Suriya Prezidenti Əhməd əş-Şara və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Suriya Prezident Ofisinin məlumatında deyilir.
Bildirilib ki, tərəflər İŞİD-ə qarşı mübarizədə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
"Telefon danışığı zamanı prezidentlər Əhməd əş-Şara və Donald Tramp Suriyadakı hadisələri müzakirə ediblər və ölkənin birliyinə və terrorizmə qarşı mübarizəyə dəstəklərini bir daha təsdiqləyiblər", - məlumatda bildirilib.