NATO-nun sabiq baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının əbədi mövcudluğuna heç kimin zəmanət verə bilməyəcəyini bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə "Der Spiegel" jurnalına verdiyi müsahibədə bildirib.
Stoltenberqin fikrincə, hazırkı mərhələdə dövlət və hökumət başçıları mümkün gələcək ssenariləri müzakirə etməkdənsə, təxirəsalınmaz addımların atılmasına üstünlük verməlidirlər.
"NATO-nun Avropa üzvü olan ölkələri müdafiə xərclərini daha əvvəl artırmağa başlamalı idilər", - o vurğulayıb.