• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
Hovuz suyunun gözlərə zərəri
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Türkiyə Təl-Əvivə hərbi müdaxiləyə hazırlaşır? – İsrailli ekspertdən EKSKLÜZİV

Xəbərlər

12-09-2025, 16:09

Türkiyə Təl-Əvivə hərbi müdaxiləyə hazırlaşır? – İsrailli ekspertdən EKSKLÜZİV


Globalinfo.az İsrailin Qətərə hücumu və Ankara ilə Təl-Əviv arasında gedən son proseslərlə bağlı İTON.TV telekanalının siyasi analitiki Aleksandr Qur-Aryedən müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

– İki gün öncə İsrail Qəzzada ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü atəşkəs təklifini qəbul etdiyini açıqlamışdı. Belə bir məqamda İsrail Qətərə hücum etdi. Bunu necə anlamaq olar?

– ABŞ prezidenti Donald Tramp HƏMAS-a bütün girovların azad edilməsini və bu müddət ərzində hərbi əməliyyatların dayandırılmasını sonuncu dəfə təklif etdi. O, şəxsən İsrailin danışıqlar dövründə və ondan sonrakı dövrdə hərbi əməliyyatları davam etdirməyəcəyinə zəmanət verdi. Yəni, yekun nizamlanma üzrə danışıqlar aparılır, amma eyni zamanda HƏMAS-ın silahı yerə qoymalı və Qəzzanı tərk etməli olduğunu vurğulayır. Bundan sonra İsrail dərhal bu təkliflə razılaşdığını açıqladı. Və təklif İsraillə əvvəlcədən razılaşdırılıb.

HƏMAS iki ildir ki, danışıqlarda əvvəlcə razılaşdıqlarını elan edir, sonra müxtəlif dəyişiklik və əlavələr edirlər. Bu dəfə də eyni cür hərəkət etdilər. Onu da vurğulayım ki, Dohada oturan HƏMAS liderlərinin əmlakı milyard dollarlarla ölçülür. Bu sərvət xeyirxah və həssas avropalıların, amerikalıların zəhmətlə qazandıqları pullarla Fələstin xalqının xoşbəxtliyi üçün topladığı ianələr hesabına formalaşıb. Bu pullar oğurlanır. Əgər bu onilliklər ərzində Qəzza üçün yığılan bütün pullar onun özünə yatırılsaydı, o zaman Qəzza yox, artıq Küveyt olardı. HƏMAS təklif qarşısında “fikirləşəcəyik” dedi. Tramp, onlar bu təklifdən imtina edərsə, çox pis bir şey baş verəcəyini açıqladı. O, prinsipcə, ən böyük dövlət – Birləşmiş Ştatların prezidenti kimi dolayı yolla da olsa, birtəhər terrorçularla danışıqlar aparmalı idi. Ona görə də növbəti bəhanə gələndə Tramp yaşıl işıq yandırdı.

– Trampın hücumla bağlı məlumatı olduğu deyildi. Qətər bu barədə məlumatın ona hücumdan 10 dəqiqə sonra verildiyini deyir. Bunu necə izah edərdiniz?

– Onların Qətərdə məhv edilməsi üçün həyata keçirilən əməliyyat bir neçə aya hazırlanmışdı. Hücumun indi baş verməsi Trampın qərarı idi və buna srağagün baş verən dəhşətli terror aktı, Qüdsdə avtobus dayanacağında insanların güllələnməsi də müəyyən dərəcədə təsir göstərib. HƏMAS bu terror aktına görə məsuliyyəti rəsmən öz üzərinə götürdü və bir neçə dəqiqə sonra hücum baş verdi. Aydındır ki, bu təsadüfdür. Amma cinayətin ardınca dərhal cəza gəlmiş oldu.

Təbii ki, bu barədə Qətərə məlumat verilib. Hücumdan təxminən 10 dəqiqə sonra xəbər verilməsi barədə yayımladıqları məlumat tamamilə cəfəngiyatdır. Bütün bu əməliyyat ABŞ, Səudiyyə Ərəbistanı və İordaniya ilə razılaşdırılıb. Xəritəyə baxın, İsrail təyyarələri İordaniya və Səudiyyə Ərəbistanı ərazisi üzərindən uçub və heç bir hava hücumundan müdafiə sistemi onları saxlamağa çalışmayıb və onlar sakit tərzdə geri qayıdıblar. Misir, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Qətərlə münasibətləri çox mürəkkəbdir və hətta İsrailin bu zərbəni vurmasına müəyyən dərəcədə sevindilər.

Hücuma bir gün qalmış beynəlxalq media HƏMAS-ın danışıqlar qrupu və Qətər baş nazirinin görüşməsi barədə məlumat verdi. Əl-Cəzirənin məlumatına görə, baş nazir Trampın təklifini qəbul etməsi üçün HƏMAS-a təzyiq göstərib. O, ABŞ dövlət katibinə və Uitkofa zəng edərək danışıqların heç bir nəticə vermədiyini deyib. Hücumun baş verməsinə bu da təsir edib.

– İsrailin Dohaya hücumu sizcə hansı nəticələri doğuracaq?

– Nəticələr haqda indidən danışmaq çətindir. Qətər hücumdan sonra vasitəçilik cəhdlərini dayandırdığını dedi. İsrail isə bu rol üçün Misiri seçdi. Çox keçmədən Qətər yeni açıqlamasında Fələstin xalqını çox sevdikləri və müharibənin davam etməsindən narahatlıq duyduqları üçün yekun razılaşma əldə olunsun deyə yenidən vasitəçilik etməyə hazır olduğunu dedi.

Aydındır ki, hazırda İsrail və Qətər arasında münasibətlər müəyyən qədər gərgindir. Lakin bizim ekspertlərin fikrincə, ciddi heç nə baş verməyəcək. Qonşularımız olan sünni Ərəb dövlətləri də qeyd etdiyim kimi, vəziyyətdən məmnundurlar və səslənən simvolik bəyanatlardan başqa heç nə gözlənilmir. Heç kim “İbrahim Razılaşmaları”ndan çıxmaq fikrində deyil. Onu da qeyd edim ki, müharibə başlayandan bəri heç kim “İbrahim Razılaşmaları”ndan çıxmayıb.

– Son dövrdə Türkiyə–İsrail gərginliyi artıb. Prezident Ərdoğan Suriyanın bütövlüyü ilə bağlı açıqlamasında SDG/YPG-nin Suriya hökumətinə inteqrasiya öhdəliklərini yerinə yetirmədiyini dedi. Ərdoğanla MHP lideri Dövlət Baxçalının görüşündə qılınc mesajı verildi. Türkiyə və İsrail arasında hərbi qarşıdurma mümkündürmü? Türkiyə–İsrail münasibətləri hansı məcrada davam edəcək?

– İsrailin Suriyada Türkiyə ilə maraqları toqquşur. Türkiyə uzun zamandır ki, Suriyanın şimal hissəsində genişlənir. Orada türk administrasiyası var, türk pulu dövriyyədədir. Türkiyə cənuba doğru təsirini genişləndirmək, oradan rus bazalarını çıxarmaq, İsrail sərhədinə çatmaq istəyirdi. İsrail Rusiyanın bazalarının burada saxlanmasına icazə verilməsi üçün Suriya hökuməti qarşısında lobbist fəaliyyəti göstərib. İsrail türklərin gəlməsindənsə, rusların orada qalmasını daha üstün tutur.

Hərbi münaqişəni tam istisna etmək olmaz, amma bu ehtimal çox azdır. Türkiyə NATO dövləti kimi təşkilatın razılığı olmadan müharibə başlada və ya onu bitirə bilməz. Və İsrailin hərbi hava qüvvələrinin gücünü İran və husilərə qarşı həyata keçirilən bombardmanlar da sübut etdi. Yaxın Şərqdə və dünyada heç bir aviasiya qüvvələri belə bir şey etməyib. Ərdoğan bunu anlayır. Türkiyə iqtisadiyyatı böhran vəziyyətindədir, inflyasiya çox yüksək həddədir. Bu, elektorata təsir edir. Ərdoğanın bu cür çıxışlarından sonra Türkiyə birjaları bir neçə günlük çökür. Amma onun necə hərəkət edəcəyini də öncədən söyləmək mümkün deyil.

Oxunub: 103
Paylaş:
Digər xəbərlər

Xəbərlər

3-06-2025, 11:08

İsrail müdafiə naziri HƏMAS-ı niyə hədələdi? - Müharibə davam edəcək

Xəbərlər

23-03-2025, 11:37

İsrail HƏMAS-a yeni plan təqdim etdi - DETALLAR

Xəbərlər

9-02-2025, 10:26

Netanyahu HƏMAS-ı məhv edəcəyinə SÖZ VERDİ

Xəbərlər

17-01-2025, 10:10

İsrail, HƏMAS, ABŞ və Qətər rəsmi atəşkəs imzaladılar

Xəbərlər

6-07-2024, 11:31

Tarix açıqlandı: HƏMAS və İsrail görüşür, atəşkəs elan ediləcək

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
Hovuz suyunun gözlərə zərəri
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
Son xəbərlər
  • Dünən, 22:24
    Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
  • Dünən, 21:10
    Göz dəymə və nəfsə qarşı xalq təbabəti
  • Dünən, 18:10
    Hovuz suyunun gözlərə zərəri
  • Dünən, 15:07
    Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
  • Dünən, 14:37
    Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
  • Dünən, 13:09
    Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
  • Dünən, 12:34
    Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
  • Dünən, 11:23
    Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
  • Dünən, 10:28
    Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
  • Dünən, 09:06
    Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
  • 19-06-2026, 22:11
    Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
  • 19-06-2026, 21:26
    Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
  • 19-06-2026, 20:29
    Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
  • 19-06-2026, 19:44
    Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
  • 19-06-2026, 18:40
    Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
  • 19-06-2026, 17:45
    Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
  • 19-06-2026, 16:23
    Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
  • 19-06-2026, 15:36
    Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
  • 19-06-2026, 14:54
    Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
  • 19-06-2026, 13:30
    60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
  • 19-06-2026, 12:39
    Ayaq şişkinliyini aradan qaldıran təbii üsullar
  • 19-06-2026, 11:35
    Moskvaya böyük hücum: Şəhərin neft strukturu məhv edildi
  • 19-06-2026, 10:22
    Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
  • 19-06-2026, 09:00
    Səhər beynin dumanlı olmasının əsas səbəbləri
  • 18-06-2026, 22:28
    Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
  • 18-06-2026, 21:17
    Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
  • 18-06-2026, 20:44
    ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
  • 18-06-2026, 19:13
    Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
  • 18-06-2026, 18:07
    Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
  • 18-06-2026, 17:52
    Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə