BMT Fars körfəzində hərbi əməliyyatlar səbəbindən bölgədə qalan yüzlərlə xarici gəmi və minlərlə dənizçinin təxliyəsinə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatı (İMO) məlumat yayıb.
Məlumata görə, körfəzdə 600 gəmi və 11 min ekipaj üzvü qalıb. Təşkilatın baş katibi Arsenio Dominqes dənizçilərin aylarla çətin şəraitdə yaşadığını bildirib.
Qeyd olunub ki, təxliyə əməliyyatı ABŞ, Oman və İranın iştirakı ilə həyata keçirilir. Oman xüsusi hərəkət dəhlizi ayırıb, ABŞ hərbçiləri isə marşrut üzrə hərəkəti koordinasiya edir.