Azərbaycan Dövlət İqtisad Universiteti 9,7 milyon manata təmir ediləcək.
Publika.az xəbər verir ki, təmir işlərini "Koneks Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti aparacaq.
Şirkət universitetdə aparılacaq təmir işlərinə mumilikdə 9 milyon 735 min 844 manat xərc çəkəcək.
Yeri gəlmişkən, təmirə avqustun 4-dən başlanması, işlərin sentyabrın 30-da tamamlanması nəzərdə tutulur.
Qeyd edək ki, “Koneks Construction” MMC-nin dövlətə vergi borcu yoxdur. Şirkətin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. Şirkətin nizamnamə kapitalı isə 10 manat təşkil edir.