Yer kürəsində maqnit qasırğası gözlənilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Bildirilib ki, Günəşdəki yeni tac dəliyindən geomaqnit pozğunluqları 6 gün davam edə bilər:
“Yer sentyabrın 13-dən 14-nə keçən gecə narahatedici bölgəyə daxil olacaq. Bundan sonra küləyin sürəti sentyabrın 14-15-də artmağa başlayacaq. Pik dəyərlər 16 sentyabrda müşahidə edilə bilər”.
Məlumata görə, sentyabr ayı maqnit qasırğaları ilə zəngin olub:
“Təkcə ilk 10 gündə 3 maqnit qasırğası baş verib. Alimlərin fikrincə, bu, avqust ayı ilə müqayisədə 10 dəfə çoxdur”.
Qeyd edək ki, belə zamanlarda bəzi meteohəssas insanlar özlərini pis hiss edə bilərlər – gücdəndüşmə, təzyiq artımları, həmçinin baş ağrıları kimi hallar mümkündür. Həkimlər belə insanlara maqnit qasırğaları zamanı gec tələb edən fiziki məşqlərdən çəkinməyi, bunun əvəzinə təmiz havada gəzməyi məsləhət görürlər.