• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi
Heç kim qocalmayacaq: Alimlər ürəyi gəncləşdirən maddə tapdı
ABŞ İranla müharibəyə bu qədər pul xərcləyib – Şok rəqəmlər
Ukraynanın Putini dəli edən zərbəsi: Rusiya çökə bilər
Bu 2 elementin çatışmazlığı boy uzanmasını əngəlləyir
BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?
Pentaqon rəhbəri NATO-nu hədəfə aldı: Bunu yadda saxlayacağıq
İnsult zamanı ilk yardımda edilməməli 3 səhv – həkim xəbərdarlıq edir
Qırğızıstanda səs-küylü qərar: Xalqa çağırış edildi
Metro və avtobuslarda ödənişlə bağlı yenilik
Pilləkənlə qalxarkən bağırsaq xərçənginin hiss olunan əlaməti
İsrail Livanla bağlı qərar verdi: Əraziləri ələ keçirmək…
Ərəb ölkələri fövqəladə iclas keçirəcək
Sümükləri və oynaqları gücləndirən qidalar – həkim tövsiyələri
Sağlam həyat tərzinə qəfil keçid niyə psixika üçün təhlükəlidir?
Xaricdən məhsul sifariş edənlərin nəzərinə - Yeni qayda gəlir
İrandan ABŞ-a MÜHARİBƏ MESAJI - Hədəflərin siyahısı yeniləndi
Analizlərim normal çıxır, amma özümü pis hiss edirəm - Səbəb
Ermənistan bu kəndi Gürcüstana verəcək?
Sürücülük vəsiqələrimiz bu ölkədə tanınacaq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Regional müharibə və “cihad”: İran nə edəcək, yaxud Xamenei Xomeyni olacaqmı?

Xəbərlər

17-06-2025, 10:36

Regional müharibə və “cihad”: İran nə edəcək, yaxud Xamenei Xomeyni olacaqmı?


İsrail qarşısında ciddi itkilər verən İran rejiminin seçimləri müharibənin inkişına yön verə biləcək faktorlar arasındadır. Rəsmi Tehran İsrailə raket zərbələri endirsə də, hazırda iki istiqamətdə səy göstərir.

1. ABŞ-ın İsrail cəbhəsində müharibəyə qoşulması ssenarisinə imkan verməmək;
2. Vaşinqtonu Təl-Əvivi dayandırmağa inandırmaq və nüvə danışıqlarını bərpa etmək;

İran Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən vasitəçilik etməsini xahiş edir, lakin bütün səylər nəticəsizdir. Çünki minumum hədəf hücum əməliyyatı ilə Tehranı danışıqlar masasındakı tələblərlə məcbur etmək olan müharibədə İsrailin əldə etdiyi nəticələr İranın tamamilə təslim olması – teokratik sistemin dəyişməsi perspektivlərini yaradıb və Tramp Administrasiyası diplomatiyanı əlavə variantlar sırasında saxlamaqla, şərtlərin yetişməsini gözləyir.

Və bu mənzərə fonunda sual yaranır: bütün yolları tükənərsə, İran rejiminin son seçim kimi atacağı radikal addımlar nələr ola və nə qədər effekt verə bilər?

a) Hörmüz boğazını bağlamaq: İran artıq bunu gündəmə gətirib, lakin məsələ hələ ki, təhdid xarakteri daşıyır;

Rejim dünya iqtisadiyyatına ciddi zərər vuracaq və neft qiymətinin yüksək artımına səbəb olacaq bu addımı son kartlardan biri kimi saxlayır. Hərçənd, Tehranda anlayırlar: Hörmüz boğazının bağlanması İrana qarşı beynəlxalq koalisiyanın müdaxiləsini legitimləşdirəcək amildir. Həmçinin, belə radikal addımda İranın dost hesab etdiyi ölkələri – misal üçün, neft qiymətinin yüksəlməsini istəməyən Çin bu məsələdə maraqlı deyil - ondan uzaqlaşdıra bilər. Boğazın bağlanması təhdidi İranın əlində azsaylı “strateji çəkindirmə” aləti olaraq qalır.

b) Müharibəni regional müstəviyə yaymaq: İran rejimi başda daha zəif hesab etdiyi körfəz ölkələri olmaqla, ABŞ bazalarının yerləşdiyi regionları hədəfə ala, belə demək mümkünsə, “tarana” gedə bilər.

Bu, İran üçün şansının az olduğu “qumar oyunu” olacaq, çünki müharibə arealının regiona yayılması hədəf seçilən ölkələrin də İsrail cəbhəsində aktiv iştirakını şərtləndirə və Tehranın məhvini legitimləşdirə bilər.

c) Dini silahın işə salınması: Xamenei sələfi Xomeyninin son seçimini təkrarlaya bilər;

Bu, İsrail və ona dəstək verən ölkələrə qarşı “cihad” elanıdır. İraqa qarşı müharibədə Xomeyni bu taktikadan istifadə etməklə yüz minlərlə müsəlmanı bir-birinə qırdırsa da, rejimin regional dayaqlarını möhkəmləndirə bildi. Xameneinin də son seçimlərindən biri kimi eyni taktikadan istifadə edə biləcəyi istisna edilməməlidir. Bu taktika İrana qələbəni gətirməyəcək, amma müqavimət zəmini formalaşdıra bilər. İranın proksi qüvvələrinin ciddi “qan itirməsi” belə bir müqavimətin effektini şübhə altına alsa da, tamamilə sıradan çıxmadığı da bəllidir: "Hizbullah" və HƏMAS zəifləsə belə hələ də qalır, husilər və İraqdakı şiə qrupları mövcudluğunu qoruyur; mümkün “dini müharibə” fətvası ilə qüvvələr İsrailə və ABŞ-ın bölgədəki mövqelərinə “baş ağrısı” ola, regionu toqquşmalar platformasına çevirə bilər.

