• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
Nipah virusunun simptomları: Komaya və ölümə səbəb olur
Kişilərdə bu risk 35 yaşdan sonra sürətlə artmağa başlayır - DİQQƏT!
Ömür uzunluğunun 2 səbəbi: genetik və...
Rusiya Qazax-İcevan yolunun bərpasına HAZIRLAŞIR
Səhər yeməyi üçün ən doğru saat: Maddələr mübadiləsini belə sürətləndirin
Pəncərə önünə folqa qoyun - Fərqi görün
"İşıqda yatmaq infarkta səbəb olur"
Lavrov Türkiyə diplomatiyasını niyə təriflədi? – Tarixi müsahibənin şifrələri
“Qisas silahları” hərəkətə keçir: Müharibənin taleyi dəyişəcək
Şiddətli baş ağrılarının gizli qalan səbəbi
Azərbaycana qar fırtınası gəlir: hava kəskin soyuyacaq
ABŞ İrana nə zaman hücum edəcək? - Çin “əngəlləyir”
Qaraciyər və böyrəklər üçün ən faydalı içki
Çin ABŞ-a meydan oxuyur: Esminesləri İrana göndərdi
Məktəblərdə tarix və ədəbiyyat fənləri birləşdirilir?
Kəskin pankreatitdə yüksəkdozalı vitamin C - Sağalmanı sürətləndirir
Ukrayna danışıqları niyə qapalı formatda keçirilir?
Azərbaycan İranı əmin etdi: Hava məkanımız...
Tromb yaranmasının qarşısını alan ƏDVİYYAT
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Türkiyədə Azərbaycanla bağlı ikitərəfli təxribat – Bunu da etdilər

Xəbərlər

22-09-2025, 11:35

Türkiyədə Azərbaycanla bağlı ikitərəfli təxribat – Bunu da etdilər


Bir neçə gündür Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan iddialar səslənməyə başlayıb. Məlum olduğu kimi, İsrailin Qəzzada apardığı əməliyyatlar nəticəsində minlərlə dinc sakin həyatını itirib. Faktiki olaraq əməliyyatlar Qəzzanın ilhaqı ilə yanaşı, həm də etnik təmizləmə həddinə gəlib.

Məsələ dünya ictimaiyyətinin diqqətindədir. Bu da təbii olaraq bir çox ölkədə insanların hökumətlərinə təzyiq göstərmələri ilə nəticələnir. Məsələn, Dubrovnik şəhərində 15–16 sentyabr tarixlərində keçirilən tədbirdə 6 ölkə – İspaniya, Niderland, Sloveniya, İslandiya, İrlandiya və Belçika yayımlayıcıları bildiriblər ki, İsrail Avroviziya yarışmasına buraxılarsa, onlar iştirakdan imtina edəcəklər.

İsrailin bu tədbirdə iştirakını istəməyənlər qədər, məsələyə reaksiya verməyən ölkələr də var. Lakin təəssüf ki, Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında “Avroviziya-2026-da İsrail yoxdursa, biz də yoxuq” başlığı ilə xəbərlər tirajlanmağa başlayıb.

Avroviziya yalanı

Sözügedən xəbər həqiqətə uyğun deyil. Ümumiyyətlə, tədbir çərçivəsində bu kontekstdə müzakirə aparılmayıb. Eyni zamanda, Azərbaycan tərəfdən qeyd olunan təkliflə bağlı hər hansı açıqlama və ya şərh verilməyib. 2–4 dekabr tarixlərində Cenevrədə keçiriləcək EBU-nun Baş Assambleyasında İsrailin iştirak məsələsi üzv ölkələrin səsverməsinə çıxarılacaq. Beləliklə, qərar müsabiqə rəhbərliyi tərəfindən deyil, məhz EBU üzvləri tərəfindən veriləcək.

Türkiyənin “Akit” televiziyası və ən böyük sosial media kanallarından olan “Baho” Azərbaycanın “Avroviziya 2026-da İsrail yoxdursa, biz də yoxuq” xəbərini paylaşıb. Təəssüf ki, bu ilk belə hal deyil. Belə ki, “Avroviziya-2025” mahnı müsabiqəsində Azərbaycanın İsrailə 12 xal verməsi də Türkiyədə birmənalı qarşılanmamışdı. Əvvəllərdə dediyim kimi, Türkiyə ictimaiyyətinin məsələyə yanaşması çox emosionaldır. Məlum olduğu kimi, hazırda Türkiyədə İsrailə qarşı münasibət son dərəcə sərtdir. Fələstin məsələsinə Türkiyədə həm siyasi, həm dini, həm də insani baxımdan böyük həssaslıq var. Amma burada diqqət yetirilməli olan vacib məqam odur ki, ictimai emosiyaları kim və necə istifadə edir.

“Akit” və “Baho”nun təxribatı

Türkiyə tərəfi təəssüf ki, “Akit” televiziyası və “Baho” kimi subyektlərə nəzarət edə bilmir. İddia əsaslı yanaşmalar açıq şəkildə Türkiyə–Azərbaycan münasibətlərinə təsir edə bilər.

Azərbaycan hər dəfə bu və bu kimi məsələlərə görə Türkiyə ictimaiyyətində hədəf olmamalıdır. Bunu edənlər isə açıq şəkildə cəzalandırılmalıdır. Bu iddianı yayan media subyektlərinə xəbərdarlıq edilməlidir.

Son olaraq deyim ki, 1988-ci ildə Fələstin Dövlətinin müstəqilliyi elan olunduqdan dərhal sonra Türkiyə bu müstəqilliyi tanıyan ilk ölkələrdən biri oldu. Azərbaycan da SSRİ tərkibindəki 15 respublikadan biri olaraq 1988-ci ildə Fələstin Azadlıq Təşkilatını (FAT) tanıyıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra, 1992-ci ildə Fələstin Dövlətinin müstəqilliyini rəsmən tanıyıb.

Siyahıda Azərbaycan da var

Azərbaycan hər il Fələstinə humanitar yardım edir. Fələstinə dair qətnamələri də rəsmi Bakı dəstəkləyir. Məsələn, BMT Baş Assambleyası Fələstin Dövlətinin 80-ci sessiyada iştirakı ilə bağlı qətnamə qəbul edib. 145 ölkə qətnamənin lehinə, 5 ölkə əleyhinə səs verib, 6 ölkə bitərəf qalıb. Azərbaycan qətnamənin lehinə səs verən ölkələrdəndir.

Təəssüf ki, bu məsələlər Türkiyə mediasında öz əksini layiqincə tapmadığı kimi, bunu səsləndirə biləcək ekspertlərə də yer verilmir. Nəticə etibarilə provokatorlar və ya Türkiyə–Azərbaycan münasibətlərini pozmaq istəyən dairələr daha aktiv işlər görərək belə informasiyaları dövriyyəyə buraxırlar.

Rəsmi Ankara bu məsələ ilə bağlı təcili tədbir görməlidir.

Oxunub: 87
Paylaş:
Digər xəbərlər

Xəbərlər

29-01-2024, 19:21

AŞPA-nın Azərbaycanla bağlı qərarına İsrailin mövqeyi

Mədəniyyət

16-10-2022, 22:19

Bu ölkələr “Avroviziya-2023”də iştirakdan imtina etdi

Xəbərlər

13-03-2022, 17:00

Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ ETDİ

Xəbərlər

29-01-2022, 11:57

Milli Məclisdən AÇIQLAMA: “Həqiqətə uyğun deyil”

