• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır
C vitamininin ən yüksək mənbələri: Portağaldan daha zəngin 10 qida
At ili gəlir - Bu şəxslərin taleyi dəyişəcək
Sığortalı əməliyyat zamanı niyə pul tələb edilir? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən qərar nə zaman veriləcək? – Açıqlama
Xamenei təhlükədə: İranda xəbərdarlıq edildi – İnanılmaz sui-qəsd planı
İshalın gizli səbəbləri: allergiya, ferment çatışmazlığı və daha nələr…
Soyuqdəyməyə qarşı təbii dərman - Bir stəkan için
Ermənistan ordusu təmizlənir: Bu kadrlar qovulur
Bu ölkəyə son 300 ilin ən güclü yağışı yağdı
Bakıda bununla bağlı forum keçirildi – İlk dəfə
Sabah hava necə olacaq?
Ürəyin dayanmasının gözlənilməz səbəbi açıqlandı
Tramp sülh danışıqlarından yazdı: Görməyənə qədər inanmayın
Ukrayna üçün “ən qorxulu qış” yaxınlaşır
Dəridə görünən ciddi xəstəliklərin 7 əlaməti
Türkiyə imkan vermədi, “Apaçi”lər geri qaytarıldı
Yaponlar qışda qapılarına darçın çubuqları asırlar: Səbəbi
İshal 2 həftədən uzun çəkərsə, xəstəxanaya müraciət edin
Consondan SƏRT MESAJ - “Bu, Ukrayna dövlətinə tam xəyanətidir”
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Dünya bu ərzaqdan İMTİNA EDİB - Biz isə hər gün İSTİFADƏ EDİRİK

Xəbərlər

2-05-2019, 00:49

Dünya bu ərzaqdan İMTİNA EDİB - Biz isə hər gün İSTİFADƏ EDİRİK
u gün alimlərin həyəcanla danışdıqları mövzulardan biri də palma yağından istifadədir. Mətbuatın yazdığına görə, son elmi araşdırmalar palma yağından istifadənin həddən artıq ziyanlı olduğunu göstərir. Alimlər bu yağdan nəinki qida kimi istifadənin, onun hətta texniki baxımdan istifadəsinin də zərərli olduğunu qeyd edirlər.
Ailehekimiklinikasi.az Sputin Azərbaycan-a istinadən xəbər verir ki, palma yağından müxtəlif şirniyyat məhsullarında, həmçinin sabun və şampunların tərkibində geniş istifadə edilir. Ətraf mühit üçün çox təhlükəli, dağıdıcı effektə malik olduğu deyilən bu yağın istehsalı ilə bağlı rəqəmlərə nəzər yetirdikdə arzuolunmaz bir mənzərə ilə tanış ola bilərik. Son 50 ildə dünyada palma yağının istehsalında ciddi artım olub. 1995-2015-ci illərdə isə palma yağının istehsalı 15.2 metr tondan 62.6 metr tona çatıb. 2050-ci ilədək isə bu rəqəmin 240 metr tona çatacağı proqnozlaşdırılır. Bu gün dünyanın 150 ölkəsində 3 milyard insan palma yağı məhsullarından istifadə edir. İllik olaraq isə hər bir insanın 8 kiloyadək palma yağı qəbul etdiyi bildirilir.

Palma yağının geniş yayılmasının səbəbi isə ucuz başa gəlməsi və daha keyfiyyətsiz hesab edilən bütün digər yağları əvəzləyə bilməsidir.

Palma yağının zərərləri ilə bağlı alimlər ilk dəfə olaraq 1960-cı ildə həyəcan siqnalı çalıblar. Onlar hətta bu yağın müxtəlif ürək xəstəliklərinə səbəb olduğunu da bildiriblər.

ABŞ artıq bu ildən etibarən marqarin və palma yağından imtina edir. Bununla bağlı 2015-ci ildə ABŞ-ın Qida və Dərman Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Məlumatda bu yağların satışdan yığışdırılması və istehsalının dayandırılması üçün 3 ilədək zaman verildiyi qeyd olunmuşdu.

Ətraf mühitə və insan səhhətinə zərərlərinə görə bu gün Avropa Birliyinin bir sıra ölkələri, xüsusən də Norveç palma yağından imtina edir. Biz Avropada palma yağından, tamamilə imtina edildiyini söyləyə bilmərik. Bununla belə, Avropa sürətlə “palma yağından imtina” xətti götürüb və ən yaxın zamanlarda bu yağın, tamamilə istifadədən çıxarılması gözlənilir.