İran rejimi son seçimləri saxlayır, çünki onlar üçün “son” olmadığını, diplomatiya ilə çıxış yolunu tapa biləcəklərini düşünürlər. Anlayırlar ki, bu seçimlərdən istənilən biri təkcə rejimin yox, İranın gələcəyini sual altına salacaq. Lakin proses xilasın mümkün olmadığı mərhələyə çatarsa, bu seçimləri silah olaraq istifadə edə biləcəkləri istisna deyil.

Oxunub: 232
Paylaş:
Digər xəbərlər

Xəbərlər

15-06-2025, 13:45

Bakıda İran–İsrail danışıqları: vasitəçilik missiyası yenidən gündəmdə

Xəbərlər

12-06-2025, 14:10

Müharibə ANONSU: Yaxın saatlarda İsrail İrana hücum edə bilər – 3 HƏRBİ PLAN

Xəbərlər

31-10-2024, 01:27

İran 5 gün ərzində İsrailə hücum edəcək? - Mümkün ssenarilər

Xəbərlər

26-10-2024, 19:07

İran-İsrail qarşıdurmasının daha bir səhifəsi bağlanır - Növbəti hücum hədəfi budur

Xəbərlər

21-10-2024, 20:48

İsrail hücum etsə, İran bu hədəfləri VURACAQ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi
Heç kim qocalmayacaq: Alimlər ürəyi gəncləşdirən maddə tapdı
ABŞ İranla müharibəyə bu qədər pul xərcləyib – Şok rəqəmlər
Ukraynanın Putini dəli edən zərbəsi: Rusiya çökə bilər
Bu 2 elementin çatışmazlığı boy uzanmasını əngəlləyir
BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?
Son xəbərlər
  • Dünən, 22:29
    Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi
  • Dünən, 21:40
    Heç kim qocalmayacaq: Alimlər ürəyi gəncləşdirən maddə tapdı
  • Dünən, 20:26
    ABŞ İranla müharibəyə bu qədər pul xərcləyib – Şok rəqəmlər
  • Dünən, 19:09
    Ukraynanın Putini dəli edən zərbəsi: Rusiya çökə bilər
  • Dünən, 18:37
    Bu 2 elementin çatışmazlığı boy uzanmasını əngəlləyir
  • Dünən, 17:10
    BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?
  • Dünən, 16:36
    Pentaqon rəhbəri NATO-nu hədəfə aldı: Bunu yadda saxlayacağıq
  • Dünən, 15:56
    İnsult zamanı ilk yardımda edilməməli 3 səhv – həkim xəbərdarlıq edir
  • Dünən, 14:03
    Qırğızıstanda səs-küylü qərar: Xalqa çağırış edildi
  • Dünən, 13:48
    Metro və avtobuslarda ödənişlə bağlı yenilik
  • Dünən, 12:15
    Pilləkənlə qalxarkən bağırsaq xərçənginin hiss olunan əlaməti
  • Dünən, 11:31
    İsrail Livanla bağlı qərar verdi: Əraziləri ələ keçirmək…
  • Dünən, 10:18
    Ərəb ölkələri fövqəladə iclas keçirəcək
  • Dünən, 09:03
    Sümükləri və oynaqları gücləndirən qidalar – həkim tövsiyələri
  • 28-04-2026, 21:51
    Sağlam həyat tərzinə qəfil keçid niyə psixika üçün təhlükəlidir?
  • 28-04-2026, 20:27
    Xaricdən məhsul sifariş edənlərin nəzərinə - Yeni qayda gəlir
  • 28-04-2026, 19:54
    İrandan ABŞ-a MÜHARİBƏ MESAJI - Hədəflərin siyahısı yeniləndi
  • 28-04-2026, 18:23
    Analizlərim normal çıxır, amma özümü pis hiss edirəm - Səbəb
  • 28-04-2026, 17:51
    Ermənistan bu kəndi Gürcüstana verəcək?
  • 28-04-2026, 16:46
    Sürücülük vəsiqələrimiz bu ölkədə tanınacaq
  • 28-04-2026, 15:45
    Vazelin üzü tükləndirir? - Dəriyə təsiri
  • 28-04-2026, 14:46
    Çexiya Azərbaycandan nə qədər qaz alacaq?
  • 28-04-2026, 13:56
    Trampın təhlükəsizlik məsələləri Ağ Evdə müzakirə olunacaq
  • 28-04-2026, 12:33
    Bu 2 siqnal varsa – Səndə B9 çatışmır
  • 28-04-2026, 11:24
    Rusiyadan müharibə xəbərdarlığı – Daha bir ölkəyə hücum başlayır?
  • 28-04-2026, 10:40
    İki müsəlman ölkə arasında münaqişə yenidən alovlandı
  • 28-04-2026, 09:02
    5 ədəd badam yeyib idman et, gör NƏ OLUR...
  • 27-04-2026, 22:36
    Bu iki bürc evlilikdən qorxur - Azadlıqlarından əl çəkməzlər
  • 27-04-2026, 21:04
    Keyfiyyətsiz qara çayın bədənə verdiyi - ZƏRƏRLƏR
  • 27-04-2026, 20:36
    Rusiya ilə müharibə qaçılmazdır: ölkə hazırlığa başladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə