Birləşmiş Ərəb Əmirlikləri ilk dəfə İran hədəflərinə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Kan” portalı məlumat yayıb.
“Hücumun hədəfi İranın dəniz suyunun duzsuzlaşdırılması zavodu olub”, - məlumatda bildirilib.
Qeyd edək ki, ötən gün İran xarici işlər naziri Abbas Arakçı Qeşm adasında duzsuzlaşdırma zavodunun ABŞ tərəfindən vurulduğunu açıqlamışdı.