluqdur.

Onurğadan əməliyyat olmuş ilk aylarda rahat olmuş, sonra isə beli ağrıyan xəstələr kilosuna diqqət etməlidirlər. Əməliyyat keçirmiş və yaxşılaşmaya çalışan bel bir kilo belə əlavə çəki qəbul etmir. Ağrı daha şiddətli şəkildə qayıdar. Buna görə də kilolu xəstələri əməliyyata könülsüz alırıq. Çünki əməliyyat əsnasında cərraha çətinlik yaratmalarından çox, əməliyyat sonrası onurğanın kiloya üsyan etməsi iki tərəfə də çətinlik yaradır.

saglamolun.az

Oxunub: 1 342
Paylaş:
Digər xəbərlər

Səhiyyə

5-09-2019, 15:43

Bel ağrılarının SƏBƏBLƏRİ

Səhiyyə

28-08-2019, 11:15

BAŞ AĞRILARInın ən yayılmış səbəbləri

Səhiyyə

1-06-2023, 14:25

Boyun ağrılarının SƏBƏBLƏRİ və ÇARƏSİ

Klinika

23-01-2019, 20:34

Boyun əyriliyi və onun səbəbləri

Manşet / Gündəm / Səhiyyə

17-09-2023, 12:08

Keçməyən kürək ağrılarına diqqət... Onurğa şişləri gizli inkişaf edir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecə tualetə durmaq vacibdir
Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?
İran etiraf etdi: ABŞ-la danışmışıq, amma…
Süni intellekti məşhur azərbaycanlı yaradıb? – 3 ad çəkildi
Xərçəng hüceyrələrini öldürən çay
Paşinyan Aprel döyüşləri zamanı nələr edib? – İlk dəfə üzə çıxdı
Son xəbərlər
  • Dünən, 22:10
    Gecə tualetə durmaq vacibdir
  • Dünən, 21:48
    Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?
  • Dünən, 20:25
    İran etiraf etdi: ABŞ-la danışmışıq, amma…
  • Dünən, 19:18
    Süni intellekti məşhur azərbaycanlı yaradıb? – 3 ad çəkildi
  • Dünən, 18:30
    Xərçəng hüceyrələrini öldürən çay
  • Dünən, 17:58
    Paşinyan Aprel döyüşləri zamanı nələr edib? – İlk dəfə üzə çıxdı
  • Dünən, 16:27
    Tramp Qrenlandiya ilə bağlı planlarını niyə dəyişdi?
  • Dünən, 15:11
    Dağınıq skleroz: əlamətləri və müalicəsi
  • Dünən, 14:31
    Bu tarixdə güclü günəş partlayışları gözlənilir
  • Dünən, 13:22
    Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?
  • Dünən, 12:55
    Bir ay öncədən verilən siqnal: "Ağız qoxusu infarktın xəbərçisidir"
  • Dünən, 11:38
    Maduroya kim xəyanət edib? – Səfir işarə etdi
  • Dünən, 10:22
    Sərhəddə panika: ABŞ-ın zərbə qrupu İrana yaxınlaşır
  • 25-01-2026, 23:30
    Ağ çörək niyə tünd çörəkdən üstün sayılır? - AÇIQLAMA
  • 25-01-2026, 22:08
    Təhlükəli "Nipah" virusu yayılır
  • 25-01-2026, 21:17
    Oturaq həyat tərzi olanların NƏZƏRİNƏ
  • 25-01-2026, 20:16
    Ağ Ev Trampla pinqvini “əl-ələ” yaydı
  • 25-01-2026, 19:25
    Keçməyən burun axmasının təhlükəli səbəbləri
  • 25-01-2026, 18:11
    Hansı sahədə çalışan şəxslərin pensiyası arta bilər?
  • 25-01-2026, 17:51
    Qadınlarda bu narahatlıqlar infarkt əlamətləri ola bilər - XƏBƏRDARLIQ
  • 25-01-2026, 16:49
    Qar yağacaq, yollar buz bağlayacaq
  • 25-01-2026, 15:21
    Enerji üçün qara, sağlamlıq üçün yaşıl çay
  • 25-01-2026, 14:13
    Digər xəstəliklərlə qarışdırılan 3 xərçəng əlaməti
  • 25-01-2026, 13:04
    Gözə xeyir olan təbii QİDALAR
  • 25-01-2026, 12:29
    Yaxın günlərdə bol pul qazanacaq BÜRCLƏR – ulduzlar onlara şans vəd edir
  • 25-01-2026, 10:34
    İran “hazırıq” dedi, müharibə anonsu verdi: Zelenski üzərindən ilginc MESAJ
  • 25-01-2026, 08:02
    Xərçəng xəstələri dövlət hesabına müalicə olunacaqlar?
  • 24-01-2026, 22:14
    Yuxusuz qalmağın - 9 ÖLÜMCÜL FƏSADI
  • 24-01-2026, 21:17
    Əlləriniz titrəyir? – Səbəbləri və müalicəsi
  • 24-01-2026, 20:23
    Avropa artıq müharibəyə başlayıb - Orban
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə