• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Həkimlərə çox verilən - amma az danışılan suallar
Qaraciyərinizin bərpa olunduğunu göstərən 4 əlamət
Kefir, yoxsa qatıq: bağırsaq üçün hansı daha sağlamdır?
Ayağı ağrıyanlar ürəyini yoxlatsın – Kardioloq
İrandan körfəz ölkələrinə müəmmalı təklif – Tehran nə istəyir?
Paşinyan açıqladı: Hökuməti onlar idarə edəcək…
Dabanlarınız çatlayırsa – Bu 2 xəstəlikdən yoxlanın
Mənə soyuq dəyib - Tibdə bu diaqnoz varmı?
İsrail və Livan razılaşmaya yaxındır – Rubio
Qiyamət savaşı: 500 milyard dollarlıq həmlə – “Qızıl Günbəz” hansı ölkəni sarsıdacaq?
Göz hərəkətlərinə nəzarət itiriləndə nə baş verir? - Oftalmoloqdan XƏBƏRDARLIQ
Sakit Okeanda genişmiqyaslı dəniz təlimləri başladı
Xankəndidə bu sözü deməsəydim, indi Ermənistan yox idi - Paşinyan
Diabet riski yüksək olan qan qrupu açıqlandı
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq?
Rumıniya və Moldova birləşmə yolunda: İlkin addım...
Mütəxəssislərdən ağız quruluğu xəbərdarlığı - Bir çox xəstəliklərin ilk əlaməti
Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qafqazda tarixi dönüş: Bakının təklifi vəziyyəti dəyişdi – Rusiya detalı

Xəbərlər

16-07-2025, 10:24

Qafqazda tarixi dönüş: Bakının təklifi vəziyyəti dəyişdi – Rusiya detalı


Rusiyanın həm Azərbaycan, həm də Ermənistanla münasbətlərində müşahidə olunan gərginlik, onun Cənubi Qafqazdakı rolu ilə bağlı müəyyən suallar doğurur. Xüsusilə Bakı və İrəvan arasında sülh danışıqlarının vasitəçisiz davam etdirilməsi, liderlərin müzakirələri tamamilə fərqli platformada keçirməsi, Moskvanın proseslə bağlı çağırışlarına diqqət edilməməsi mühüm amil kimi qiymətləndirilir.

Analitiklərin fikrincə, bu, artıq Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının ciddi şəkildə azalmasının göstəricisidir. Kreml son illərdə müxtəlif cəhdlərinə baxmayaraq regionun hər üç ölkəsi ilə münasibətlərinə zərbə vuracaq yanlışlara yol verib. Artıq bölgədə reallıq dəyişib və Moskva əvvəlki gücünü itirib.

Rusiyanın Cənubi Qafqazda yenidən əvvəlki kimi mövqelərə sahib olması mümkündürmü? Kreml bunun üçün hansı yollara əl ata bilər?

Globalinfo.az-a danışan politoloq Elşad Mirbəşiroğlu deyib ki, Cənubi Qafqaz ölkələri arasında konstruktiv əməkdaşlıq sistemi qurulmalıdır:

“Azərbaycan heç vaxt başqa bir dövlətin təsiri altında, onun diktəsinə tabe olaraq siyasət yürütməyib. Biz hər zaman müstəqil milli maraqlarımız çərçivəsində siyasət aparmışıq və bu, tərəfdaşlıq, əməkdaşlıq, bərabərhüquqlu prinsiplərə əsaslanıb. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra 3+3 yeni regional əməkdaşlıq platformasının yaradılması ideyasını irəli sürdü. Burada Rusiya, Türkiyə, İran və Cənubi Qafqazın üç dövləti – Azərbaycan, Gürcüstan və Ermənistanın yer alması təklif edildi. Bizim yanaşmamız regionda bərabər hüquqluluq prinsipi əsasında bütün iştirakçıların konstruktiv maraqlarına uyğun əməkdaşlığın qurulmasına yönəlib.

Cənubi Qafqaz strateji əhəmiyyəti olan bir bölgədir və burada həm regional, həm də regiondan kənarda yerləşən ölkələrin maraqları var. Onlar arasında Türkiyə, Rusiya və İran kimi dövlətlər yer alır. Əksər hallarda bu maraqlar arasında kəskin toqquşmalar baş verir. Hər aktor bölgəmizlə bağlı özünəməxsus baxışa sahibdir. Bu isə tamamilə təbii bir haldır. Onların təhlükəsizlik məsələləri də birbaşa bizim regionla bağlıdır”.

