Bakı UEFA Avropa liqasının finalını möhtəşəm təşkil etmişdi.
Ailehekimiklinikasi.az publika.az-a istinadən xəbər verir ki, bunu oyundan sonra Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.
“Çelsi” futbol klubunu təbrik edirik. Əla oyun idi. Əhsən Bakıya ki, iki komandamızın final oyununu möhtəşəm təşkil etdi. Stadion dünya standartlarına cavab verir”, - deyə Böyük Britaniyanın səfiri bildirib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında final oyunu keçirilib.
Görüş "zadəganlar"ın 4-1 hesablı qələbəsi ilə yekunlaşıb. (report)