Azərbaycanda isə istehlakçıların böyük qismi bu yağların zərərindən xəbərsizdir. Valideynlər hər gün uşaqlarına aldıqları şırniyyatların tərkibindəki bu yağın övladlarının səhhətinə necə böyük zərər vurduğunu bilmirlər.

Sputnik Azərbaycan-ın əməkdaşı palma yağının tərkibi, zərərlərini, ekspert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu yağla bağlı münasibətini öyrənib.

Pediatr Aytən İsmayılzadə palma və bu kimi digər zərərli yağlardan uşaq qidalarında istifadə edildiyini təsdiq edir: "Uşaq qidalarında palma yağından müəyyən dozada istifadə edilir. Bu zaman palma yağı kalsiumun sovrulmasına mane olur. Belə qidalarla böyüyən uşaqlarda kalsium çatışmazlığı daha çox hiss olunur. Şirniyyat məhsullarında palma yağından daha çox istifadə edilir".

Palma yağının trans hesab edilən yağlar sırasında birinci olduğunu deyən ekspert onun zərərlərdən də söz açıb: "Trans yağlar formasını dəyişən yağlardır. Bu cür yağlar doymamış yağ turşularının hidrogenləsməsindən yaranır. Bu səbəbdən də həmin yağlar insan səhhəti üçün kifayət qədər ziyanlıdır. Belə zərərli yağlarla qidalanan şəxslərdə piylənmə, hüceyrələrin zədələnməsi, qaraciyərin yağlanması, metabolizmin pozulması müşahidə edilə bilər. Ən təhlükəli yağ hesab edilən palma yağı istifadə edilərkən müxtəlif mədə-bağırsaq xəstəliklərinin, o cümlədən də xərçəngin yaranmasına səbəb olur".

Pediatr xüsusən də valideynlərə diqqətli olmağı tövsiyə edib: "Bir çox hallarda valideynlər bu cür məsələlərə məsuliyyətsiz yanaşaraq aldıqları qidanın tərkibi ilə maraqlanmır. O səbəbdən də valideynlər özləri də bilmədən övladlarına trans yağ yedirir. Marqarin yağı və sintetik yağlı məhsullar körpələrin səhhəti üçün xüsusi ilə zərərlidir".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri isə bu yağın zərərləri ilə bağlı səsləndirilən fikirlərin əsassız olduğunu deyir. AQTA-dan Sputnik Azərbaycan-a verilən açıqlamada palma yağının ümumi tərkibi haqda da məlumat verilib:

"Palma ağacının meyvəsindən iki növ (meyvə əti və çəyirdək) yağ emal edilir. Emal olunmuş yağ texniki məqsədlər üçün istifadə edilir. Bundan başqa bu yağdan məişətdə də istifadə olunur. İnsanlar texniki məqsədlər üçün bu yağdan kosmetik vasitələrin, sabunların tərkibində, məişətdə isə kulinariyada geniş yararlanırlar. Lakin palma yağının orqanizmə təsiri dünya miqyasında geniş müzakirə mövzusu olsa da, bu günədək onun insan sağlamlığına hansısa mənfi təsiri elmi cəhətdən sübuta yetirilməyib. Məişət üçün istifadə olunan palma yağının kulinariyada istifadəsinə rast gəlmək olur və zərərləri ilə bağlı fikirlərin elmi əsası yoxdur".

"Məişət üçün nəzərdə tutulan digər yağlar, o cümlədən də palma yağı 200 dərəcəyə qədər qızdırıldıqda insan orqanizmi üçün zərərli hesab olunur. Bundan başqa, texniki məqsədlər üçün nəzərdə tutulan belə yağın məişətdə istifadə olunması da insan orqanizmi üçün zərərlidir" – deyə Agentlikdən bildirilib.

AQTA-dan verilən məlumatda o da qeyd olunur ki, tərkibinə palma yağı əlavə olunmuş və təbii kərə yağı adı ilə istehlakçılara təklif edilən bu cür məhsulların satışı isə qadağandır.

Qeyd edək ki, palma yağının istehsalının 85 faizi Malayziya və İndoneziyanın payına düşür. Hətta bəzi Asiya ölkələri palma yağının hesabına bu gün zənginlik qazanıb.

Bu ölkələr sırasında isə Hindistanın adını xüsusi ilə qeyd etmək lazımdır. Təkcə palma yağının hesabına müxtəlif illərdə Hindistanın "Fast FOOD" marketləri də ölkəyə və sahibkarlara böyük gəlirlər qazandırıb.

Təkcə 2011-2016-cı illərdə Hindistanın bu cür bazarlarının gəlirlərində 83 faiz artım qeydə alınıb. Daha çox varlanan şirkətlər sırasında isə "Domino"s Pizza", "Subway", "Pizza Hut", "KFC", "McDonald"s" və "Dunkin" Donuts"un adları qeyd olunub.

