“QatarEnergy” şirkəti uzunmüddətli mayeləşdirilmiş təbii qaz (LNG) müqavilələri üzrə fors-major elan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Fors-major qərarı İtaliya, Belçika, Cənubi Koreya və Çin də daxil olmaqla bir neçə ölkədəki müştərilərə şamil olunur.
Bu addım Yaxın Şərqdə davam edən müharibə fonunda istehsalda yaranan fasilələrlə əlaqədar olaraq qəbul edilib.
Martın əvvəlində də “QatarEnergy” istehsalın dayandırılması səbəbindən bəzi alıcılar üçün fors-major elan edib. Şirkətin obyektləri İranın pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalıb.
Şirkət rəhbərinin sözlərinə görə, istehsal yalnız Yaxın Şərqdə müharibə başa çatdıqdan sonra tam bərpa olunacaq.
Şirkətin qiymətləndirməsinə əsasən, İranın zərbələri Qətərin LNG ixrac gücünün təxminən 17 faizini sıradan çıxarıb. Bu isə illik təxminən 20 milyard ABŞ dolları həcmində itkilərə səbəb ola bilər.
Martın 19-da şirkət artıq Belçika, Çin, İtaliya və Cənubi Koreya ilə 5 ilə qədər müddəti əhatə edən uzunmüddətli müqavilələr üzrə fors-major elan olunacağı barədə xəbərdarlıq etmişdi.
“Financial Times” yazır ki, Ras Laffan bölgəsindəki son hücumlar zamanı İran qüvvələri ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərini aşa bilən daha mürəkkəb raketlərdən istifadə edib.