Əgər kollektiv Qərb ölkələri Ukrayna böhranını döyüş meydanında həll etmək niyyətindədirsə, deməli, Rusiya buna hazırdır.
Publika.az xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri vəzifəsini icra edən Sergey Lavrov deyib.
“Bu, onların hüququdur, əgər onlar döyüş meydanında olmaq istəyirlərsə, döyüş meydanında olacaqlar”, - diplomat qeyd edib.
Lavrov həmçinin əlavə edib ki, Ukrayna ilə bağlı iyunda İsveçrədə keçirilməsi planlaşdırılan konfrans Rusiya üçün ultimatumların formalaşdırılmasına keçəcək. O da bunu “məktəbli töhmət”lə müqayisə edib. Lavrov belə qənaətə gəlib ki, Qərb ölkələri Rusiya ilə danışmaq istəmir və öz şərtlərini diktə etmək niyyətindədirlər.
Akqabay