İsrail müharibəyə qayıtsa, ona hansı fəlakəti gətirəcəyimizi bilir.
Axar.az xəbər verir ki, bunu SEPAH sözçüsü Hüseyn Muhabbi deyib.
“İstər Böyük Britaniya, istər Fars körfəzindəki ölkələr, istərsə də digər ölkələr olsun - istənilən ölkə müharibədə ABŞ-ı dəstəkləsə, bizim qanuni hədəfimiz olacaq.
Bu yaxınlarda ABŞ-ın B-1 təyyarələri Böyük Britaniyadakı aerodromlardan istifadə edib. Əgər əməkdaşlıq etsələr, bizim qəti və qanuni hədəfimiz olacaqlar. Hər bir vəziyyət üçün konkret ssenarimiz var”, - o bildirib.