Hindistanın Assam əyalətində ötən həftədən başlayaraq şiddətlənən leysan yağışların törətdiyi sel fəlakəti hələ də davam edir.
Publika.az xəbər verir ki, əyalətin 3 min 700 kəndində 4 milyon 800 min insan selin təsiri altında qalıb.
Təbii fəlakət nəticəsində 51 nəfər həlak olub.