Oxunub: 2 027
Paylaş:
Digər xəbərlər

Xəbərlər

3-03-2019, 20:31

Gürcüstana 1 metr qar yağdı

Maraqlı

3-03-2019, 13:10

Təbii yağı saxtadan seçmək üçün 3 sadə üsul

Maraqlı

16-01-2019, 01:02

Pekan qozu yağının faydaları

Maraqlı

29-05-2022, 19:46

Cinsi zəifliyi, qaraciyər xəstəlikləri, xərçəng yaradan məhsul. Hamımız onu yeyirik!

Maraqlı

1-11-2018, 00:35

Pekan qozu yağının faydaları

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır
C vitamininin ən yüksək mənbələri: Portağaldan daha zəngin 10 qida
At ili gəlir - Bu şəxslərin taleyi dəyişəcək
Sığortalı əməliyyat zamanı niyə pul tələb edilir? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən qərar nə zaman veriləcək? – Açıqlama
Xamenei təhlükədə: İranda xəbərdarlıq edildi – İnanılmaz sui-qəsd planı
Son xəbərlər
  • Bu gün, 10:35
    Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır
  • Bu gün, 09:05
    C vitamininin ən yüksək mənbələri: Portağaldan daha zəngin 10 qida
  • Dünən, 22:23
    At ili gəlir - Bu şəxslərin taleyi dəyişəcək
  • Dünən, 21:11
    Sığortalı əməliyyat zamanı niyə pul tələb edilir? - AÇIQLAMA
  • Dünən, 20:42
    Pensiyalarla bağlı gözlənilən qərar nə zaman veriləcək? – Açıqlama
  • Dünən, 19:27
    Xamenei təhlükədə: İranda xəbərdarlıq edildi – İnanılmaz sui-qəsd planı
  • Dünən, 18:24
    İshalın gizli səbəbləri: allergiya, ferment çatışmazlığı və daha nələr…
  • Dünən, 18:06
    Soyuqdəyməyə qarşı təbii dərman - Bir stəkan için
  • Dünən, 17:28
    Ermənistan ordusu təmizlənir: Bu kadrlar qovulur
  • Dünən, 16:11
    Bu ölkəyə son 300 ilin ən güclü yağışı yağdı
  • Dünən, 14:21
    Bakıda bununla bağlı forum keçirildi – İlk dəfə
  • Dünən, 13:54
    Sabah hava necə olacaq?
  • Dünən, 12:25
    Ürəyin dayanmasının gözlənilməz səbəbi açıqlandı
  • Dünən, 11:08
    Tramp sülh danışıqlarından yazdı: Görməyənə qədər inanmayın
  • Dünən, 10:26
    Ukrayna üçün “ən qorxulu qış” yaxınlaşır
  • Dünən, 09:10
    Dəridə görünən ciddi xəstəliklərin 7 əlaməti
  • 23-11-2025, 22:54
    Türkiyə imkan vermədi, “Apaçi”lər geri qaytarıldı
  • 23-11-2025, 22:43
    Yaponlar qışda qapılarına darçın çubuqları asırlar: Səbəbi
  • 23-11-2025, 21:04
    İshal 2 həftədən uzun çəkərsə, xəstəxanaya müraciət edin
  • 23-11-2025, 20:23
    Consondan SƏRT MESAJ - “Bu, Ukrayna dövlətinə tam xəyanətidir”
  • 23-11-2025, 19:16
    İsrail qırmızı xətti keçdi! - "Hizbullah"dan hədə dolu bəyanat
  • 23-11-2025, 18:34
    Payızda yağlı yeməkləri artırın – Həkim
  • 23-11-2025, 17:29
    Xameneiyə qarşı sui-qəsd cəhdləri... - İran kəşfiyyatından açıqlama
  • 23-11-2025, 16:17
    Cenevrədə ABŞ-Ukrayna danışıqları başladı
  • 23-11-2025, 15:22
    Saçınız tez yağlanırsa, belə edin - 20 qəpiklik çarə
  • 23-11-2025, 14:22
    Ekran qarşısında keçirdiyiniz vaxt xəstəliyə səbəb olur - Texno boyun sindromu nədir?
  • 23-11-2025, 11:25
    Ukraynaya qarşı sülh planı: Tramp Putindən nə qopardı?
  • 23-11-2025, 10:33
    G20-nin sonu çatıb – Makrondan etiraf
  • 23-11-2025, 09:09
    Qocalmanı yavaşladan 9 super qida
  • 22-11-2025, 21:33
    Qışda qadınlarda istəksizliyin səbəbi açıqlandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə