Ermənistan hökumətinin bugünkü iclasından sonra Baş nazir Nikol Paşinyan keçirdiyi brifinqdə jurnalist ondan soruşub: “Əgər delimitasiya və demarkasiya aparılmayıbsa, nə üçün Gorus-Qafan yolunun bir hissəsi şifahi qərarla Azərbaycana təhvil verilib?”
Ailehekimiklinikasi.az Teleqraf-a istinadən xəbər verir ki, o, bu qərarı düzgün hesab etdiyini bildirib.
“Silahlı qüvvələrimizi gətirdik və onları beynəlxalq səviyyədə tanınmış sərhədimiz boyunca yerləşdirdik. Bəli, bunu demarkasiya olmadan etdik və düzgün etdik”, - Paşinyan qeyd edib.
Xatırladaq ki, söhbət sözügedən yolun Azərbaycanın suveren ərazisindən keçən hissəsindən gedir. Yol 44 günlük müharibədən dərhal sonra Azərbaycanın nəzarətinə qaytarılmışdı.