Xəbərlər

20-03-2021, 14:45

Ərdoğan Azərbaycanla bağlı mühüm sənədi TƏSDİQLƏDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
Nipah virusunun simptomları: Komaya və ölümə səbəb olur
Kişilərdə bu risk 35 yaşdan sonra sürətlə artmağa başlayır - DİQQƏT!
Ömür uzunluğunun 2 səbəbi: genetik və...
Rusiya Qazax-İcevan yolunun bərpasına HAZIRLAŞIR
Səhər yeməyi üçün ən doğru saat: Maddələr mübadiləsini belə sürətləndirin
Son xəbərlər
  • Bu gün, 18:07
    Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
  • Bu gün, 15:33
    Nipah virusunun simptomları: Komaya və ölümə səbəb olur
  • Bu gün, 12:27
    Kişilərdə bu risk 35 yaşdan sonra sürətlə artmağa başlayır - DİQQƏT!
  • Bu gün, 12:15
    Ömür uzunluğunun 2 səbəbi: genetik və...
  • Bu gün, 10:21
    Rusiya Qazax-İcevan yolunun bərpasına HAZIRLAŞIR
  • Bu gün, 09:11
    Səhər yeməyi üçün ən doğru saat: Maddələr mübadiləsini belə sürətləndirin
  • Dünən, 22:39
    Pəncərə önünə folqa qoyun - Fərqi görün
  • Dünən, 21:33
    "İşıqda yatmaq infarkta səbəb olur"
  • Dünən, 20:27
    Lavrov Türkiyə diplomatiyasını niyə təriflədi? – Tarixi müsahibənin şifrələri
  • Dünən, 19:06
    “Qisas silahları” hərəkətə keçir: Müharibənin taleyi dəyişəcək
  • Dünən, 18:08
    Şiddətli baş ağrılarının gizli qalan səbəbi
  • Dünən, 17:24
    Azərbaycana qar fırtınası gəlir: hava kəskin soyuyacaq
  • Dünən, 16:52
    ABŞ İrana nə zaman hücum edəcək? - Çin “əngəlləyir”
  • Dünən, 15:30
    Qaraciyər və böyrəklər üçün ən faydalı içki
  • Dünən, 14:09
    Çin ABŞ-a meydan oxuyur: Esminesləri İrana göndərdi
  • Dünən, 13:47
    Məktəblərdə tarix və ədəbiyyat fənləri birləşdirilir?
  • Dünən, 12:39
    Kəskin pankreatitdə yüksəkdozalı vitamin C - Sağalmanı sürətləndirir
  • Dünən, 11:31
    Ukrayna danışıqları niyə qapalı formatda keçirilir?
  • Dünən, 10:10
    Azərbaycan İranı əmin etdi: Hava məkanımız...
  • Dünən, 09:06
    Tromb yaranmasının qarşısını alan ƏDVİYYAT
  • 29-01-2026, 22:42
    NATO-da “beynin sındırılması” mexanizmləri araşdırılıb
  • 29-01-2026, 21:07
    5 ədviyyatlı öskürək müalicəsi: Bal ilə qarışdırın
  • 29-01-2026, 19:18
    İranın müttəfiqləri İsrailə hücuma hazırlaşır - Bu ölkədən vuracaqlar
  • 29-01-2026, 18:09
    Demensiya riski ilə xolesterol arasında əlaqə var?
  • 29-01-2026, 17:05
    Qrenlandiya və Qəzzadan sonra növbə Zəngəzurdadır - Şok İDDİA
  • 29-01-2026, 16:42
    Nazirlər toplandı, dövlət uzun müddət sonra etiraf etdi – 5 ilə nə dəyişəcək?
  • 29-01-2026, 15:46
    14 yaşında menopoz keçirdi - "Bunu biləndə dünyam çökdü"
  • 29-01-2026, 14:16
    Türkiyədən İranı xilas edən “yox” cavabı: 4 ölkə çağırış etdi – Hücum olmayacaq?
  • 29-01-2026, 13:38
    Dollar 4 ildən sonra ən aşağı həddə: manatın məzənnəsi necə olacaq?
  • 29-01-2026, 12:37
    İmmuniteti cavanlaşdıran orqan
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə