Ermənistan və Azərbaycanın enerji sistemləri "Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində birləşdiriləcək və bərabər şərtlərlə ixrac-idxal əməliyyatları üçün mümkün şəraitdən qarşılıqlı fayda əldə edəcək.
Publika.az xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O, Ermənistanın artıq qarşılıqlı faydanın bir hissəsini əldə etdiyini, benzinin 20 % ucuzlaşdığını bildirib.
"21 yanvar 2026-cı il tarixinə olan vəziyyətə görə, Ermənistan-Azərbaycan sərhədi boyunca tam sülh hökm sürür", - Paşinyan vurğulayıb.