Rusiya Ukraynadakı müharibədən sonra NATO üzvü olan dövlətə qarşı məhdud hərbi əməliyyat başlada bilər. Moskva artıq Avropa ilə uzunmüddətli qarşıdurmaya hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.
Kəşfiyyat orqanlarından alınan informasiyaya görə, Avropa müharibə ilə sülh arasında "boz zonada"dır. Ən pis ssenaridə Kreml Ukraynadakı hərbi əməliyyatların bitməsindən dərhal sonra NATO üzvünə qarşı məhdud hərbi əməliyyatlara başlamaq qərarına gələ bilər.
Bu risklərə görə, Niderland hökuməti 2035-ci ilə qədər müdafiə sektoruna tədricən əlavə 20 milyard avro investisiya qoymağı planlaşdırır. Bu, ölkənin NATO standartlarına çatmasına və ÜDM-nin 3,5%-ni müdafiəyə xərcləməsinə imkan verəcək.