Politoloq bildirib ki, Azərbaycan Cənubi Qafqazda barışdırıcı mövqe tutur:

“Lakin, regiondan kənarda yerləşən ölkələrin davranışlarına baxdıqda, onların əksər hallarda gərginlik yaratmağa cəhd etdiklərini görürük. Bir neçə faktı nümunə göstərmək olar: torpaqlarımızı azad etdikdən sonra çox sayda siyasi hücumlarla qarşılaşdıq. Amma ədalət naminə qeyd etmək lazımdır ki, Rusiya tərəfindən belə bir hücum və ya provokasiya xarakterli addımlar atılmadı. Təbii ki, ayrı-ayrı şəxslər fərqli baxışlarını ifadə edirdilər, amma bütövlükdə rəsmi səviyyədə Azərbaycana qarşı mövqe sərgilənmədi. Lakin, Qərb ölkələrində, xüsusilə Fransa parlamentində, Avropa Parlamentində və ABŞ Konqresində Bakıya qarşı bəyanatlar müşahidə olunurdu. Buna baxmayaraq, Azərbaycan hər zaman dövlət təmkini və müdrikliyi nümayiş etdirib. Biz regionda mümkün qarşıdurma və gərginliyi preventiv olaraq aradan qaldırmağa çalışırıq. Yəni, bunun qarşısını almaq üçün konkret addımlar atırıq. İstər İran, istər Rusiya, istərsə də regionun digər ölkələri olsun, yanaşmamız konstruktiv əməkdaşlıq sisteminin qurulmasına əsaslanır”.

Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda maraqları uzlaşdıraraq regional təhlükəsizlik sisteminin qurulmasına töhfə vermək istəyir:

“Regionda dövlətlər arasında konfrantasiyanın mövcudluğu çox təhlükəli olar. Etiraf etmək lazımdır ki, kənar dairələr də Cənubi Qafqazda belə bir konfrantasiyanın olmasında maraqlıdırlar. Məsələn, ABŞ Zəngəzur dəhlizini 100 il öz nəzarəti altında saxlamağı hədəfləyir. Belə bir təklifin hansı məqsədlə edildiyini müəyyənləşdirmək çətin deyil və bu, regionda əlavə gərginlik yarada bilər. Bizim istəyimiz Naxçıvanlə Azərbaycanın qərb rayonları arasında sərbəst və heç kimin nəzarəti olmadan əlaqə qurulmasıdır. Beləliklə rahat kommunikasiya əlaqəsi mövcud olacaq. Əgər həm Azərbaycan və Ermənistan arasında sülh prosesi, həm də Zəngəzur dəhlizi məsələsi rəqiblərin geosiyasi mübarizəsinə çevriləcəksə, bu, şübhəsiz ki, region üçün ciddi təhlükələr yaradır.

Azərbaycan öz güclü mövqeyinə və iradəsinə əsaslanaraq, regionda maraqların toqquşmasının qarşısını almağa çalışır. Bu baxımdan, bizim fəaliyyətimiz nə Rusiyaya, nə də başqa bir ölkəyə qarşı yönəlməyib. Biz konstruktiv münasibətlər və bərabər hüquqluluq prinsipi əsasında səmərəli əməkdaşlıq imkanlarını dəstəkləyir, bu istiqamətdə prinsipial addımlar atmağa çalışırıq. Rusiya qonşu dövlətdir və orada çox sayda soydaşımız yaşayır. Buna görə də Azərbaycan öz milli maraqları çərçivəsində tam müstəqil siyasətini davam etdirməlidir. Konstruktiv münasibətlər sistemini isə region ölkələri ilə inkişaf etdirməyə çalışır. Azərbaycanın bugünkü geostrateji mövqeyi və ümumilikdə regional diplomatiyası, milli maraqlarımızın qorunması şəraitində, Cənubi Qafqaz ölkələri arasında mehriban qonşuluq münasibətlərinin inkişafını şərtləndirir”.

Oxunub: 154
Paylaş:
Digər xəbərlər

Xəbərlər

2-07-2025, 10:37

Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir

Xəbərlər

29-05-2025, 14:43

Bakının 3 həmləsi Moskvanı çətinə saldı – İrəvan və Tbilisi də istiqaməti dəyişir

Xəbərlər

8-04-2025, 11:07

Qafqazda Rusiyaya növbəti zərbə: Bakı ilham oldu, iki ərazi birləşə bilər

Xəbərlər

8-01-2024, 11:38

Qafqaz poliqona çevriləcək: Bakı və İrəvanı müharibəyə kimlər sürükləyir?

Xəbərlər

23-12-2023, 15:00

Rusiya Qafqazda nə planlaşdırır? – Lavrov HƏRƏKƏTƏ KEÇDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Həkimlərə çox verilən - amma az danışılan suallar
Qaraciyərinizin bərpa olunduğunu göstərən 4 əlamət
Kefir, yoxsa qatıq: bağırsaq üçün hansı daha sağlamdır?
Ayağı ağrıyanlar ürəyini yoxlatsın – Kardioloq
İrandan körfəz ölkələrinə müəmmalı təklif – Tehran nə istəyir?
Paşinyan açıqladı: Hökuməti onlar idarə edəcək…
Son xəbərlər
  • Bu gün, 12:07
    Həkimlərə çox verilən - amma az danışılan suallar
  • Bu gün, 09:02
    Qaraciyərinizin bərpa olunduğunu göstərən 4 əlamət
  • Dünən, 22:23
    Kefir, yoxsa qatıq: bağırsaq üçün hansı daha sağlamdır?
  • Dünən, 21:13
    Ayağı ağrıyanlar ürəyini yoxlatsın – Kardioloq
  • Dünən, 20:02
    İrandan körfəz ölkələrinə müəmmalı təklif – Tehran nə istəyir?
  • Dünən, 19:47
    Paşinyan açıqladı: Hökuməti onlar idarə edəcək…
  • Dünən, 18:26
    Dabanlarınız çatlayırsa – Bu 2 xəstəlikdən yoxlanın
  • Dünən, 18:20
    Mənə soyuq dəyib - Tibdə bu diaqnoz varmı?
  • Dünən, 17:52
    İsrail və Livan razılaşmaya yaxındır – Rubio
  • Dünən, 16:19
    Qiyamət savaşı: 500 milyard dollarlıq həmlə – “Qızıl Günbəz” hansı ölkəni sarsıdacaq?
  • Dünən, 15:15
    Göz hərəkətlərinə nəzarət itiriləndə nə baş verir? - Oftalmoloqdan XƏBƏRDARLIQ
  • Dünən, 14:21
    Sakit Okeanda genişmiqyaslı dəniz təlimləri başladı
  • Dünən, 13:39
    Xankəndidə bu sözü deməsəydim, indi Ermənistan yox idi - Paşinyan
  • Dünən, 12:11
    Diabet riski yüksək olan qan qrupu açıqlandı
  • Dünən, 11:40
    Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq?
  • Dünən, 10:34
    Rumıniya və Moldova birləşmə yolunda: İlkin addım...
  • Dünən, 09:02
    Mütəxəssislərdən ağız quruluğu xəbərdarlığı - Bir çox xəstəliklərin ilk əlaməti
  • 25-06-2026, 22:54
    Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
  • 25-06-2026, 21:28
    Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
  • 25-06-2026, 20:30
    Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
  • 25-06-2026, 19:43
    ABŞ KAAN üçün hərəkətə keçdi - Maneələr aradan qaldırılır
  • 25-06-2026, 18:16
    Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
  • 25-06-2026, 17:34
    İsrail ilk dəfə açıqladı - “İrana qarşı əməliyyata bu ölkədə hazırlaşmışdıq”
  • 25-06-2026, 16:22
    Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək
  • 25-06-2026, 15:47
    Baş ağrıları qan qatılaşmasından ola bilər
  • 25-06-2026, 14:10
    Venesuelada güclü zəlzələ: 164 ölü, 1000-ə yaxın yaralı - Yenilənib
  • 25-06-2026, 13:51
    Ukrayna məhv edir: Rusiya Qazaxıstandan kömək istədi
  • 25-06-2026, 12:29
    Təzyiq dərmanını nə vaxt içməli - səhər, günorta, yoxsa axşam?
  • 25-06-2026, 11:15
    Kartlardan silinən vəsait: Bank onu qaytarmağa borcludur?
  • 25-06-2026, 10:03
    Bu gəmilər vurulacaq! - SEPAH-dan xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə