ABŞ administrasiyası Konqresin etirazına baxmayaraq, Türkiyənin milli döyüş təyyarəsi KAAN üçün tələb etdiyi reaktiv mühərriklərin satışını təkmilləşdirir.
Publika.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə danışan mənbə bildirib.
O iddia edib ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barak, eyni zamanda, Müdafiə Nazirliyinin və Dövlət Departamentinin rəsmiləri bu məsələ ilə bağlı Konqresə məlumat veriblər.
“The Wall Street Journal” nəşri isə yazıb ki, Donald Tramp administrasiyası bu satışın reallaşdırılması məqsədilə Konqresi məlumatlandırıb və qərarın qarşısındakı maneələrin aradan qaldırılması üzərində işləyir.
Qəzetin məlumatına görə, bir ABŞ rəsmisi bu addımın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında mövcud olan yaxın münasibətlərin göstəricisi olduğunu bildirib.